Bizim “obrazovannı”lar
Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:
– Hardan gəlirsən?
O mənə belə cavab verir:
– Ya xodil na poçtu.
Deyirəm:
– Dünən niyə bizə gəlmədin?
Cavab verir:
– K nam prişli qosti.
Deyirəm:
– Yaxşı, qonaqlar gedəndən sonra gələydin!
Cavab verir:
– Net, uje bılo pozdno.
Deyirəm:
– Söz verirsən ki, sabah gələsən, bir az söhbət edək?
Cavab verir:
– Postarayus, no slovo ne dayu.
Deyirəm!
– Xudahafiz!
Cavab verir:
– Do svidaniya!
Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm!..
Axırı bir gün dostumdan soruşdum:
– Mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mənlə heç müsəlmanca danışmaq istəmirsən? Yoldaşım mənə rus dilində belə cavab verdi:
– Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit!.. (yəni obrazovannının müsəlmanca danışmağı eyibdir!).
– Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!..
Deyirlər ki, həmin mənim rəfiqim rus şkolunda oxuyan vaxt bir gün anasına deyib:
– Ana! Pajaluysta, mənə bir şey svarit elə! (yəni bişir!)
Anası cavab verib:
– Bala, nə dedin?
Rəfiqim cavab verib:
– Ox, ox! Siz heç bir zad qanmırsınız! Mən deyirəm: bir zad bişir.
– Bala, nə bişirim?
– Çort yeqo znaet!.. Yadımdan çıxıb… Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana… Bir cür adı var…
– Bala, küftə deyirsən?
– Hə… hə… qofta, qofta!
“Molla Nəsrəddin”, 14 aprel 1906, №2
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-bizim-obrazovanni-lar
Use ← → keys to move, R for a random poem
More by this author
Qabaqca bir neçə sözBu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik; amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elanı yazırıq ki, bizim jurnalımıza təzə il üçün abunə olsunlar və bizə pul göndərsinlər, bir yandan da başlamışıq müsəlmanlara sataşmağa. Söz yox, heç bir molla belə eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz belə bir dua eləyəydik:
Fərrux bəy VəzirovOxucularımıza məlumdur ki, nemes tacirlərindən Foryer adında bir nəfər adam noyabr ayının 27-sində Gəncədə ruhani mədrəsəsində beş yüz manat ehsan eləyib və tələbələrə deyib: “Mən çox şadam ki, sizləri elm dalınca gedən görürəm. Oxuyun, müsəlman qardaşlar, oxuyun”.İnsafdan uzaq olar ki, biz bu barədə bir neçə söz danışmayaq.
Oyun-oyuncaqYox vallah belə olmaz! Axı, yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin.Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşri-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.
İran işləriBu gün İrandan gələn məktubları oxudum və qəzetlərdə yazılan İran əhvalatını gördüm – dərin fikrə getdim.Öz könlümdə bu saata qədər İranın vüquatını nəzərimə gətirib fikirləşdim, fikirləşdim ki, biləm nə səbəbə İran bu halətə çatdı.
Poems by other poets · Satire
I– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Millətinin halı pərişan olaMillətinin halı pərİşan ola,Hor bir işi nifrətə şayan ola,
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.