Arvad öldürənlər, yaxud “qeyrət”
İstilah komisyonunun nəzəri-diqqətinə!
“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.
Daha doğrusu, “qeyrət” əslən Bakı istilahıdır və buradan da bu istilah Qafqazın bəzi yerlərinə, xüsusən şimal tərəfinə, qeyrətli islam arasına yayılıbdır.
“Qeyrət”in əsli mənası–arvad öldurməkdir. Və çünki Bakıdan və bizim qeyri şəhərlərimizdən savayı Rusiyada və Avropada arvad öldürmək yoxdur, onunçün də o məmləkətlərdə “qeyrət” ləfzi də işlənmir. Və çünki o tayfaların “qeyrət”i, yaxud “qeyrət” istilahı yoxdur, onunçün də heç kəs indiyə kimi eşitməyib ki, bir nəfər rus, erməni, ya almaniyalı, ya amerikalı “qeyrət” üstə arvad öldürsün.
“Qeyrət”in mənası:
“Qeyrət”in mənası budur ki, indi bir saatlığa tutaq ki, mən məsələn, Bakı qoçusuyam və baxıb görürəm ki, arvadımın, ya bacımın rəftarı mənə xoş gəlmir və bunların rəftarına baxıb qorxuram ki, camaat içində mənim bacım barəsində, ya arvadım barəsində pis danışalar.
Qeyrət, qeyrət – buna deyirlər; yəni hirs vurur təpəmə və pıçağı götürüb arvadımın, yainki bacımın başını kəsirəm.
“Qeyrət” buna deyirlər!
Amma çifayda və səd əfsus!
Çünki qulağımıza çatan rəvayətlərdən və gözümüzlə gördüyümüz təcrübələrdən belə məlum olur ki, Şura ədliyyəsi təlim edibdir bu gözəl istilahı bilmərrə bizim lüğətimizdən pozsun və qeyrət üstə arvad öldürmək adətinin bilmərrə kökünü kəssin.
Heyif və yenə heyif! Ondan ötrü ki, əgər bu rəvayətlər doğrudursa, elədə arvad öldürən qoçularımız gərək bir vaxt “mod”dan düşələr və belə də olsa, doğrudan da, namərdlik və yırtıcılıqda çıxartdığımız gözəl ad və şöhrətimiz bir vaxt məhv ola gərək.
Heyif, yenə heyif olsun qoçubazlığımıza, arvad öldürmək kimi igidliyimizə!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 27 noyabr 1926, №48
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-arvad-oldurenler-yaxud-qeyret
Use ← → keys to move, R for a random poem
More by this author
– Ədə, Həsənəli, naxır gəlir, qaç töylənin qapısını aç, heyvanlar gəlib həyətə girməsinlər və həyət-bacanı zibilləməsinlər.– Ədə, tez ol, qoyma qaç qabağa!
Abunə dəftərimiz açıldıBu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira:Məkon zigərdişi geyti şikayət, ey dərviş
Siyasi məsələSəttərxan şahın qoşunlarını basdı və günbəgün qabağa getməkdədir. Bunnan işimiz yoxdur. Az qalıb ki, bütün Azərbaycana padşah olsun. Bunnan da işimiz yoxdur.Şüca Nizami, Eynüddövləni, İzzətullah xanı və qeyriləri çox asanlıqla basıb dağıdır.
ZəhrimarA kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib.Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl.
Poems by other poets · Satire
VəkilHəqsizə həqli deyi, bir çox günahlara batmışam.
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.
AktyorDünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsusartistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
Bizim arvadEvdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.