Gecənin sahibsiz vaxtı
Yay zamanı gecələr Bakıda şəhəri mühafizət etmək üçün kifayət qədərincə milis nəfərləri vardır; ancaq yay gecələrinin ikicə saat sahibsiz vaxtı var: o da sübh saat dörddən saat beşə və altıya kimidir.
Həmin iki saatın müddətində, – mən milis nəfəri tərəfindən üzü istəyirəm, – bu vaxt şəhər bunların ixtiyarından çıxıb keçir aşağıda saydığım vətəndaşların ixtiyarına:
Droğçuların.
Alça və əncir satanların.
Starveşçilərin.
Yay zamanı dua yazan mollaların və ruh damarlarına müalicə edən təbiblərin bazarı çox şirin olur. Belə ki, gecə işdən-gücdən yorulub yatan və bütün gecə huşlanan bir Allah bəndəsi yuxuda görür ki, zəlzələdir. Doğrudan da zəlzələ imiş; ancaq yeraltı öküzünün yox, bu Allahsız “droğ” arabasının zəlzələsi imiş. Eləcə sərasimə başını akoşkadan küçəyə uzadıb görürsən ki, hələ təzəcə işıqlanır və şəhərin yuxarı məhəlləsindən bir “droğ” arabası (yəni bir dılğır araba) nərə təpə-təpə gəlir... Gözlərini ovuşdurub güclə seçirsən ki, bu zəlzələni törədən–arabada bagdaş qurma oturan bir keçəl müsəlman uşağıdır, əlində bir yekə xiyarı ağzına basıb, nahar qarnına yeyə-yeyə atı tappıldadır ki, bərk çapsın.
Məlum şeydir, bu arabanın dalınca yenə araba nərəsini eşidəcəksən.
İnsafən bu araba zəlzələsi çox çəkmir; ən çoxu yarım saat, bir saat.
Konsertin ikinci nömrəsi:
– Ay yaxşı alça!
– Ay sarı-sabahı əncir!
– Qaymaq, qaymaq!
– Malina, malina! İndi hünərin var–yat.
– Starveş! Starveş! Ay starveş! Starveş!.. Kor-peşiman “lənət şeytana!”– deyib durub geyinirsən, bir stakan çay iştahasız içib gedirsən qulluğa.
Və məhz qulluqdan evə qayıdanda, görürsən ki, bu yuxusuzluğun bidamaqlığından idarədə nə qədər qanunsuz işlər görmüsən;
Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, verməmisən.
Qəzadan şikayətə gələn üç nəfər kəndliyə kifayət verdirəydin, – acıqlanıb yenə qəzaya göndərdin.
Səndən asılan ailə üzvlərini lap nahaq yerə dilxor eləmisən və küsüb evə çörəyə gəlməmisən.
Və zirdəst idarə qulluqçularından ikisini lap əbəs yerə təhqir etmisən.
Müxtəsər, yay zamanı həmin iki saatın ərzində Bakı şəhəri sahibsiz qalır; səbəb budur ki, Kommunxoz və inzibati şöbə bu iki saatın müddətində şəhərin əhalisinin istirahətini droğçulara, alçaçılara və sair çığır-bağır salanlara icarəyə verir.
Nə qədər səsin var çığır.
Nə qədər gücün var, arabavı sür.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 18 iyul 1929, №29
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-gecenin-sahibsiz-vaxti
Use ← → keys to move, R for a random poem
More by this author
Bir para yoldaşlar yuxarıdakı suala “hə” cavabını verirlər. Hətta Göyçay firqə katibi öz məruzəsində bir vaxt deyirmiş ki, kəndlilər[i] dinsizliyə dəvət eləmək zəhməti hədərdir, çünki onlar, xüsusən cavanlar onsuz da din və etiqaddan uzaqlaşmışdırlar.Aya bu doğrudurmu?
Mədfən“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
Qarabağda aşuraBu il Qarabağda aşuraya rövnəq verən yenə qoçaq iranlılar oldular.Ağdamda aşura günü məscidin həyəti çadralı qadınlarla dolmağa başladı. Amma bu qadınların içində çoxluca iranlı qadınlar da var idi.
Dindarlığın axır nəfəsiÇox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın.Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər?
Poems by other poets · Satire
Lovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,
Nəzminin cavabın, ey taci-sərimCəfərqulu xana*Nəzminin cavabın, ey taci-sərim,
Unudulmaz yaraOl səfa əhli, könül, dünyada, get, qaldır qədəh!Millətin əhvalını sal yada, get, qaldır qədəh!
Dedilər gərçi mülki-İranəDedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,