Page 1 of 2

Dəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir:

Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır).

Qapının başında bir lövhə asılıb, üstə iri xətlə yazılıb: “Dəli kişilər”. O biri tərəfdə qapının başında asılan lövhədə yazılıb: “Dəli arvadlar”. Dəli kişilərin şöbəsindən hərdənbir dəlilər qapıya tərəf gəlib baxanda qapıçı onları qaytarır. Doktor tələbələrə tərəf üzünü tutub, leksiya oxuyur.

Professor. Salam olsun elm və fənn dalınca gedən cavan tələbələrimizə. Lakin bilmərrə unutmamalı ki, elm ki, biz deyirik, haman ülum və fünunun cümləsi təcrübədən və götür-qoydan istinbat olunubdur. Və illa əgər dünyada insanlar kitablardan əxz etdiyi məzmunu təcrübə və praktikdən kənar tuta, min illərlə sümük sındırsa, yenə təhsilini yerinə yetirə bilməz. Onun üçün atalar əbəs yerə deməmişlər: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Amma indi biz bu zərbül-məsəli bu ibarə ilə söyləyək görək: “Çox oxuyan çox bilməz, çox oxuyan və oxuduğunu çox işlədən çox bilər”. (Tələbələr çəpik çalırlar, çəpiyin səsinə dəlilərin tərəfindən səs-küy qopur. Qapıçı onlara tərəf acıqlanır. Hamı sakit olur). Bəli, ruh xəstəliyi dörd əsasdan ibarətdir. Psixoloji elmində və ələlxüsus fənni-təbabətdə biz onu dörd məna ilə ifadə edə bilərik: Xəyal, hiss, fikir və arzu. Necə ki, fi-losofiyadan dörd üzvlü ənasür, yəni, ənasiri-ərbəə, həmin ənasür filosofiyaya eynən mütabiqdir ki, bunların məsdəri ibarət olsun substan-siyadan, yəni rükndən. Amma digər hissələri mütəşəkkildir əvari-zatdan ki, onlar da atoribiyutla məşğuldurlar. (Tələbələr professorun sözlərini əllərindəki kağız varaqlarına qeyd edirlər). Ərz olsun ki, bu dörd qism ruh əhvalının mənbəyi başın içindəki buz damağın yazımazılarıdır ki, onlara tibb istilahında böyük damağ deyirlər. (Tələbələr yazırlar). Zamani ki, həman buz damağın cisminə bir rəxnə toxundu, o vədə insana elə bir xirə dimağ və qüvveyi-əqliyyəsinə elə bir zəf üz verir ki, biz avam dilində ona dəlilik deyirik. Bu xəstəliklərin mütaliəsində ən ziyada əhəmiyyət veriləcək bir məsələ də odur ki, bu xəstəlik üzvüdür, ya qeyri-üzvü? Lakin axır vaxtlarda Avropa mütəxəssisləri arasında üzvi təbirinin ziddinə bir paraları vəzifəvi təbirdə işlətməyə başlayıblar ki, birincilərin silkinə Almaniyada məşhur

19 20 professor Lalbyuzi və ikincisinin silkinə Amerika professoru Tranşı daxil etmək olar. Behərhal, necə aləmi-zərrədə, filosofiya aləmində, habelə də, ruh xəstəlikləri də həman bir haldır. Ancaq təfavüt ondan ibarətdir ki, müttəhidül-məna olaraq işlədilməlidir. (Tələbələr yazır). Axır vaxtlarda ruh xəstəlikləri psixoz adı ilə şöhrət tapmışlar. Necə ki, məsələn, dairrəqs və fəlci-ümumi mütərəqqi kimi. Amma digər tərəfdən bunu nəzərə almalıdır ki, hal-hazırda

“Əmrazi-ruhiyyə” kitabının mühüm səhifələrini işğal edən həmin fəlci-ümumi mütərəqqidir ki, bunun müdavatı hələ indiyədək nəticəbəxş olmayıbdır. Bizim xəstəxanada müşahidə olunan Əm-razi-əqliyyənin cümləsindən fəlci-ümumisinə, dairrəqs və bir neçə dəxi qeyrilərinə rast gələcəksiniz. Amma bunu lazımdır burada qeyd etmək ki, əmrazi-əqliyyənin bəzi nüqati-ibtidaiyyəsi vardır ki, siz cavan tələbələr bunların tətbiqatına yeycə alışmalısınız. Misal üçün, götürün belə bir xəstəliyi (Üzünü qapıçıya tutub deyir). Gətir bura

Qutazı. (Tələbələrə) Qutaz ən şiddətli əsəbi xəstələrdən birinin adıdır. (Qapıçı bir xəstənin əlindən tutub gətirir salona. Qutaz içəri girir və məclisdə olanların hamısına ədəblə baş əyir. Heç bir söz demir və heç danışmır. Professor tələbələrə). Bunu həmişə yad edin ki, hər şeydən qabaq xəstənin hədəqəsinin, yəni gözünün qarasının halını axtarmalı və hədəqənin işığa qarşı təamülünə diqqət edilməlidir. Məsələn, xəstənin hədəqəsi (Qutaza yavuq gəlir) həmişə işığa qarşı daralır. Misal üçün bu xəstə (xəstənin gözünü işığa qarşı tutub və gözlərinə yavuqdan baxır və tələbələri də yavuqa dəvət edir. Burada xəstə əllərini qulaqlarına uzadıb, ucadan deyir: – Nəməkdan! Professor qapıçıya işarə edir, o da xəstəni aparır. Xəstə dalı-dalı gedir və gedə-gedə yenə bir dəfə deyir: – Nəməkdan!). Bu biçarənin atası (kitaba baxır) Qu-bad 35 yaşında həmin dəlilik xəstəliyinə giriftar olub, özünü uca pilləkəndan tullayıb ölmüş imiş, həman bu xəstə ki, onun oğludur, əgər bunu biz indi başına qoysaq, bu da atası kimi özünü intihar edə bilər.

Tələbələrin birisi. Professor, ruhi xəstələrə tibb elmində bir əlac işarəsi tapılırmı ki, xəstənin bütün-bütünə şəfa tapmağına ümidvar olmaq ola?

O biri tələbə. Yəni, açıqcasına burada sizin müalicənin nəticəsində xəstələrin şəfa tapmağı tez-tezmi ittifaq düşür?

Professor. Yoldaşlar, sizin bu suallarınız, xeyli ağıllı bir sualdır. Çünki zəif şüur bütün ruh xəstəliklərinin ən adi bir şəkildir. Müxtəlif alimlər və mütəxəssislər arasında şüursuzluq halı haqqında bir çox münaqişələr vaqe olmuşdur. Cəmi bu münaqişələrin nəticəsində bu anlaşılır ki, müalicə qəbul etməyən cəli mərəzlərin ikinci dərəcədə hesab olunanı paranoydur. Bizim xəstəxanada həmin mərəzə giriftar olan (kitaba baxır) bir nəfərdir ki, ona camaat arasında “təbiri-xab” deyirlər.

Qapıçıya işarə edir, o da dəlilərin içindən bir nəfərin qolundan tutub gətirir. Xəstə titrəyə-titrəyə daxil olur. Professor və tələbələr ona yavuq gəlirlər. Professor gedir, yapışır onun nəbzindən.

Professor. Nədən qorxursan?

Xəstə cavab vermir və tələbələrin birindən elə qorxur ki, başlayır çığırmağa. Professor bunu şirin dillə danışdırır.

Professor. Bir de görüm, kimdən qorxursan və nədən qorxursan?

Xəstə (təbiri-xab başlayır çığırmağa və deyir). Bu oğlan dünən çıxdı damımızın üstünə və mənim xoruzumu tutdu apardı. Mən ha dedim ki, xoruzumu aparma, (ağlaya-ağlaya) bıçağını çıxartdı və istədi məni vurub öldürə (Çığırır).

Bunu aparıb, qatırlar azarlıların içinə. Kişi şöbəsində yenə bir mərəkə qopur. Orada hay-küy arasında bir xəstədən bir belə təhdid etmək sədası eşidilir.

– Görrəm halınızı; görrəm halınızı!

Arada Dəli Murtuza özünü qapıdan salır salona və üzünü professora və tələbələrə tutub, ağzı köpüklü və qızışmış bir halda bağırır:

– Çəkərsiniz cəzanızı, çəkərsiniz cəzanızı.

Professor (qapıçıya). Aparın, bu biçarəni və səy edin uzanıb rahat olsun (Qapıçı xəstəni aparır).

Professor (Murtuza barəsində tələbələrə məlumat verir). Bu xəstələr, zənnimcə cəmi insanlar tutduqları məsiyyət içində hədsiz xəta və xətərə düçar olacaqlar. Və axırda da cəzalarını çəkəcəklər.

Professor zəngi çalır. Xidmətçi arvad – 50-55 yaşında, xeyli çirkin və işdən düş-müş “ifritə” daxil olur.

Xidmətçi ifritə (professora). Nə buyurursunuz?

Professor (xidmətçi qadına). Bir stəkan su gətir.

Xidmətçi ifritə. Baş üstə. (Gedir).

Professor (öz nitqinə davam edir). Cavanlara ərz olsun ki, ağıl və şüur sahəsində iki mühüm ünsür həmişə hökmfərmadır: zehn və iradə. Bunların mahiyyətini biz həmin ibarə ilə ifadə edə bilərik. Bunlar sıxı surətdə bir-birinə bağlıdır və bir-birindən daimi surətdə mütəssir olunur. Və bir felin icrası barəsində həmişə bir-biri ilə mücadilə edir. Bunun nəticəsində əgər bir fərdə bir dərd və ələm üz versə və təsəllisi mümkün olmayan qüssəyə düçar ola, o vaxt həman şəxsin hafizəsi müxtəl olmaqla bərabər, dimağına elə bir kəsalət üz verəcək ki, və xəstəni elə bir hala salacaq ki, tibb dilində ona qaliyubnar dəliliyi deyirlər.

Xidmətçi qadın əlində bir stəkan su gətirdiyi və professorun qabağına tutduğu yerdə dəli kişilər içindən Dəli Şahzadə adlı bir dəli özünü zor ilə məclisə soxur və xidmətçi qadının üstünə hücum edir. Qapıçı, professor və tələbələr bunun qabağına dururlar. Xidmətçi qadın qorxusundan stəkanı əlindən salır, stəkan sınır, su dağılır. Dəli Şahzadə özünü adamların əlindən darta-darta çığırır.

Dəli Şahzadə. – Arvad, arvad, mən arvad istəyirəm.

Adamlar bir təhər ilə, şirin dillə Dəli Şahzadəni geri aparırlar.

Professor. Ərz olsun ki, bu da dəliliyin bir növüdür. Burada iradənin hərəkətləri heç bir qanuna tabe deyil. Gah xəstənin başına övrət sevdası, evlənmək sevdası müsəllət olur, gah mərəzin təsiri altında xəstə özünü çox ali bir vücud hesab edir. Çünki xəstənin qüvveyi-əqliyyəsi müəyyən və sabit ölçüdən çıxıb, felləri və qövlləri arasında heç bir münasibət müşahidə olunmur. Bu ona dəlalət edir ki, cəmi əfradın əhval-ruhiyyəsi müəyyən bir duyğunun sövq və idarəsi təhtində hərəkət edir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mənə nə!

Bizlər deyirik: mənə nə, farslar deyir: bə mən çe? Bu ibarənin mənası budur ki, mən deyirəm hər bir işin başında mən özüm olum və o işdə ki, mən yoxam – o işi də pisləyəcəyəm.Məsələn, eşidirəm ki, sən bir xeyir iş başlamısan; məsələn, aclara köməklik yığırsan, ya körpü qayırırsan. Hərçənd o işlər öz-özlüyündə fəna iş deyillər, bəlkə hələ yaxşı da bir işdirlər; amma zəmani ki, sən o işləri mənsiz başlamısan və mənim orada adım-sanım yoxdur, mən, əlbəttə o işlərin heç birini təsdiq etməyəcəyəm. Çünki bunlar hamısı keçəndən sonra mənə şöhrət lazımdır.

1 min
Qızıl kimi söz

Sözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.

2 min
İzhari-təşəkkür

Nə gözəl gün! Nə səadətli gün! Bu gün ki, may ayının on yeddisi və şavval ayının biridir, ali bir gündür ki, bunun misli və manəndi az-az düçar olur.Bu gün eydi-fitrdir. Yəni oruc bayramıdır. Yəni mömin və oruc tutan və namaz qılan müsəlmanların müqəddəs bayramı və əziz gündür.

2 min
Teatr işləri

Yay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu.Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki?

1 min

Poems by other poets