Əkin ustadları
Zəyəm kəndində hökumət tərəfindən qurulmuş olan əkinçilik idarəsinin bir qeyrətli müdiri var ki, familiyası Kuryatindir.
Bu günlərdə “Bakı fəhləsi” qəzetəsi yazmışdı ki, Zəyəmdə həmin əkin müdiri cənabları gecə keyfli olur, gündüz keyfli olur. İdarənin həyətində on yeddi dənə böyük əkin maşınları qarın və yağışın altında paslanmaqdadır. O ki qaldı, rəiyyət, bunlar da bəzi vaxt doğrudur, mollaların sözündən çıxıb hərdənbir istəyirlər gəlib bu maşınlardan alıb, aparıb işlətsinlər. Amma gəlib görürlər ki, müdir Kuryatin cənabları rəfiqlərinin biri ilə çaxır içir və ayaq üstə durub, məst bir halda rəfiqinə bu məzmunda nitq söyləyir:
– Hər bir əkinin əsası maşinabazlıqdır. Əgər maşina olmasa, əgər texnika olmasa, əgər toxumu yerə səpən, biçən, döyən, suvaran maşinaları olmasa, bizim əkinçi rəyiyyətimiz min il də bundan sonra geridə qalacaqlar.
Gah belə də olur ki, mollaların nəsihətindən çıxan bir para nadinc kəndlilər gəlib, müdir cənablarından təğaza edirlər ki, bu maşınların heç olmasa birini versin, aparsınlar imtahan eləsinlər.
Hər dəfə də həmin müdir cənabları Kuryatin məst bir halətdə cavab verir:
Sabah gələrsiniz. İndi mənim macalım yoxdur. Maşınlar da həmən yerdə qarın və yağışın altında paslanmaqdadırlar.
İdarədən:
Bu əhvalatı “Bakı fəhləsi” qəzetəsinin 49 nömrəsində oxuyandan sonra götürüb Zəyəmə müdir həzrətlərinə kağız yazdıq və bu barədə cəm məlumat istədik. Dünən həmən müdir tərəfindən bu məzmunda bir məzəli cavab aldıq.
Kuryatin cənabları yazır:
Yazır ki, bir para adamlar öz gözlərində tiri görmürlər, mənim gözlərimdə qılı görürlər. Əgər Zəyəmdə, doğrudur, əkin idarəsində mənim gözümün qabağında on yeddi əkin maşinası paslanmaqdadır və rəiyyətə mən onları vermirəm xeyir götürsünlər.
Bəs, siz əgər sədaqətli yazıçısınız bəs bunu niyə yazmırsınız ki, Bakıda dərya kənarında torpaq idarəsinin təhtində bir böyük və çox böyük əkin maşinaları anbarı var ki, orada olan kiçik və böyük maşinaların həddi-hesabını heç torpaq müdiri özü də bilmir. Heç sklad müdiri özü də bilmir. Gediniz bir yaxşıca xəbər tutunuz, biliniz aya neçə ildir o maşinalar orada yağış və qarın altında çürüyürlər. Qeyri şəhərlərdə olan maşina skladları habelə.
İndi sizlə mərc gələk bir kəndli əkinçi göndəriniz getsin o maşinaların birini istəsin. Əvvəl müdir deyəcək bu qədər qızıl pul gətir qoy stolun üstünə, get məsələn kotanı apar.
Əgər yalan deyirəmsə, yaz yalan deyirsən.
Məhz səbəb budur. Həmən kəndli gəlib bir kotanı ya sovuruq maşınasını istəyəndə, qabaqca qızıl pulunu sayıb, stolun üstünə qoymur.
İşlər nə qədər ki, bu minval ilə gedir, Zəyəmdə də kəndlilər babadan qalma cütə dəvələri qoşub, cütü eləyəcəklər. Bakının kəndlərində də belə eləyəcəklər. Qeyri kəndlərdə də belə edəcəklər.
Amma sən indi həmən Bakının skladının dəstgahına bax, oranın ştatına bax, orada əyləşən ağaların damağına bax.
Qoy rəiyyət də cütün ardınca dəvələri ya arıx öküzləri döyə-döyə kənardan tamaşa eləsinlər.
Lağlağı
“Molla Nəsrəddin”, 10 mart 1923, №16, səh. 3-4
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ekin-ustadlari
Use ← → keys to move, R for a random poem
More by this author
“Tərəqqi”ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolaları və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolalar mübahəsəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi.Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bilən bir şəxs vardır ki, o cənab da bu dili İstambulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərrirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…”.
HalalAxır vaxtlarda bəzi müsəlmanların öz halal övrətlərini evdə qoyub, gedib əcnəbi övrətlərindən rəfiqə tutmaqları başlayıb artmağa. Cənab Mirzə Abdulla “Tərəqqi”nin 160-cı nömrəsində bu məsələyə əl vurub, müsəlmanların bu hərəkətlərinin adını qoyur “xəbt gətirmək”, yəni dəlilik.Söz yox, o cür ki, cənab Mirzə yazır, – bu bir dəlilikdir, “aqilə, kamilə və mütəşəxxisə övrəti evdə gözüyaşlı qoyub, gedib ağılsız və kamalsız əcnəbi övrətini rəfiqə tutmaq” dəlilikdən də dəlilikdir. Amma yaxşı olardı ki, məqalə sahibi bizi başa salaydı ki, görək, aya, ağıl və kamalın mənası nədir və bizim halal övrətlər nəyin bərəkətindən o dərəcəyə qalxıblar ki, əcnəbi övrətləri bunların əlinə su tökməyə layiq deyildir. Bircə şərtimiz bu olsun ki, bu mübahisədə ortalığa murdarlıq söhbəti gətirməsin; çünki sən elə bircə bunu deyəsən ki, əcnəbi övrətləri əgər bizim xanımların əlinə su töksələr, xanımlarımızın pak əlləri murdarlanar, onda dəxi mən cavab verməyə aciz olaram.
ZülmBu zülm doğrudan da, nə yerə sığışar, nə göyə.Əhvalat belədir:
MətbəəMən necə vəsf edim şəhənşahıMəhü, xurşidrüxi-fələkcahi
Poems by other poets · Satire
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
Təşəkkür ("Mollalar, taleimiz oldu əcəb yar bu gün!")Mollalar, taleimiz oldu əcəb yar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!