Gözəl millət
Həmin bu gözəl millət – bizim müsəlmandır.
O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin.
– Ay qız Leyla, bu gün getmişdik qəbirsanlığa: bir xanım başına bir çoxlu arvad yığıb aparmışdı qəbir üstə ki, orada əri Ağa Dadaşın sümüklərini və qızı Ziba xanımın sümüklərini çıxarsın aparsın Kərbəlaya.
Dünyada nə qədər ki, Əli şiəsi var, – onların hamısı ölənlərinin qoxumuş bədənini meşoka qoyub ata yükləyirlər və aparırlar Kərbəlaya.
Mollalar qara camaatı inandırıblar ki, insan bu dünyada nə qədər pis əməl tutsa, onu cəhənnəmə aparmazlar, bu şərtnən ki, onun mübarək sümükləri Kərbəlaya müşərrəf olalar.
Müsəlman milləti çox ağıllı millətdir; çünki bu millətdən başqa, heç bir özgə millət behiştin yolunu tapa bilmir. Tutaq ki, avropalılar teleqraf, telefon və radio icad edirlər, amma zamani ki, onlar behiştin yolunu tapa bilmirlər, dəxi onlar nə cürə müsəlmanlardan ağıllı ola bilərlər? Əlbəttə, ola bilməzlər.
Bir millət ki, ölüsünün qoxumuş sümüklərini Kərbəlaya aparmaqnan onu behiştə göndərmiş hesab edir, belə millətin başına daş düşsün!
Bir millət ki, başını yarmaqnan behişti satın almaq istəyir, belə millətin başına daş düşsün!
Bir millət ki, işini-peşəsini buraxıb, bic-vələdəzzina mollaların dalına düşüb onlardan behişt açarı umurlar, belə millətin başına daş düşsün!
Yaşasın cavanlar!
Yox olsun behişt axtaran qocalar!
Yüksəlsin vətənin maarifi! O qədər yüksəlsin ki, bunun nüfuzu sayəsində ölünü Kərbəlaya aparanlar da məhv olsun!
Baş yaranlar da yox olsun və cəmi xərə-mömin behişt axtaranlar da, onların cəhənnəmi də və behişti də yox olsun!
Bircə dənə dünyada bilik qalsın, elm qalsın, maarif qalsın!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 9 oktyabr 1926, №41
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-gozel-millet
Use ← → keys to move, R for a random poem
More by this author
Lay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Poems by other poets · Satire
Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Yaxşı ki...Vəzifə başında oturmuşam mən,Yaman hərlənirsən ətrafımda sən.
Qorxuram bayramımız qarə gələQorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.
Bir söylə görüm...Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?