Biz həmişə eşitmişik və görmüşük ki, çox adamlar oruc yeməklərini mömin müsəlmanlardan gizlədiblər. Yəqin ki, bu adət qədim əyyamdan qalıb: yəqin etmək lazımdır ki, vəhşi camaat arasında oruc yemək elə bir böyük çinayət hesab olunub ki, orucunu yeməyə məcbur olanlar xəlvət bir yer altı axtarıblar ki, bir kəs onları görməsin. Hələ nəinki uzaq və qaranlıq islam məmləkətlərində, bu hal indi də bu surətdə qalır, hətta indi bu saat gözümüzün qabağında həmşəri palanında bir kəs cürət edib orucunu yeyə – gör qoçağım şeyx Qəni ağa o məlunun başına nə iş gətirər!..

Demək, oruc yeməyi gizlətmək təbii bir haldır və buna da təəccüb eləməli deyil; amma sözümüz oruc tutmağı gizlədənlər barəsindədir. Burada çox məzə var. Dünən axşama iki saat qalmış bizə bir qonaq gəldi. Evimizdə çay dəmdə idi; bir stəkan çay tökdük, qoyduq qabağına. İçmədi və dedi ki, ürək döyünməsi səbəbindən həkimlər çay içməyi ona qədəğan ediblər. Sonra məlum oldu ki, papirosu da haman səbəbdən ona qədəğən ediblər. Amma haman gün axşamdan iki saat sonra haman rəfiqimi ədliyyə məhkəməsində tamojna qəhrəmanlarının işində mən papiros çəkən gördüm. Məlum oldu ki, hərif oruc imiş. Özü də müəllimdi.

Gəlib çıxırıq mətləbə: demək, orucluqda gizlənənlər qabaq əsrlərdə ancaq oruc yeyənlər idi. İndi duanın bərəkətindən və mədəniyyətin və maarifin tərəqqi etməyi səbəbindən orucluqda gizlənənlərin bir qismi də ərsəyə gəlib ki, o da haman “millətpərəst” və bir para “ziyalı”larımızdır ki, qara camaat içində nüfuzlarını itirməmək üçün lazım olan yerdə özlərini mömin və müqəddəs qələmə verirlər və lazım olan yerdə ziyalılar cərgəsində əyləşirlər.

Duanın bərəkətindən belə-belə ikiüzlü millətpərəstlər və “ənənəçi”lər indiki əsrdə müsəlman ziyalılarımızın hər bir məhəlləsində axtarsan tapılar.

Cırcırama

“Molla Nəsrəddin”, 18 aprel 1925, №16

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Abunə dəftərimiz açıldı

Bu gün qəmər “Əqrəb bürcü”ndən xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftərini açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilan-qurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışacağıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişildikcə, biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını, nə pisliyini danışmayaq; əz qəza əgər danışsaq da, inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacağıq və heç şeydən də şikayətçi olmayacağıq. Zira:Məkon zigərdişi geyti şikayət, ey dərviş

1 min
Siyasi məsələ

Səttərxan şahın qoşunlarını basdı və günbəgün qabağa getməkdədir. Bunnan işimiz yoxdur. Az qalıb ki, bütün Azərbaycana padşah olsun. Bunnan da işimiz yoxdur.Şüca Nizami, Eynüddövləni, İzzətullah xanı və qeyriləri çox asanlıqla basıb dağıdır.

1 min
Zəhrimar

A kişi, bu Tiflis məscidinin mövqufatı lap əngəl oldu. Bu zəhrimar qoymur Allah bəndələrini rahat evlərində yatsınlar. Nə bilim, hansı rəhmətliyin də işi-gücü yox imiş, gedib Tiflis məscidinə, nə bilim, nə qədər mülk-maş vəqf eləyib.Hələ mülk-maş qalsın kənarda. İndi bu saat padşahlıq xəzinəsində Tiflis məscidinin həştad min manat pulu var. Ay balam, bu pul olub bir dərd, bəla. Dəxi nə deyim? Nə gedib xəzinədən götürmək olur ki, bu zəhrimar birədi puça çıxsın, nə də oğurlamaq, çalıb talamaq olur. Xülasə, bir böyük əngəl.

3 min
Şahzadə

Qabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur.Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır.

1 min

Poems by other poets · Satire