Eşit, inanma!
Axır vaxtlarda qəzet və jurnal sütunlarında bir məsələ ətrafında çox yazılar yazılmaqdadır: həmin məsələ də bundan ibarətdir ki, nə yol ilə və nə vasitə ilə kəndlilərin qəzet oxumağını artıraq və onlar üçün nə cür, nə tipdə qəzet icad edək ki, kəndlilərə hal-hazırda çıxan qəzetlərdən artıq əlverişli olsun.
Bu məsələ barəsində məndən heç bir söz soruşan yoxdur, amma mən öz üzümə salıb, özümü ortalığa atıb, öz sözümü deyəcəyəm: oxuyan və qulaq verən olar-olar, olmaz-olmaz...
Əgər birisi Quranı ala əlinə və ona and içə-içə deyə ki, ərəb hürufatlı millətlər arasında kəndlilərin, yaxud şəhərlilərin içinə çox miqdarda qəzet və jurnal yeritmək üçün bir çarə tapa bilər, – eşit inanma! Çünki dünya yaranandan indiyə kimi bir belə şey heç bir yerdə görünməyibdir. Onunçün də bizim kəndlilərin içində də görsənə bilməyəcək.
Yoxsa bundan savayı qalan söhbətlər mənim qulağıma girməz...
Mən sənə vəsiyyət edirəm ki, xəyalını xam etməyəsən və çox şeylərə fikir verməyəsən və çox-çox xəyalplovlara ümid bağlamayasan, yoxsa amal və arzularının balü pəri qırılıb səni xarab edər.
Kəndlilər üçün, ya şəhərlilər üçün dünyada ən əlverişli qəzet gərək ən asan hürufat ilə yazılmış olsun.
Bir belə hürufat – Azərbaycan kəndliləri üçün tək bircə latın hürufatıdır ki, biz ona “yeni hürufat” adı qoymuşuq.
Zamani ki, kəndlilərin uşaqları, indidən həmin yeni hürufat ilə savadlanmağa başlayıb və ərsəyə gəlib savadlı oldular, – ondan sonra, məhz ondan sonra sən, arzu etdiyin kəndli qəzetini yarada biləcəksən və məhz o vədə də həmin qəzeti kəndlilərin hamısı oxuyacaqlar. Amma indi kəndlilər hələ savadsızdırlar.
Yoxsa bu söhbətdən hər kəs kənara çıxıb bir özgə söhbət başlasa, qoy başlasın. Amma sən eşit, inanma!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 19 mart 1927, №12
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-esit-inanma
Use ← → keys to move, R for a random poem
More by this author
Dünya və axirət məsələsi bu biçarə mömin müsəlmanları lap çaşdırıbdır.Bilmirsən kimə inanasan, hansını atıb, hansını tutasan.
Mövludi-isaBu günlərdə Həmkarlar İttifaqının Mərkəzi Şurasından bir belə təklifnamə işçilər arasında nəşr olunmuşdu ki, bu il heç bir işçi İsanın mövluduna mütəvəcceh olub, bayram saxlamasın və işdən tətil etməsin.Mən, Molla Nəsrəddin deyə bilərəm ki, Həmkarlar İttifaqının Mərkəzi Şurası tərəfindən indiyədək nə qədər təklifnamələr nəşr olunub, onların heç birisi bu qədər çətin olmayıb, nə qədər ki, İsanın mövlud bayramı çətin bir məsələdir.
Molla əminin təklifiBu təklifi məndən qabaq cavan yoldaşlar ortalığa qoya bilərdilər və gərək də qoyaydılar.Söhbət xaçpərəst və islam tarixləri barəsindədir.
Va şəriəta, yaxud ingilis politikasıƏgər durub düzünü danışsaq, ingilis politikasının şəriətə nə dəxli var?Amma işin əsli binövrəsinə baxsaq, ingilis politikasının tən yarı hissəsi islam şəriətindən material almaqdadır.
Poems by other poets · Satire
Get, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Çapma atını, girmə bu meydanə, a Molla![ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]Çapma atını, girmə bu meydanə, a Molla!
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?