Kimlərdir?
Kimlərdir rus qoşununu indiyədək İranda saxlayan? Mən deyəcəyəm: “Belə bizim başı əmmaməli müctəhidlərimiz və övladi-peyğəmbərlərimiz” amma sən deyəcəksən: “Yox”. Mən deyəcəyəm “hə”, sən deyəcəksən “yox”.
Bundan nə çıxacaq? Mən belə deyəcəyəm, sən elə deyəcəksən. Yaxşısı budur, əzizim, bir az hövsələni dər, mən nağıl edim, sən də qulaq as, dəxi niyə ürəyini sıxırsan?
Bismillahi-rəhmanür-rəhim, xeyrətün min Allahül əzizül-həkim liflan binflan.
İranı istəyən qardaşlara məlum olsun ki, rus vəziri-muxtarı Tehranda məclisi-məbusana qəti surətdə vədə vermişdi ki, həmin ayın 25-də rus qoşunları İrandan çıxacaqlar, əgər bir yanda iğtişaş-miğtişaş olmasa. Yəni bircə şərtlə: iğtişaş olmasa.
Çox əcəb, yəni iğtişaş nə bir çətin işdir? Sən bircə iğtişaş deyirsən, amma əgər meylin çəkir, mən Rəşt kimi bir böyük şəhərə od vurum, həmi minlərcə övrət-uşaq od içində külə dönsün, həmi rus qoşununa yenə İranda qalmağa bəhanə olsun.
Bu gözəl tədbiri tökənlər, bu planı çəkənlər olublar Rəştdə iki nəfər şəxs ki, adları: 1. Rus təbəəliyin qəbul edən məşhur qaziyi-şəriətmədar, 2.Peyğəmbər övladı seyid molla Məhəmməd.
Mənə həmişə deyərdilər ki, Nəcəfdə “darülfünun” qurtaran üləmamız və müctəhidlərimiz incinar dərsi də oxuyurlar, mən inanmazdım. Səbəbi budur ki, orada təhsil tapanların yüzdə doxsan doqquzu əllərinin barmaqlarını düz sayıb başa çıxa bilmirlər. Amma, söz yox, hamı oxuyan Molla Pənah olmaz; yəni insafən, ağayi-şəriətmədar və seyid molla Məhəmməd çəkdikləri plana baxanda insan deyə bilmir ki, bunlar incinar deyillər və Vladiqafqazın təzə konsulunun yerinə olsam, bu ağalara təklif edərəm Petrovsk şəhərinə ki, vaxtı tamam olmamış biletləri təzələməyə əncümənin palazlarını Qafqaza aparmağa plan çəksinlər ki, camaat mane ola bilməsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-kimlerdir
Use ← → keys to move, R for a random poem
More by this author
Həmişə rus kilsəsinin qabağından keçəndə görürsən ki, kilsədə ibadət sovuşandan sonra oradan uzunətək bir keşiş çıxır və rus camaatının da qocaları kişi və övrət, – çoxusu qədimdə Nikolay dayının çinovnikləri, – həmin keşişi əhatə edib, dalınca gedirlər. Bəzi dindarlar küçədə getdikləri yerdə keşişin ətəklərini də və əllərini də öpürlər; hələ çox vaxt torpağa səcdəyə də düşən olur.Həmin möhtərəm keşiş ən böyük xəlifədir. Bundan kiçikləri adi keşişlərdir ki, onların hörməti mömin xaçpərəstlər içində yenə öz qaydasıncadır.
Məscid məsələsiBəli, çarşab və papaq barəsində maarif komissarı yoldaş tərəfindən sadir olan qərarları oxuduq, məzmunundan xəbərdar olduq və məlum şeydir ki, maarif dairəsində xidmətdə bulunan qadın və “irkaklar” haman qərarda da tabe olmalıdırlar və olacaqlar da və eləyə də bilməzlər olmasınlar.Bununla bərabər “Molla Nəsrəddin” idarəsinə axır vaxtlarda çoxçox məktublar daxil olmaqdadır və məktub sahiblərinin içində qadın yoldaşlarnan bərabər kişilər də vardır.
İsa bayramlarıBəli, İsanın mövludunun bayramı yavuqlaşır. Mən ümidvaram oluram ki, bu il keçən illər kimi bizim Şura məktəblərinin rəhbərləri inşallah və inşallah yenə qədim əsrlərdəki kimi məktəb şagirdlərini Xristiyan bayramlarının şərəfinə və hörmətinə dərsdən azad edəcəklər.Hətta nəinki tək bircə xristiyan balalarını, bəlkə onlar ilə bərabər İslam və yəhudi uşaqlarını da bu nemətlə feyziyab edəcəklər.
Dindar firqəçi yoldaşlarŞura seçkiləri münasibətilə*İndi, məsələn, bir bikar adam müsəlman firqəçi və komsomol yoldaşların siyahısını qoya qabağına və başlaya həmin yoldaşların dindarları ilə dinsizlərini mülahizə eləməyə və axırda bu siyahıdən dindarları seçə qoya bir tərəfə, dinsizləri də qoya o biri tərəfə, görəsən, hansı hansından çox çıxar?
Poems by other poets · Satire
Görsən tanımazsan Yarımsaqqalı,Çıxıb əndazədən dövlətü-malı,
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Möhkəm birlikƏcəb şeydir: yazınızzəif əsərlər – o, sən,
Ay tutulandaYerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.