Üçüncü məclis
Page 1 of 2
Mərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,
38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.
Mərcan xanım (Mürşüd dayıya). Dadaş, bir de görüm professordan savayı onun yanınca kim dəxi bizə gələcəkdir?
Mürşüd dayı (o tərəf-bu tərəfə baxır). Mən kar deyiləm ki?
Mərcan xanım dinmir
Mürşüd dayı. Alçaqdan danışmaq günah ki, deyil.
Mərcan xanım (alçaqdan). Mən deyirəm ki...
Mürşüd dayı (alçaqdan başlayıb, Mərcan xanımın sözünü kəsib deyir). Professordan savayı üç nəfər tələbə gələcək. Dördü gələcəkdi. Ancaq dördüncüsü üzr istədi, çünki onun bu gün teatrda məruzəsi var.
Çiçək və onun dalınca Püstə daxil olurlar. Çiçək faxir libaslarını geymiş, amma Püstə öz ev paltarındadır. Bununla bərabər, Çiçək həmişəki kimi çirkindi, üz-gözünün bəzəyi dəxi də çirkin göstərir. Amma Püstə qəşəng və lətifdir.
Çiçək (sevincək Mürşüd dayıya). Dayı, yaxşımı stol bəzəmişik?
Püstə (Mürşüd dayıya). Mürşüd dayı, bax bu gül dəstələrini mən öz əlimlə bağlamışam. Hələ dəstələrin üstə ətir də səpmişəm. (Qoxuyur, sonra gətirir Mürşüd dayıya tərəf) Bir qoxuyun. Görün ki, ətirlidir.
Mürşüd dayı bir dəstə gülü alıb qoxuluyur.
Mürşüd dayı. Bəh, bəh, bəh, çox gözəl ətri gəlir (Mərcan xanıma tərəf). Mərcan, mən gedirəm. Sora gələrəm. Bir qapıya dur, sözüm var sənə.
Mərcan xanımla Mürşüd dayı qapının yanında pıçıldaşırlar, sora Mürşüd dayı çıxıb gedir. Mərcan xanım Zərəfşan xanımla öz aralarında bir qədər danışandan sonra Çiçəyi çağırırlar yanlarına. Bunlar da üçü öz aralarında bir qədər pıçhapıç edir, Püstəni güllər ilə məşğul olmaqda görüb, başlayırlar ona tərəf diqqətlə baxmağa.
Mərcan xanım (Püstə barəsində, guya öz-özünə). Bəxtəvərin sir-sifətinə bax. Bəxtəvər, deyəsən, mərmərdən yoğrulub. (Sonra Püstəyə) A qız, Püstə, mən, doğrusu, səni bu gün bir özgə damağda görürəm.
Püstə (Mərcan xanıma). Necə ki?
Mərcan xanım. Əvvala budur ki, qız xeylağına bu qədər bəzək-düzək heç yaraşan iş deyil. Çünki sən bizim içimizdə olursan, bunlar hamısı bizə toxuna bilər. Bu gün bizə yad adamlar gələcək. Bir az təmkinli olmaq lazımdır.
Püstə (təəccüblə əlini üzünə sürtür və əlinə baxır). Mən üzümə heç bir şey sürtməmişəm, əynimə də heç bir təzə şey geyməmişəm.
Mərcan xanım. Yox, yox, mən sənə məsləhət görürəm ki, öz yerində oturasan və xəyalına özgə bir fikirlər gətirməyəsən.
Püstə (Çiçəyi göstərir). Mən nə bəzənmişəm, nə də özgə fikirlərə düşürəm. Bəzənən də, bax, qızın Çiçəkdir, geyinən də haman qızındır.
Zərəfşan xanım. Dəxi uzun danışmaq lazım deyil. Çiçəklə də işin yoxdur, danışırsan öz sözünü danış.
Püstə (Zərəfşana). Bəs siz mənə diqqət tutanda yaxşıdır? Mən haqq sözü danışanda pisdir? Mənim özgə ilə heç işim yoxdur. Hamının işi varsa mənnəndir. Allah mənim başıma daş salsın (Ağlayır).
Pərvər içəri girir və Püstəni bu halətdə narahat və gileyli görür.
Pərvər. Nə var, Püstə, niyə ağlayırsan?
Mərcan xanım. Vallah, Pərvər, Püstəyə heç bir ağır söz deyən yoxdur. Axır sən onun xasiyyətini özün yaxşı bilirsən ki, necə dəymədüşərdir. Heç nahaq yerə başlayır hay-küyə ki, niyə mənə söz deyirsiz.
Pərvər. Sizin də ki, Allaha şükür, sözünüz qurtarıbdı. Püstəni bir sancmasanız olmaz.
Sonra stolun üstə düzülənlərə diqqət salır. Bir qədər bu halətdə durandan sonra anasına tərəf başını qaldırıb deyir:
Pərvər. Ana, bu nədir?
Mərcan xanım. Bala, bu sənin professorunun və tələbə yoldaşlarının şərəfinə hazırladığımız qonaqlıqdır.
Pərvər. Bəs, bu qədər artıq yeməklər, qəlyanaltılar, meyvələr və şirnilər bura nə üçün düzülübdür? Bunu mənə de görüm, bu dəmdəstgah müftəcə başa gəlir, ya bunlara artıq-artıq pul verilib?
Mərcan xanım. Pərvər, bala, qadan alım, heç bir şey müftə başa gəlməz, bircə mən bu stolun üstündəki şeylərə dörd dənə qızıl vermişəm.
Zərəfşan xanım. Mən də iki qızıl vermişəm.
Mərcan xanım. Hələ bunlar nədir ki, şahın sazəndə və xanəndələrinə Mürşüd dayın bir-iki saat qonaqların məclisində çalmağa yüz əlli manat vəd veribdir.
Pərvər (bir qədər fikirdən sonra). Ana, indi qulaq as, gör mən nə deyirəm. Belə tutaq ki, indi mənim firqə yoldaşlarım bu dəstgahdan və qonaqlıqdan xəbərdar oldular. Onda mən utandığımdan hansı sıçan dəliyinə gedim girim?
Mərcan xanım (ovcunu ağzına aparır). Boy, Allah aman.
Pərvər (təşvişə düşüb, dizlərinə vurur). Mənə cavab ver, mən səndən söz soruşuram. Bu gün gələn qonaqların içində mənim tələbə yoldaşlarım görəcəklər ki, mənim bu qədər cəlallı evimdə qurmağa maddi qüvvəm var, dəxi onlar məndən bilmərrə üz çöndərə bilərlər, dünya və aləmdə məni biabır eləyərlər. Bəs, indi mənim təklifim var? (Mərcan xanım quruyub qalır). A, indi mənim təklifim nədir? İndi gör mənim haqqım varmı ki, yapışım bu stolun bir qıçından və yuxarı qalxızıb, yanı üstə yıxım. Darmadağın dağılsın. Üstündəki cəmi qab-qacaq pul-pul olsun.
Mərcan xanım. Qadan alım, Pərvər, bu qonaqlığın ki, tədbiri sənin yanında töküldü. Bəs, məgər sən bu işdən bixəbərsən? Məgər sən bu işə özün razılıq vermədin?
Pərvər. Ana, indi bunların hamısı keçibdir. İndi mənim firqə yoldaşlarımdan birinin yolu düşdü bizə və gəldi burada bu dəstgahı öz gözü ilə gördü. Gəldi, gördü ki, biz Türküstan şahzadəsinin şərəfinə belə bir təntənəli ziyafət qurmuşuq. Sən, mən ona nə cavab verərik? Xub, hələ bir saatlığa mən qalım kənarda. Ana, indi səndən danışaq. Bəs, o gün savadsızlığı ləğv eləmək məsələsi barədə çağırılan müəllimlər yığıncağında nə danışırdın? Demirdin ki, bizim xanımların bir qonaqlığının xərcini ortalığa qoyaq? 100 nəfər fağır şagirdlərin ayaqqabılarını təmir etmək olar ki, qışda ayaqyalın məktəbə getməyə məcbur olmasınlar. Bəs, sən bu sözü demirdin?
Mərcan xanım. Xub, nə deyirəm. Balam, qoy bu dəfə də bu qonaqlığı başa vuraq. Bundan sonra mən qələt eləyərəm bir də bu işlərə qədəm qoyam. Vallah, Pərvər, axır sən bilirsən ki, mənim axtardığım nədir və kimdən ötrüdü. O başıdaşlı qız… (Ağlayır).
Pərvər. Sən bilirsənmi ki, mən bu saat iclasdan gəlirəm. Nə dünən və nə bu gün professorun leksiyasına gedə bilməmişəm. Mən hələ qanmıram ki, mədəni hücum nəyə lazımdır. Vallah, billah bizə savadsızlığı ləğv eləmək lazım deyil. Bizə savadsızlıq və avamlıq lazımdır. Qəribə burasıdır ki, məfkurəvi cəbhədə mübarizəmiz o qədər zəifləmişdir ki, maarif düşmənləri xah kəndlərdə və xah işçi kütlə arasında o qədər aktivləşibdir ki, vallah, mən doğrusu, onlardan qorxuram. Kəndlərdə müəllim və müəllimələr kadrosu bir o qədər qüvvət hasil etməyib ki, bunlara ümidvar olmaq ola. Əsas etibarilə bütün təşkilat işlərimiz pozğun bir surətdədir. O dərəcədə ki, məsələn, Çeşməbasar məhəlləsində on yeddi ailədən ancaq iki-üç ailə uşağını məktəbə göndərə bilib, qalanları kasıblıqları cəhətindən dərsdən məhrum olublar. Bir tərəfdən də Vəlisultanın evində bir gecə dörd yüz manat bir axşamın qonaqlığına sərf olunur. (Pərvər ağlamaq istəyir). Vay, vay, harada qaldı məslək, harada qaldı xətti-hərəkət? Harada qaldı firqə yanında məsuliyyət?!
Mərcan xanım. Bala, Pərvər, qadan alım, ağlama, and olsun sənin canına. Sən özün razı olmasaydın, bu qonaqlıq dəstgahını heç əslində qurmazdıq. Axır bir özün də mülahizə elə ki, bu qonaqlıqda da bir məqsəd var, ya yox. Bir fikirləş, gör bura bu gün dəvət olunanlar kimlərdir? Bir tərəfdən sənin şahzadə professorun…
Pərvər (birdən naqafil başını anasına tərəf qalxızıb, soruşur). Ana, sənə məlumdur ki, professor Türkü-tan şahzadəsidir.
Mərcan xanım. Bala, vallah, hamı elə deyir. Mən də xalqın sözü ilə deyirəm. Hə, bir tərəfdən sənin Şahzadə müəllimin, bir tərəfdən də sənin tələbə yoldaşların. Axır sən özün deyirdin ki, şahzadə professor söhbət arasında Çiçəyin yerini xəbər aldı.
Pərvər. Mən heylə demədim. Mən dedim ki, söhbət arasında professor soruşdu ki, sizin evin pəncərəsinin qabağında bir dəstə xanım oturmuşdu. Nə səbəbə görə məni onlar ilə tanış eləmirsən?
Mərcan xanım (bir az dirçəlir). Bax, dəxi nə deyirsən? Bəlkə, doğrudan da bu yazıq bacının bəxti bu gün açılacaq. Yoxsa, professor səbəbsiz yerə o sözü sənə niyə desin? Heç olmasa, Çiçəyə sənin yazığın gəlsin. Məgər o sənin doğma bacın deyil? Axır biz də özümüzə görə bir adamıq. Axır atalar deyiblər: “Çörək açanı, qılınc açmaz”. O ki, qaldı sənin firqə yanında məsuliyyətin, ona sözüm yoxdur. Ancaq, vallah-billah, doğrusu millət yolunda çalışmaq bir müqəddəs vəzifədir. Amma öz aramızdı, atalar da deyiblər: “El yolunda ağlayan, axırda kor olar”.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-er-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Mən yazılarımı indiyə kimi “dinsizlik” ünvanı altında yazırdım. Amma indi görürsünüz ki, dinsizliyi tullayıb dindarlıq moizəsi eləyirəm. Demək, istiğfar eləyirəm; demək, ağ ləkə qara ləkəni basır.Bu peşimançılığa, əlbəttə, bir səbəb var: heç bir nəticə yoxdur ki, onun səbəbi olmasın, heç bir axır yoxdur ki, onun ibtidaisi olmasın. Dinsizlikdən bari-pərvərdigarın tərəfinə qayıdıb gəlməyimin səbəbi budur ki, aşağıda ərz eləyirəm. Səbəbi də yəni heç örtülü deyil, çox açıqdır.
Varlılar bayramıNovruz bayramı çox yaxşı bayramdır, ancaq ikicə eybi olmaya: 1. Böyük xərci və 2. Nəhayət zəhməti.Əvvəl xərcindən danışaq, sonra zəhmətə keçək.
Ticarət malının cinsliyiƏvvəla, Ağa seyid Məhəmməd vaizin mövizə malı xeyli qumaş və özü də solmayandır. Belə ki, ramazanın 8-də axund həmən “Yaşıl günbəz” məscidində minbərə süud edib, belə buyurubdur:Hər kəs bu mübarək günlərdə orucunu yeyə və namazını qılmaya, onun arvadı ondan boşdur. Yəni dörd ay iddə saxlayandan sonra ərə gedə bilər.
GizlədirlərBiz həmişə eşitmişik və görmüşük ki, çox adamlar oruc yeməklərini mömin müsəlmanlardan gizlədiblər. Yəqin ki, bu adət qədim əyyamdan qalıb: yəqin etmək lazımdır ki, vəhşi camaat arasında oruc yemək elə bir böyük çinayət hesab olunub ki, orucunu yeməyə məcbur olanlar xəlvət bir yer altı axtarıblar ki, bir kəs onları görməsin. Hələ nəinki uzaq və qaranlıq islam məmləkətlərində, bu hal indi də bu surətdə qalır, hətta indi bu saat gözümüzün qabağında həmşəri palanında bir kəs cürət edib orucunu yeyə – gör qoçağım şeyx Qəni ağa o məlunun başına nə iş gətirər!..Demək, oruc yeməyi gizlətmək təbii bir haldır və buna da təəccüb eləməli deyil; amma sözümüz oruc tutmağı gizlədənlər barəsindədir. Burada çox məzə var. Dünən axşama iki saat qalmış bizə bir qonaq gəldi. Evimizdə çay dəmdə idi; bir stəkan çay tökdük, qoyduq qabağına. İçmədi və dedi ki, ürək döyünməsi səbəbindən həkimlər çay içməyi ona qədəğan ediblər. Sonra məlum oldu ki, papirosu da haman səbəbdən ona qədəğən ediblər. Amma haman gün axşamdan iki saat sonra haman rəfiqimi ədliyyə məhkəməsində tamojna qəhrəmanlarının işində mən papiros çəkən gördüm. Məlum oldu ki, hərif oruc imiş. Özü də müəllimdi.
Poems by other poets
Yamanca tələsir günlərim mənim,Mənsə yoxuşları çətin qalxıram.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.