Oruc yeyənlərin və oruc tutanların hesabı
Ramazanın 3-cü günü şəhər məktəblərinin birində (adını yazmırıq) oruc tutanların və yeyənlərin adları siyahiyə götürülürdü. Bundan ötrü əlahiddə komisyon təşkil olunmuşdu. Həmin komisyon ibarət idi iki müəllimədən və bir nəfər müəllimdən. Ramazanın 3-də komisyon saat onda varid olur həmin məktəbə və birinci sinfin qız və oğlan şagirdlərini imtahana çəkməyə şüru edir. Qabaqda mizin üstə bir bardaq su və bir stəkan qoyurlar və qızları, oğlanları bir-bir çağırırlar qabağa və sudan stəkana töküb təklif edirlər ki, bir qurtum içsin.
Birinci. Bir qız ortalığa gəlir – on yaşında. Bunun adını və atasının adını komisyon siyahiyə götürür (amma biz burada şagirdlərin adını yazmırıq). Bu qız sudan bir qurtum içir, gedir oturur yerində. Qızın atası da böyük məktəblərin birində müəllimdir. Demək, qız oruc tutmayıbdır.
İkinci. Həmin qızın yoldaşı bir qız gəlir ortalığa. Bu da doqquz yaşındadır (adını burada yazmırıq). Suyu buna da təklif etdikdə, bir qurtum içir gedir. Demək, bu da oruc deyil.
– Atan kimdir?
– Vəfat edib.
– Anan kimdir?
– Filandır.
– Nəçidir?
– Anam filan məktəbdə müəllimədir.
Üçüncü. Bu da səkkiz yaşında bir qızdır. Gəlir utana-utana durur qabaqda. Suyu buna da təklif etdikdə utana-utana deyir ki: “orucam”.
– Atan kimdir?
– Atam ölüb.
– Anan kimdir?
– Anam iki ildir ki, bir qoca kişiyə ərə gedib, kişi də keçən il anamı Kərbəlaya aparmışdı.
Dördüncü on yaşında bir oğlan uşağıdır. Atası filan idarədə katibdir, özü də böyük məktəb qurtarıb. Suyu içir və yerinə gedə-gedə deyir:
– Ayıb deyilmi oruc tutmaq!
Beşinci on yaşında bir oğlandır, suyu içmir ağlaya-ağlaya deyir ki: “orucam”. Atası məşədidir və bisavaddır.
Altıncı, ortalığa doqquz yaşında bir qız uşağı gəlir. Bu da ağlayır. Anasının adı – Kəblayıdır: fala baxır, burun püflüyür, hər yas yerinə gedir va özü dərs-zad görməyib və qıza deyib: “Məktəbdə orucunu yesən, dəxi bu evə gəlmə!”.
Xülasə, burada hamısını yazmağa yer yoxdur. Sinifdə qırx iki şagirdin iyirmi yeddisi oruc tutanlardır: iyirmisi qız xaylağı, yeddisi oğlandır. Oruc tutan qızların analarının heç biri məktəb görməyib, oruc tutan oğlan uşaqları da habelə.
Amma oruc tutmayan şagirdlərin cümləsinin ya atası, ya anası dərs tamam eləmişlərdən imiş.
Bu ehsaiyyə hesabı çox vacib bir şeydir; çünki burada çox nöqtələr seçmək olar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 mart 1927, №11
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oruc-yeyenlerin-ve-oruc-tutanlarin-hesabi
Use ← → keys to move, R for a random poem
More by this author
Bakı*Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur.
Həmidə! (Borjom, 20 iyul 1926)Tək gün*Mən Borjoma gəlməli oldum. Tiflis bərk isti olduğuna görə yolüstü orada qalmadım. Mənim hesabıma görə sənin pulun artıq qurtarıb. Odur ki, bu gün buradan poçtla sənə 50 manat göndərirəm. Sən onu xərcləyib qurtarıncaya qədər mən özüm Şuşaya gələcəyəm. Əvvəlcə Bakıya qayıdıb Pakizəni gətirməliyəm.
Xalq rəssamı və əziz yoldaş möhtərəm Əzimzadəyə7 may (1927), Bakı*Gərək bunu bilmək ki, mən özüm fitrətən həmişə gurultulu nümayişlərdən uzaq olmuşam, o dərəcəyə kimi ki, mənim özümə aid olan yubileyləri qəbul etməmişəm və lakin buna baxmayaraq yenə sizi yubiley axşamı bir tövr oraya süründürdüm və burada da mənimki gətirmədi: o yerdə ki, səni qoltuqlayıb səhnəyə aparırdım, zalım oğlu Dorş yoldaşın zorla səni mənim əlimdən aldı. Digər tərəfdən də müəyyən surətdə cildə verdiyimiz “Molla Nəsrəddin” məcmuəsi hədsiz tətillərin bərəkətindən öz vaxtında hazır olmadı və yubiley axşamı əlimizi boş qoydu.
Məktub. Kitab mağazasına (24 oktyabr 1927)Sizdə qalıb satılmaq üçün:1. “Konsulun arvadı” – 13 ədəd, ədədi 12 qəpik.
Poems by other poets · Satire
Çıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.
Fırıldaqçı qalıbdırDərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Eynüddövlənin iste’fasından dolayı bəstə girmək istəyən Tehran tacirani-qeyrətməndanələrinə!Bəstə iqdam eyləyin, ey tacirani-mö’təbər!Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!