Cavab
Səlyanda müəllim cənablarına:
Yazdığın dörd səhifə məktubu çap eləsək, dəxi bizim özümüzə növbət qalmaz, halbuki, bizim özümüzün yazmağa sözümüz çoxdur.
Səlyan bir balaca yerdir; Səlyandan dörd səhifə yazmağa ixtiyarımız yoxdur; Səlyandan ancaq hər nömrədə bircə sətir yaza bilərik. Məsələn, cavanlar uşaqları tutub çığırda-çığırda qəbristan dərəsinə çəkirlər, yainki hacılar Qazax övrətlərini küçədə görəndə deyirlər: – Ax, qadan mənə gəlsin!
Yainki qəssablar az qalıblar ki, məscid həyətini sallaxana qayırsınlar. Yainki Səlyanda hər kəs bazarda əlinə lüleyin alır, o saat şalvarının bağından tutub qaçır məscid həyətinə (İrəvan və Naxçıvan yadıma düşdü).
Səlyandan bu dəxi bəsdi.
– Yoxsa, durub sənin yazdığın dörd səhifəni yazsaq, dəxi Lənkərana yer qalmaz, amma insaf deyil Lənkərandan yazmayaq ki, Lənkəranda hər bir molla ki, vəfat elədi, onun qəbri ziyarətgah olur, necə ki, bu yavuq vaxtlarda ölən bir göbək yazan mollanın qəbrinin üstünə övrətlər hər cümə axşamı dəstə-dəstə gəlib şam yandırırlar, birdən nə tövr oldu qəbristanın quru otu od tutub yandı və kəndə səs düşdü ki, qəbristanda möcüz olub və bazar əhli qəbristana yüyürüb gördülər ki, ağanın qəbr əhlinə acığı tutub.
Əgər dörd səhifə Səlyandan yazsaq, məsələn, Naxçıvana yer qalmaz, amma insafdan uzaqdır yazmayaq qiraətxanaya o qədər adam cəm olur ki, iynə salmağa yer olmur.
Cırcırama
“Molla Nəsrəddin”, 21 iyul 1908, №29
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-cavab-3
Use ← → keys to move, R for a random poem
More by this author
Əgər sən buraya bayramdan qabaq, yaxud bayramdan sonra gəlsən, onda (... ) axırında biz hamımız kəndə yığışıb, oradan Lısoqorska gedərik. Uşaqlar səni gözləyəcək. Heydər Naxçıvandan gəlib, bizdə qalır. O tamam dəyişib. Sakit, qıvraq və güclüdür. Midhətlə birgə qalmalı və onunla fransız dilindən məşğul olmalıdır. Günlərimiz xoş keçir. Səni gözləyəcəyik.Cəlil
Əzizim Həmidə! (2 iyul 1924)Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.
Həmidə! (23 avqust 1924)Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdı. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s. ) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfslənirəm. Deyəsən, onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb. (Bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim).Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır.
Əzizim Həmidə! (2 sentyabr 1924)Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.
Poems by other poets · Satire
Mühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,
Qoşulub molla Həsən bir keşişəMən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə,Qoşulub molla Həsən saqqalı top bir keşişə.
"Tərcümani-həqiqət" deyir ki ("Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi")Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi,Şimdiki halilə məmnuniyyət izhar eyləyir;
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;