Göz yaşları
Ağdamdan bizə belə xəbər verirlər:
Qiyaslı kəndinin sakini Molla Qənbər səkkiz yaşında bir qıza aşiq olur, kəndin mollası Molla Sadıq kəbin kəsir və Molla Qənbər qızı zor ilə aparır evinə.
Məktubda yazılan təfsilatı biz burada çap edə bilmədik, ondan ötrü ki, məcmuəmizi oxuyanların içində övrətlər və uşaqlar da var.
Məktub sahibi həmin əhvalatı şahid gətirir: Abdamda hacı Miriş Mirbağırzadə cənablarını, Abdulla Hacı Tağı oğlunu və bir neçə dəxi qeyr şəxsləri.
Bu barədə biz ancaq bunu deyə bilərik:
Əvvəla, bir azarlının ölüm halı yavuqlaşanda onun canına hesabsız dərdlər ariz olur.
Və saniyən:
Mirzə Mülküm xan “Qanun” ruznaməsinin onuncu nömrəsində üzünü müsəlmanlara tutub deyir:
“Əgər şüma adəm budid və əgər bəqədr zənhayi-sair milal hiss və qeyrət midaştid... əgər şüma in qədr şüur daştə başid ki, misli-sairin xudra adəm bedanid və mənayi-ittifaqa əqəllən bəqədri-bəzi heyvanat befəhmid, küdam zalimi-əhməq cürət xahəd kərd ki, bəhüquqi adamiyyəti –şüma dəst bezənənd?”
Yəni “əgər sizlər adam olsaydınız və özgə millətlərin övrətləri qədərincə qeyrətiniz olsaydı... Əgər sizdə şüur olsaydı və əqəllən bəzi heyvanlartək ittifaqın mənasını bilsəydiniz, o vaxt hansı bir zalım cürət edə bilərdi ki, sizin insanlıq hüququnuza əl uzatsın?...”.
Mirzə Mülküm xan oturub London şəhərində bizim halımıza ağlayır, amma biz səkkiz yaşında qızın nərəsini eşidib deyirik “mənə nə?”.
Bizim halımıza Londonda göz yaşı tökürlər, amma biz gülürük.
İmzasız
“Molla Nəsrəddin”, 12 avqust 1907, №30
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-goz-yaslari
Use ← → keys to move, R for a random poem
More by this author
– Ağa, mərhəmətiniz artıq.– Ağa, lütfünüz artıq.
FahişəxanaMən Təbrizə gəlməmişdən elə bilirdim ki, fahişəxana pis şeydir; məsələn, Tiflisdə görürdüm ki, fahişəxananı ermənilər də öz məhəllələrinə qoymurdular, gürcülər də və ruslar da öz məhəllələrinə qoymurdular. Müsəlmanlar da qabaqca qoyurdular, amma gördülər ki, xaçpərəst tayfaları qoymurlar, bunlar da fikirləşdilər-fikirləşdilər, axırda istixarədən sonra qərar qoydular ki, fahişəxananı öz məhəllələrindən kənar etsinlər.Amma elə ki, mən gəldim Təbrizə, gördüm ki, bu şəhərdə müsəlman məhəllələrində dörd yerdə fahişəxana var və bihayə qızlar balkona çıxıb, mədrəsəyə gedən islam balalarını qonaq dəvət edirlər. İndi mən də, doğrusu, çaşmışam, bilmirəm fahişəxana yaxşı şeydir, ya pis şeydir? Əgər deyim ki, yaxşı şeydir, axır öz aramızdır, insafən danışsaq, görərik ki, yaxşı deyil; o səbəbə ki, əvvələn, fahişəxana millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbih işləri günahi-kəbirə cərkəsinə yazıb.
Bikarlar məhəlləsiTəbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum:– Bunlar niyə burada oturublar?
TikanBir gün bizə bir əbalı qonaq gəldi və salam verib istədi otura. Mən də istəyirdim oturam, birdən gördüm qonaq birdən dik durdu ayağa. Mən çox xəcalət çəkdim; çünki xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə.Mən çıxdım dalana və nökəri çağırdım və başladım məzəmmət eləməyə ki, ey namərd, sən niyə məni xəcalət eləyirsən ki, evi süpürəndə süpürgənin tikanını fərşin üstünə salırsan?!
Poems by other poets · Satire
Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
İnşaallahÖlkəmiz mərkəzi-ürfan olar, inşaallah,Oxuyub xalqımız insan olar, inşaallah!
Molla SuğraMolla Suğraya ziyarət eylə qismət, ya Hüseyn!Siğə olsun bir müsəlmana bu övrət, ya Hüseyn!