Çerivanski ilə yoldaşının söhbəti
– Yenə nə dərin fikrə gedibsiz? Görünür təzə və xeyirli bir zakon yolu daha tapmaq istəyirsiniz.
Çerivanski – Bəli, müsəlmanların adam və abrozovannı olmaları üçün bir neçə yaxşı üsul tapmışam. Məsələn: biri budur ki, birdən ziyadə övrət alan müsəlmanın ixtiyarları əlindən alınsın.
– Çox əcəb, çox əcəb! O vəhşi müsəlmanların bədəvi adətlərini qaldırıb, onların yerinə bizim gözəl və mədəni rus adətlərimiz öyrədilməzsə, bunlar heç vaxt adam olmayacaqlardır.
Çerivanski – Elədir, elədir! Mən və mənim yoldaşlarım da zatən bu cür fikir edirik.
– Amma…
Amması, nə olacaq?
Çerivanski – Mən elə bilirdim ki, müsəlmanlar üçün hazırladığım “layihə” köhnə hökmlərimiz kimi, səssiz, etirazsız qəbul olunur.
– O nə söz, kimdir qəbul etməyən? Şükür Allaha, indi hökumət vəzifələrinin çoxu siz fikirdə, siz kamaldakı cənablardır.
Çerivanski – Uf….. Acığımdan başım partlayır! Nə günlərə qaldıq ki, bu əzəmətli, bu dünyanı yaxıb yıxan idareyi-hökumətimizə alçaq camaat dəxi qarışmaq istəyir! Ah! Köhnə günlər nə xoşbəxt günlər idi ki, hər işi, hər qanunu istədiyimiz kimi yazar, pozardıq. Qələm, hökm əlimizdə, nə cür kefimiz istəyirsə, elə edərdik. Kimin həddi vardı ki, bizim hökmlərimizə, zakonlarımıza narazılıq cürətini edə idi?
– Ay canım, indi nə olub, neçün ürəyinizi belə sıxırsız?
Çerivanski – Deyirəm ki, mənim “layihə”min hikmətinə bəzi müsəlmanların ağlı erməyib dumada narazılıq göstərmək asiliyinə indidən hazırlaşırlar.
– Çox təəccüb edirəm ki, sizin kimi böyüklər də elə uşaq sözlərinə, alçaq camaat xahişlərinə qulaq verəcək kiçikliyə tənəzzül edirsiz! İgidliyinizi itirirsiz.
Çerivanski – Xeyr, biləks igidliyimi artırmaq istəyirəm. Amma mənim və yoldaşlarımın tədbiri qorxuram baş tutmayacaq. Dumaya seçilənlərin çoxu bizim xahişimizin tərsinə “hürriyyətpərvərlər” olacaq. Bu halda qorxuram ki, camaat tərəfini tutan səfeh professorlar, dəli advokatlar, xain müəllimlər dumada müsəlmanların təvəqqələrinə səs verələr. Qorxuram müsəlman məsələsi dumada baxılarsa, müsəlmanlar udalar.
– Mən də elə bildim ki, qorxunuz polyaklardan, gürcülərdən, ermənilərdəndir. Biz ruslar müsəlmanların çox qışqırıqlarını, çox hayküylərini eşidirik. Amma heç birinin dalı gəlmir. İspiçka kimi tez alovlanıb tez də sönürlər. Bir də, harda müsəlmanlarda elə qeyrətli, həmiyyətli vəkillər ki, “müqəddəs”lərə boyun əyməkdən qurtulub millət xeyrinə çalışalar. Müsəlmanlardan tərəf arxayın olunuz ki, dumaya lal gəlib kor gedəcəklər.
Çerivanski – Mən də zatən müsəlmanlardan qorxmuram. Müsəlmanlara kömək edəcək səfeh ruslardan, polyaklardan qorxuram.
– Siz lap arxayın olunuz! Yoldaşlarınız cənab Vitte, Durnovo və qeyri-hökumət igidləri elə tədbir tökməyiblər ki, dumada bir iş görülsün; dumada söylənəcək sözlər, tədbirlər bir qəpiyə dəysin, Allah qoysa “Dövlət şurası”, yəni millət şurasının ağası sağ və qüvvətli olduqca dövlət duması ağzını qurbağalar kimi açıb yummaqdan savayı bir iş görə bilməyəcəkdir. Sağ olsun xuliqanlarımız!
“Molla Nəsrəddin”, 14 aprel 1906, №2
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-cerivanski-ile-yoldasinin-sohbeti
Use ← → keys to move, R for a random poem
More by this author
Tiflisdə təzə açılan “Qeyrət” mətbəəsində türkcə, farsca, ərəbcə və rusca hər cür kitab, dəftər, hesabnamə, paket (zərf), ziyarət kağızçası (kartışka) və özgə hər növ ticarət-sövdagar və zavod kağızları çap edilir.“Qeyrət” mətbəəsində çap ediləcək kitab və kağızlar Rusiyadakı müsəlman hərflərinin ən son və yaxşısı ilə basılacağı kimi, çap qiyməti də mümkün dərəcədə ucuz olacaqdır. “Qeyrət” mətbəəsi həmişə sifarişlərin gözəl təb edilməsinə, vaxtında hazır olmağına və ucuz çap etmək ilə müsəlmanca əsərlərin nəşrinə xidmət edəcəkdir.
Məmmədqulubəy Kəngərlinin tərcümeyi-halı(Əxirən həyatına fəcianə bir surətdə xatimə çəkilən sabiq topçu ofiseri Məmmədqulubəy Kəngərli)*Bu il avqust ayının 29-da Batum şəhərində Məmmədqulubəy Kəngərlinin erməni komiteti tərəfindən göndərilən ermənilər tərəfindən şəhid edildiyini duyub qəlbən ağlamayan qafqazlı bir müsəlman yoxdur. Zənn edirəm, məhz millət yolunda qurban olan belə bir vücudi-müqəddəsin tərcümeyi-halını yazmaq, bilməyənlərə tanıtmaq, onu bilən hər sahibqələmimizin, əlbəttə, ən birinci borcu idi. Nə fayda ki, indiyə qədər bu borcu yerinə yetirən bir kəs meydana çıxmadı. Doğrusu, bu hal bu qədrnaşünaslıq ümumi–millətin üstə bihədd naşükürlük töhməti qoyacağından qorxdum. Sevgili millətimə öylə böyük bir təqsiri rəva görmədim. Bu səbəblədir ki, sahibqələm olmaya-olmaya, mərhumun vətənindən minlərcə verst uzaqda ola-ola qəlbim razı olmadı ki, öylə bir mücəssəmi – həmiyyənin, fədakari-millətin tərcümeyi-halı yazılmamış qalsın. Buna görə millətin qədrşünaslığı naminə mərhumun tərcümeyi-halından bildiyim qədər yazıram:
OxucularımızaMəcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək.Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına.
Türkiyə məşrutəsinin keçmişindənTürkiyə sultanlarına hələ XVIII əsrdə aydın olmuşdu ki, ümumiyyətlə, dövlət quruluşunda və xüsusilə-hərbi təsisatda olan anomaliya Türkiyənin mədəni inkişafını və habelə işğalçılıqdakı müvəffəqiyyətli hərəkətini ləngidir.Böyük sərkərdələr Napalyon və Suvorov bütün dünyaya səs saldıqları zaman, onlardan birincisinin müzəffər qoşunları Misrə, digərininkilər isə Qərbi Avropaya hücum etdikləri zaman, nəhayət, türk qoşunları Avstriya və Rusiyanın birləşmiş qoşunları tərəfindən Serbiya və Rumıniyada büsbütün darmadağın edildikləri zaman dahi Sultan Səlim salis çox aydın başa düşdü ki, onun dövründəki dövlət quruluşu Türkiyə imperiyasını açıq-aşkar uçuruma doğru aparmaqdadır.
Poems by other poets · Satire
Mirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
MüxabirəMəmdəli:Sevgili sultan babam, söylə, sənin halın nədir?
Oruc yeyənlərə kəc-kəc baxan, Oruc qardaşOruc yeyenlere kec-kec baxan, Onıc qardaş,Bİr azca hövsələ bas, səbr elə, danxma, yavaş,