Əzizim Məmmədəli! (1911)
Az qaldı ha: iki həftəyə yəqin orada olarıq və görüşərik. Sən Allah, “Tiflisski listok”un nömrələrini oxuyub qurtaran kimi hər gün sal poçta gəlsin və “Günəş” də göndər, çünki hələ bizə gəlmir. “Russkoye slovo”nun da nömrələrini orada saxla. Sən Allah, Həmidə xanımın çekini göndər geri. Əgər pulu alıb, borca vermiş olsan, yerini doldur: barı yanvar ayında öz borcumuzu özümüz verək.
Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahib-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən. Sözsüz, sən özün də bunu bilirsən.
Heyf ki, damağ olmur baş məqalə yazmağa, amma eybi yoxdur, çünki jurnal pis çıxmır.
Həmidənin sənə duası var.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ezizim-memmedeli-1911
Use ← → keys to move, R for a random poem
More by this author
(Respublika)Vətəndaşlar!
VətəndaşlarŞükür Allaha, qurtardıq!Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıkı pillə qurdlarının zülmündən.
İdarədənAxır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.
İdarədən bir neçə sözSəfeh şamaxılı vətəndaşa ərz olsun ki, Şamaxının quraqlıq xəbərini yuxarıdakı məqalədə oxuyub diltəng oldum. Həqiqətdə də gör nə bədbəxt əsrə gəlib çatmışıq ki, göydən bir qətrə yağışın üzünə həsrət qalmışıq və nəinki Şamaxı, habelə Qarabağ, İran və Naxçıvan və Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. Amma hanı o keçən günlər, o səadətli zamanlar ki, fazillərimizin mübarək vücudlarının varlığından nə quraqlıq tanırdıq, nə qeyri bir belə bədbəxtliklər üz verərdi.Niyə, nədir bunun səbəbi?
Poems by other poets
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
لبت راست آب حیاتی دگردهان تو دارد نباتی دگر
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,