Şahzadə
Qabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur.
Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır.
Bir övqat hökumət nəzərində şahzadə lap yaddan çıxdı.
Sora yavaş-yavaş polisa pristavları başladılar şahzadədən bir az bədgüman olmağa. Buna da səbəb bu oldu ki, məmurlar bir az diqqət eyliyib gördülər ki, şahzadənin mənzilinə hey bir ucdan balaca ağappaq, gözəl-göyçək təmiz, formalı və səliqəli gimnaziya şagirdləri girib çıxmaqdadır.
Polisaçılar və jandarmalar yavaş-yavaş yəqin elədilər ki, şahzadə məktəb uşaqlarını başına yığmaqda və hər gecə neçə min manat xərcləməkdə, əlbəttə ki, bir siyasi mətləbi və politika fikri var. Məsələn, şayəd şahzadə Səttərxanın Azərbaycanı sahiblənməyini, bunun nəticəsi nə olduğunu, İranın övzaını və polyakların “qoli” firqəsinin bu vüquata nə münasibəti olmağını şagirdlər ilə müzakirə və məsləhət edir.
Hökumət əvvəl dəfə istədi açıq-açığına şahzadədən təvəqqə eləsin ki, bir az ehtiyatlı özünü saxlasın.
Amma axırda işin üstü açıldı.
Bir gün polisa tərəfindən bir nəfər məmur təgyiri-libas olub gedir şahzadənin məclisinə və baxıb görür ki, uca qonağımız uşaqları yığıb başına, sağ əlini salıb birinin boynuna, sol əlini salıb birinin boynuna, özü də bu şeiri oxuyur:
Olub aşiq o gülrüxsarə bülbül,
Olur sabir cəfayi-yarə bülbül,
Düşüb gülzar bəzmindən
kənarə,
Dəxi bunu görəndən sora hökumət şahzadədən əl çəkdi.
Bircə söz qaldı.
“Varşavski Kuryer” qəzeti yazır ki, şahzadə əlli min manatlıq qış libası tikdirib.
Bəli, belədir, əzizim! Sən məndən soruşursan: “İranın pulu haralara dağılır ki, camaat acından ölür?”
Budur sənin cavabın ki, yuxarıda xidmətinə ərz eləmişəm.
Pənah Allaha!..
Lağlağı
“Molla Nəsrəddin”, 7 dekabr 1908, №49
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-sahzade
Use ← → keys to move, R for a random poem
More by this author
1900-cü ilin rəməzan ayının üçüncü günü Gəncədə axşama iki saat qalmış getdim məscidə. Axund Molla İsmayıl Həsənzadə minbərin üstündə oturub belə moizə buyururdu:“Dər bəyani-əmali-mahi-mübarək. Bəli, hər ge dər şəbi-seyyümi-mahi-rəməzan qüsl künəd dər nəhri-cari və səy kəf ab bər sər berizəd, ta mahi-rəməzane ayənde flan və flan…”.
Paklar“Məkkeyi-mükərrəmdə, Səfa ilə Mərvə arasında, Mədineyimünəvvərədə küçələrdə iki nəfər hacı gördükləri ədəmi-nazafəti elə bir lisani-təəssürlə anlatıyorlardı ki, ciddən dilxun olmamaq qabil deyildi”.Bu sözlər yazılıb İstambulda çıxan “Tənin” qəzetinin 559-cu nömrəsində və mənası budur ki, iki nəfər hacı, Məkkədə və Mədinədə gördükləri çirki və zibili eli bir dil ilə nağıl edirlər ki, müsəlmanın qəlbi qan ilə dolur.
Nadirül-vücudBu yavıqlarda bizim sahibmənsəblərdən birinin ölüm xəbərini qəzetlərdə oxuduq. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər; torpaqdan xəlq olunanlar yenə axırda torpağa qayıdacaqlar.İnna lillahi və inna ileyhi raciun.
Kimlərdir?Kimlərdir rus qoşununu indiyədək İranda saxlayan? Mən deyəcəyəm: “Belə bizim başı əmmaməli müctəhidlərimiz və övladi-peyğəmbərlərimiz” amma sən deyəcəksən: “Yox”. Mən deyəcəyəm “hə”, sən deyəcəksən “yox”.Bundan nə çıxacaq? Mən belə deyəcəyəm, sən elə deyəcəksən. Yaxşısı budur, əzizim, bir az hövsələni dər, mən nağıl edim, sən də qulaq as, dəxi niyə ürəyini sıxırsan?
Poems by other poets · Satire
Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!
AxundQoydun əmmamə başına, dandın həqiqeti,Alat-həcvü məsxərə qıldın şəriəti,
Təmir edən olsaZəhləm gedir, ay Kirpi, qaranlıq gecələrdən,Gəl bir gecə keç sən də bu bərbad küçələrdən.
Yumruq (1)(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,