Dayan
Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.
Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.
Məclisdə söhbət İranın gələcəkdə tərəqqisindən düşdü və məclisdə olan ağaların biri fərmayiş elədi ki, gərək İranda çoxluca dəmir yol çəkdirək.
Nə olar ki, dəmir yol vacib bir şeydir. Ağaların biri də buyurdu ki, gərək bizim dəmir yol əcnəbilərin dəmir yoluna oxşamasın; məsələn, onların dəmir yolunda kilsə yoxdur, amma bizim dəmir yol qatarlarında gərək məscid olsun.
Nə olar ki, məscid də ibadət üçün lazımlı şeydir. Sonra ağaların bir özgəsi də fərmayiş elədi ki, yaxşı olar dəmir yol qatarında məsciddən savayı bir minarə də ola maşın hərəkət eləyən vaxt günorta azanı yetişən kimi müəzzin çıxa minarəyə və maşınçıya çığıra “dayan” və başlıya azanı. Miniklər hamısı qatardan tökülə çölə və dağıla ətrafa su axtarıb dəstəmaz almağa və namaz qılmağa. Söz yox ki, burada ola bilər qeyri millətdən az-çox adam olsun, çox əcəb, qoy olsun, qoy bunlar həsrət ilə bizə baxıb öz-özlərinə desinlər “ədə, bu müsəlmanlar nə qeyrətlidirlər!
Bu sözləri haman məclisdə ağalar ağızları köpüklü-köpüklü danışırdılar.
Amma demə ki, mən yalan deyirəm. Yox, dayan: hər kəs yalan deyir, Allah ona lənət eləsin.
Lağlağı
“Molla Nəsrəddin”, 16 iyun 1908, №24
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-dayan
Use ← → keys to move, R for a random poem
More by this author
Kağızların çatır. Povestkaları və kitabçaya qol çəkib göndərdim. 44 manat 81 qəpik alacaqsan. Pulu al və lazım olan yerə xərc elə. Manyanın sözünə qulaq asma, çünki o gərək sənə tabe olsun, nəinki sən ona. Amma çox ehtiyacı olanda kömək elə. Bəlkə paltarı və çəkməsi cırılıb. Qərəz sən sahibi-ixtiyarsan. Vera Akimovna ilə də bir tövr rəftar eləyin.Qonaqlar gəlib bir-iki gün qalacaqlar bizdə. Vera Akimovna necə ki, mənim otağımda qalır, qalsın. Aşbaza da nahar sifariş ver ki, həmi qonaqlar, həmi ev adamlarımız korluq çəkməsinlər. Münəvvərin kitablarını al. Bilirəm, kürd arvadı kimi 44 manatı bəhanə eləyib, 44 yüz manatlıq sifariş edirəm, amma başını sal aşağa və nə cür ağlın kəsir o tövr elə.
Əzizim Məmmədəli!Təvəqqe edirəm bir belə şey qayırtdırasan: poçtxanalarda posılkalara bir cür maşın ilə plomb vururlar. Bir balaca və girdə, pul kimi qurğuşundan plomba çıxır, üstündə bilmirəm nə yazılmış olur.Gör bu maşını hansı usta qayırır və iki dənə sifariş ver qayırsınlar, tez al göndər. Amma bu cür olsun ki, plombun üstündə rusca bu cür yazı çıxsın: Qamida.
Azərbaycan KP MK-nın Bakı Komitəsinin mətbuat şöbəsinə1931-ci ilin əvvəlindən “Molla Nəsrəddin” fəhlələrindən, kasıblardan, patraklardan və təhsil alan gənclərdən ibarət daha geniş oxucu kütləsinə tərəf dönür. Jurnal bu ildən öz işini əsas etibarilə ateizm sahəsində gücləndirir, əhalinin türk hissəsi arasında fanatizm, kütlük və cəhalətə qarşı mübarizəyə rəhbərlik edir. Bununla yanaşı əsas kütləvi dövrü mətbuat orqanı kimi jurnal keçirilən bütün siyasi kompaniyalarda fəal iştirak edir. Qarşıda duran məsul vəzifələrlə əlaqədar olaraq, jurnal fəaliyyətini genişləndirməli, ardıcıl nəşrini təmin etməli, bədii-siyasi məzmununu artırmalı, fəhlə-kəndli müxbirləri ilə işin genişləndirilməsinə nail olmalıdır.Bütün bunlara görə, “Molla Nəsrəddin” jurnalının 1931-ci ilə dair nəzərdə tutulan xərclərinin cədvəlini təqdim etməklə təsdiq olunmağını və illik xərcinin 16 min 44 manat həcmində qəbul edilməsini, Sovnarkoma dövlət yardımını ildə 6 min 44 manata çatdırmağı təklif etməyi xahiş edirəm.
Azərbaycan İctimai Şura Cümhuriyyəti Komissarlar ŞurasınaFevral ayı üçün “Molla Nəsrəddin”ə çatacaq beş yüz (500) manat miqdarında olan dotasiyanın verilməyini Komissar Şurasından iltimas edirik.Məcmuənin məsul müdiri
Poems by other poets · Satire
“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Haradan başıma düşdüsə sövdayi-BuxaraHaradan başıma düşdüsə sövdayi-Buxara,Yandırdı mənİ vezi-qemefzayı-Buxara.
«Kefsiz»ə nəzirəYarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
Röyası axundunTəsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.