Fındıq
Keçən vaxtlarda bu barədə yazmışıq, necə ki, məsələn, iki uşaq güləşirmiş, biri o birini basıb, basılan özünü sındırmamaqdan ötrü cəld durub ayağa və yalandan xəbər verib ki: “bay bir fındıq tapdım”.
Dava qanunlarının içində biri də budur ki, bir hökumət dava edib, bir qeyri torpağı ələ gətirəndə bir gün rəsmi surətdə qeyri hökumətlərə məlum edir ki, “mən flan torpağı bu gündən daxil elədim öz məmləkətimə”
O gün ki, Osmanlının rəşid əsgərləri ərəblərlə birləşib, İtaliya qoşununu torpaqdan basıb tökdülər dəryaya və yarısını da qırıb, çox silahlarını zəbt elədilər, haman gün İtaliya hökuməti bilmədi ki, nə eləsin və baxıb-baxıb birdən xəbər verdi ki: “Bay, mən fındıq tapdım”.
Londonda, Parijdə, Berlində, Vyanada və Peterburqda qəzetlər həmin fındıq məsələsini yada salıb, İtaliyanın üstünə o cür gülürlər, necə ki, küçədə yoldan keçənlər bir tumançaq kefliyə rast gəlib gülürlər; necə ki, Teymur xan şurada köhnəpərəstlər laməzhəblərin və məktəbə pul yığanların üstünə gülürlər.
Vallah, adam utanır, amma İtaliya utanmır; molla Məhəmməd Lənkərani utanır, İtaliya utanmır; müsəlman qəzetlərinin pulları ilə ticarət edənlər utanırlar, İtaliya utanmır; Buxarada sadə əhalini pambıq çəkisində aldadan yəhudilər utanır, İtaliya utanmır; İrəvanda səkkiz yaşında qıza kəbin kəsən molla utanır, İtaliya utanmır. Astarada…
Qalsın sonraya.
Lağlağı
“Molla Nəsrəddin”, 30 oktyabr 1911, №38
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-findiq
Use ← → keys to move, R for a random poem
More by this author
Bu günlərdə bizə məlum oldu ki, şəhərin ən mötəbər və dövlətməndlərindən bir nəfər hacı və hacızadə cənabları öz məxsusi duruşqasına bir şapkalı madamasını əyləşdirib özü ilə bərabər aparıb Aramyans teatrına və orada xanımın şərəfinə bir ziyafət təhiyə edib və bu ziyafətə camaatın nəzərində bir qədər qızıl lirələr məsrəf edib.Əlbəttə, biz bunu da iqrar edirik ki, hər bir şəxs öz cibinin və məzaqının vəkilidir və şəxsin məhrəmani övsaf və əmalı hər növ irad və dəxalətdən məhfuz olmalıdır; və lakin bir nöqtə var ki, bu barədə biz söhbət açmağa məcbur oluruq.
PoçtxanamızRuznaməmizin nəşrinin şöhrəti qeyri şəhərlərə çatdıqda çox yerlərdən idarəmizə məktublar yazıb abunə olmuşdular. Və biz təqribən bir ay bundan əqdəm birinci şümarəni və bir həftə ondan sonra ikinci şümarəni Təbriz poçtxanası vasitəsilə müxtəlif şəhərlərə göndərmişdik.Beş gün bundan əqdəm hər bir yavuq qəsəbələrdən və şəhərlərdən varid müsafirlərdən və dostlarımıza çatan məktublardan çox-çox şikayətlər bizə çatdı ki, ruznaməmiz Təbrizdən kənar heç bir nöqtəyə gedib çatmayıbdır.
MüştərilərimizəAbunə məsələsi İranda çətin məsələdir. Rusiyada biz buna adət etmişik ki, abunə olanlar dəftərə yazılan saat abunə pullarını verib qəbz alırdılar. Amma İranda vəz özgə şəklə düşüb; çünki burada qədim vaxtlardan ta bu günə kimi ruznaməyə pul verməyi hədər bir şey hesab eləyiblər və bu səbəbdən abunə pullarını qabaqca vermək səhldir, axırda da hıqqana-hıqqına veriblər.Biz İran abunəçilərini qınamırıq; çünki həmişə mümkündür ki, qabaqca birisi pulunu versin və sonra da ruznaməni əcəl dərk eləsin. Bəs onda necə olsun, heç kəs puldan əl çəkməyə hazır deyil.
Müştərilərə1. İdarəmizə müraciət edən təbrizli ağayani-möhtərəmlərdən iltimas edirik ki, məcmuəmizdə dərc olunası məqalələri bəqədri – imkan şəhər postu vasitəsilə idarəmizə göndərsinlər; çün məqalələr barəsində zəbani sual-cavaba vaxtımız azdır.2. Təbrizdən və qeyri şəhərlərdən göndərilən məktublar və məqalələr ya fars dilində, ya türk dilində, müxtəsər yazılmalıdır və illa idarəmizin şənində müfəssəl və zınqırovlu ibarələri, tərif və tövsifləri yazmağa yazanların vaxtı və oxumağa bizim vaxtımız nahaq yerə zay olur.
Poems by other poets · Satire
Oğlum, atanın çıxma sözündən, kor olarsan,Alverdən uzaqlaşma, inan, dilxor olarsan;
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Cümələrdə dükan açmaz bakılıCümələrdə dükan açmaz bakılı,İstəsən gəz Bakının hər yerini;
«Kefsiz»ə nəzirəYarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.