Dindarlığın axır nəfəsi
Çox yerlərdən xəbər gəlir ki, bu il məhərrəmlik büsatı keçmiş illərə nisbətən bir balaca istədi mıqqıldasın.
Bir para yerlərdə qara camaat və qumarxana lotuları və uşaqbazları hətta baş yarmaq arzusuna da gəlib çatmışdılar. Və bu fəqərə xüsusunda çoxları yazıb idarəmizdən soruşurlar ki, aya bunun illəti nədir ki, suri-İsrafilin bu uzun illər çaldığı bir əsrdə ki, hətta ölülər də dirilməyə üz qoymaq fikrindədirlər, aya səbəb nədir bizim nadan müsəlmanlar fırıldaqçı mollaların torundan yenə çıxıb qaçmaq istəmirlər və yenə bambılı İran mərsiyəxanları mərsiyə və şəbehlərinin dalınca gedirlər?
“Molla Nəsrəddin” idarəsinin bu barədə cavabı belədir:
Ölüm halına yavıqlaşan xəstələrin həmişə bir axır nəfəsi var ki, ondan sonra ölüdə dəxi bir dirilik əlaməti görsənmir. Ancaq bu axır nəfəsdən qabaq xəstədə bir müvəqqəti tərpəniş müşahidə olunur, guya belə nəzərə gəlir ki, xəstənin əhvalı yaxşılaşmağa qədəm qoyur. Amma bu axırıncı hərəkət və tərpəniş, məhz axırıncı nəfəsin çavuşudur.
Habelə axır zamanda nəzərə çarpan dindarlıq tərpəniş və təşəbbüsləri; bunlar hamısı bənzər xəstənin ölümdən qabaqkı yalançı qüvvəsinə və canlanmasına və yalançı sağalmasına.
Bunların hamısı məhz axır nəfəsin əlamətidir; bunlar hamısı dindarlıq oyunbazlıqlarının axırıncı büsatıdır. Və bundan sonra üzümüzə gələn zəhmətkeşlər tərəfindən bu oyunbazlıq, mərsiyəbazlıq, şaxseybazlıqların dəfninin növbəsi gərək olsun və belə də olmalı.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 4 iyul 1929, №27
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-dindarligin-axir-nefesi
Use ← → keys to move, R for a random poem
More by this author
Bakı, 15 may (1910)*Azarlı olmağım səbəbindən rica edirəm bir neçə ayın müddətinə mənim əvəzimdən “Molla Nəsrəddin” məcmuəsinin müdiri-məsulluğunu öhdənə götürəsən.
Əzizim Məmmədəli! (Tiflis, iyun 1910)Mən bu ovqat kəndə getməliyəm və burada bir adam lazımdır ki, “Molla Nəsrəddin”i idarə eləsin. Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala bilsəniz, bu kağızı Məşədi Ələsgər Bağırova nişan veriniz və bunu da biliniz ki, burada bizim evdə yeyib-içəcəksiniz və bir qədər də xərclik hər ay evə göndərə biləcəksiniz. Qədərini indi müəyyən edə bilmədim, amma güman edirəm ki, narazı olmuyasız. Əgər iki aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə genə idarəmizdə qalasınız.Bunu da biliniz ki, burada bizim uşaqlara da dərs verə bilərsiniz, sonra əgər istəsəniz, Həmidə xanımın kəndində onun məxsusi məktəbində dərs deyə bilərsiniz.
Əzizim Məmmədəli! (Yevlax, 1 avqust 1910)Yadımdan çıxdı, baronessa Rozen xanımın islamı qəbul eləməyi barəsində məqalə yazmadım. Odur ki, buradan sənə teleqraf göndərdim ki, haman şəkli 31-ci nömrəyə qoyasan ki, məqalə göndərə biləm. Çünki 30-cu nömrəyə dəxi məqalə çatdıra bilmənəm. Bir neçə günə haman məqaləni göndərərəm, 31-ci nömrəyə qoyarsan.Cəlil
Əzizim Məmmədəli! (18 avqust 1910)30-cu nömrə gəlib çıxdı. Çox yaxşıdır və səndən razı oldum.Əlbəttə, pul povestkalarını və pul kitabçasını – ki, poçtdan bizə veriblər (möhürlü) – qoy paket içinə və göndər ki, üstlərində vəkalət yazım, sən pulu alasan.
Poems by other poets · Satire
Şükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Səbr elə ("Etsə də aləm hamısı zəlzələ")Etsə də aləm hamısı zəlzələ,Aləmi gər tutsa da yüz vəlvələ,