Mollalar, taleimiz oldu əcəb yar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!O ki, məktəbləri məhv etmək idi niyyətimiz,Yox idi əldə və lakin ona bir qüdrətimiz,Məktəb artdıqca azalmaqda idi hörmətimiz,O açıldıqca qapanmaqda idi sən’ətimiz,Günbəgün zaid olurdu qəmimiz, möhnətimiz,Arqadaşlar, sevinin oldu rəva hacətimiz!Qəmimiz bitdi, fərəh oldu nümudar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!Misyonerlər, o gözəl fikrli ərbabi-dühaSan-Peterburqda etmişlər əcəb bir şuraKi, müsəlmanlar açan bunca məkatib nə rəva, –Oxudub həndəsə, tə’lim edələr coğrafiya,Hikmətü hey’ətü tarix ilə elmi-əşya,Bu işə bizdə təhəmmül ola bilməz əsla!Çalışın, hümmət edək dəf’inə zinhar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!Misyonerlər bu gözəl əmrə edərkən iqdamBiz neçin lal oturub, eyləməyək bəhsə dəvam?Xassə bu elmlərin biz üləmayi-islamEtmişik bir kərə təhsilini islamə həram,Bunları bilməz ikən biz, niyə övladi-əvamOxuyub, adəm olub, eyləsin ağazi-kəlam?Şimdi fürsət var ikən görməli bir kar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!Misyonerlər, görüm Allah sizə ehsan eləsin,Biz kimi, sizləri də daxili-iman eləsin,Qoymadız çünki müsəlmanları tüğyan eləsin,Yeni məktəbləri Allah özü viran eləsin!Uçurub dam-daşını, xak ilə yeksan eləsin!İndi qoy məktəb açanlar gedib əfğan eləsin!..Qalsın hər yerdə müəllimləri bikar bu gün!Misyonerlər də bizə çıxdı həvadar bu gün!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire