Page 7 of 7 · 86%

Mürşüd dayı. Mərcan, bilirsən, məni həmişə narahat eləyən nə məsələdir?

Mərcan xanım. Yox.

Mürşüd dayı (yavaşca qapıya tərəf baxır). Mən bir şeydən çox qorxuram. Qorxuram şahzadə Püstəyə aşiq olmuş ola.

Mərcan xanım. Elə mənim fikrimə də bu gəlir.

Mürşüd dayı (fikir eləyir). Hər şeyi ötüşdürmək olar. Ancaq bu barədə mən acizəm.

Mərcan xanım. Bəs, neyləyək? (Hər ikisi də fikirləşir).

Mürşüd dayı. Söz yox ki, Püstəni bir neçə günlüyə kəndə göndərmək olmaz.

Mərcan xanım. Yox, getməz. Nə özü gedər, nə Cahangir qoyar. Sən məgər bilmirsənmi ki, bunlar dilbirdirlər. Çünki Cahangirin fikri Püstəni qızlar dəstəsinə, mədəni hücuma yazdırmaqdır. Görmürsən, məgər, Püstənin dərslərinə özü baxır?

Mürşüd dayı. Mən elə güman edirəm ki, Cahangir görsə ki, Püstə Çiçəyin qabağını kəsər, bəlkə Cahangir də Püstənin kənar olmasına razı olar.

Mərcan xanım. Ağlım kəsmir.

Mürşüd dayı. Mərcan, məsələnin maraqlı tərəfi budur ki, görək şahzadə qızların hansını xoşlayıbdır?

Mərcan xanım. Hələ, mən ondan da artıq deyirəm (Qapılara tərəf baxır). Zərəfşanı da xoşlaya bilər. Püstəni demirəm, amma, Zərəfşan Çiçəkdən ki, göyçəkdir.

Mürşüd dayı. Hər halda, Püstə bizim üçün böyük əngəldir.

Mərcan xanım. Dadaş, yaxşı olardı birtəhər qızı başdan eləyərdik. Uzaq bir yana gedəydi. Qonaqlıqda burada olmayaydı.

Mürşüd dayı (yavaşca). Bir bəhanə ilə bir neçə günlüyə kəndə göndərə bilərik.

Mərcan xanım. Yəni Püstə kəndə getmək istəyər? Atası deyirlər xəstədir. Amma dəxi qonaqlıq adı ki, gəldi, dəxi qonaqlıq sovuşmayınca bir yana tərpənməyəcək. Mən onun xasiyyətinə bələdəm.

Mürşüd dayı (durub var-gəl edib, fikirləşir.). Mərcan, qoy, Püstə gəlsin bura. (Zərəfşan xanım gedir Püstənin dalınca).

Mürşüd dayı. Mənim xəyalım sabah yox, biri gün şahzadəni bura çağırmaqdır. Sabah qızı yola salsaq, başdan olar.

Mərcan xanım. Elə çətin iş onu yola salmaqdı.

Mürşüd dayı. Çətin deyil. (Püstə girir içəri). Hə, görək şahzadəni necə yola salacayıq.

Püstə. Necə yola salacayıq? Çox yaxşı salacayıq.

Mürşüd dayı. Amma öz aramızdı, Püstə xanım, sən istəyirdin cavan qızlar dəstəsinə yazılasan. Və cəmiyyət tərəfdarı olasan. Amma indi danışırlar ki, Püstə xanım məsləkini və etiqadını satıb, indi də şahzadələrlə oturub durur. Və kənddə atası azarlı ola-ola gedib onu yoxlamaq da istəmir.

Püstə (coşur). Xeyr, bağışla, kim o sözü deyir? Heç kəsin ixtiyarı yoxdur, heç kəsin ixtiyarı yoxdur. Onu deyən paxıllıq ucundan danışır. Kim deyir, kim deyir?

Və belə deyə-deyə başlayır ağlamağa və yerə yıxılmağa. Arvad-uşaq qızı qucaqlıyıb aparırlar. Qalır Mərcan xanım və Mürşüd dayı.

Mərcan xanım (yavaşcadan). Dadaş, söz yox o sözləri özündən düzəltdin (Sevincək gülür).

Mürşüd dayı (yavaşca arvadlara tərəf baxa-baxa). İndi dəxi qonaqlıqda Püstə burada olmaz.

Mərcan xanım. Doğrudan?

Mürşüd dayı. Mən sənə deyirəm.

Zərəfşan xanım. Mərcan, Püstə dəxi dayanmaq istəmir. Deyir bu saat məni göndərin kəndə. İstəyir atasının yanına getsin.

Mürşüd dayı. Mərcan, mən gedirəm. (Yavaşca) Şahzadəni qonaq çağıram. Özü də sabah yox, biri günə. Siz də tədarükdə olun.

Cahangir (girir və Mürşid dayının axırıncı sözlərini eşidib deyir). Dayı, gedib çağırma. Vallah, qorxuram axırda mən biabır olam.

Hamı da mat qalır və məyus olub kiriyir.

Mürşüd dayı. Bəs, axır biz bayaq professoru dəvət etməyi qərara almışdıq.

Cahangir fikrə gedib, var-gəl eləyir.

Mürşüd dayı (Cahangirə). Cahangir, bala, sən gərək bunu biləsən, təzəcə gözünü açıb, dünyanı tanımağa başlayıbsan. Amma biz dünyanı tanıyanda sən yox idin. Sən gərək bunu biləsən ki, bizim kimi ucadan aşağıya düşənlərin nicatı, əvvala, dərsdə və elmdədir, ikinci, var və dövlətdə. Bunu da gərək unutmayasan ki, dünyada…

Mərcan xanım (durub qapılara baxır, bir az alçaqdan). Necə görəsən? Mən sənin bacın Çiçəyin yolunda neçə-neçə bu gün təklif elədiyim kimi məsariflər qoymuşam ki, onu ağ günə çıxardam. Nə qədər onun yolunda naümid olduğum cəhənnəmdən göz yaşları tökmüşəm. Mürşüd, sən, əgər, Vəlisultanın halalca oğlusan, onun bircə dənə işıqlı qızının sən əgər doğma qardaşısansa, gərək hər bir qiymətli arzularının yanında onun qızının öz nəsil-nəsəbinə münasib ömür yoldaşı tapmayınca qardaş, gərək müqəyyəd olasan. Əgər, doğrudan, misal üçün, şahzadə kefini maraqlanıbsa, bəlkə burada bir sirr var ki, nə bizə və nə sənə məlumdur. Mən bir işarədir ki, sənə eyləyirəm.

Mərcan xanım. Bunu bir sən bil, bir də vicdanın bilsin (Başlayır ağlamağa. Ağlaya-ağlaya). Xudaya, bir ər bizim evə qismət olmur. Bilmirəm bizim üzümüzə şeytan tükü çıxıbdır?

Cahangir (darıxır). Allah xatirinə ağlama. (Darıxa-darıxa gedir). Bax, vallah, bu arvad-uşağın əlindən qurtarmaq olmur.

Cahangir gedir. Mürşüd dayı da dalınca. Arvadlar başlayırlar ağlaşmağa. Burada Mürşüd dayı qayıdır və şadlıqla xəbər verir.

Mürşüd dayı. Başlayın qonaqlıq tədarükünü nə qədər mümkündür, əlinizdən gələni müzayiqə eləməyin. Cahangir, inşallah, razıdır.

Arvad-uşaq, qızlar şadlanırlar və hərəkətə gəlirlər.

Zərəfşan xanım. Həsrət xala, qeyri arvad-uşaq – biz ev işini düzəldək. Mürşid dayı, ancaq bazar işi və çöl sənin öhdəndədir.

Mürşüd dayı çəpik çala-çala çıxıb gedir. Arvad-uşaq qaynaşmaqdadır.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Niyə mən dərsdən qaçdım

Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.

7 min
Çox qəribə

Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.

2 min
Hansı elmlər lazım?

Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:

4 min
Təzə təlim kitabı

Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.

3 min

Poems by other poets