Bəxt lazımdır
Ağstafada dəmir yol işçilərindən Məhəmməd Hacızadə ən zəhmətkeş bir adamdır:
Zəhmətkeşliyinə dəmir yol idarəsindən əlində vəsiqəsi var.
Teatr-dram cəmiyyəti üzvlüyünə Qazax maarif şöbəsindən və Ağstafa işçi klubundan şəhadətnaməsi var.
“Yeni fikir” qəzetinin müxbirliyinə həmin qəzet idarəsindən sənədi var.
“Bolşevik” qəzetinin intişarı yolunda çalışmağına Qazax firqə komitəsinin təbliğat şöbəsindən vəkalətnaməsi var.
Və bizim Molla əminin də yolunda Hacızadə yoldaşın çalışdığını biz də iqrar edirik.
Amma bunların hamısı bir tərəfdə, insanın bəxti də bir tərəfdə. Əgər cəmi saydığımız xidmətlərlə bərabər, Allah səndən iltifatını əysə, onda birdən görəcəksən ki, Ağstafa dəmir yol firqə özək katibi Ruben yoldaş və Qazax Dayirə İcraiyyə Komitəsi sədri Rüstəm yoldaş sənin müxbirliyindən narazı qalıb, səni vəzifən-dən kənar etdirib, yomiyyə ruzuva möhtac buraxdılar.
Qərəz, insanda bəxt lazımdır; yoxsa bəxtsiz insan Ağstafa qolçomaqları ilə bacara bilməyəcəkdir.
Molla əmi
“Molla Nəsrəddin”, 18 iyul 1929, №29
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-bext-lazimdir
Use ← → keys to move, R for a random poem
More by this author
Naxçıvanda çıxan “Şərq qapısı” qəzetəsində maarif komissarı Həmid bəy Mahmudov bir gün gedir Naxçıvandakı bir dərəcəli məktəbi təftiş edir və görür ki, müəllimlər Mirzə Əli, Mirzə Cəmşid, Mirzə Asif, Mirzə Əsəd və Mirzə Mircəfər dərsləri saat doqquzdan yarım saat gec başladılar.Bunu gördükdə komissar saydığımız müəllimləri nəinki bircə töhmət etməklə qurtarır, hələ bəlkə bunları həmin günkü zəhmət maaşlarından məhrum edir.
TəbiətÜfunətli bataqlara cürbəcür həşəratın cəm olmağı təbii, çirkli bədənə qisim-qisim böcəklərin daraşmağı təbiidir.Məhz həmin qanunun xasiyyətindəndir ki, cəhalət qaranlığında qalmış insanların içindən müftəxor əmmaməli parazitlər əskik olmayır.
Əkin ustadlarıZəyəm kəndində hökumət tərəfindən qurulmuş olan əkinçilik idarəsinin bir qeyrətli müdiri var ki, familiyası Kuryatindir.Bu günlərdə “Bakı fəhləsi” qəzetəsi yazmışdı ki, Zəyəmdə həmin əkin müdiri cənabları gecə keyfli olur, gündüz keyfli olur. İdarənin həyətində on yeddi dənə böyük əkin maşınları qarın və yağışın altında paslanmaqdadır. O ki qaldı, rəiyyət, bunlar da bəzi vaxt doğrudur, mollaların sözündən çıxıb hərdənbir istəyirlər gəlib bu maşınlardan alıb, aparıb işlətsinlər. Amma gəlib görürlər ki, müdir Kuryatin cənabları rəfiqlərinin biri ilə çaxır içir və ayaq üstə durub, məst bir halda rəfiqinə bu məzmunda nitq söyləyir:
Poçt xərciMəcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmüəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil; çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.
Poems by other poets · Satire
Gəlesən, dilbir edib xəlqə mətəl yazmıyalım,Tapalım kandimize başqa əməl, yazmıyalım.
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
Dilənçi deyir ki ("Əl açıb sail olmağın xoşdur")Əl açıb sail olmağın xoşdur,Gərçi bir həbbə sim isə diləyin;
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.