Lüğət
Axır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.
Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.
Necə ki, lüğət dairəsində, habelə məişətdə də biz türk şeytanları ilə əcnəbi millətlərinin şeytanlığı arasında gərək təfavüt ola.
Qeyriləri bilmirəm, bizim aramızda olan “Provakatsiya” dan bir belə nümunə gətirə bilərəm.
Bakı şəhəri, Aziyatski küçədə, 106 nömrəli evdə yaşayan müəllim Həmid Həbibzadənin Xırdalan müəllimi ilə qərəzi var və ona sataşmaq istəyir və yalandan götürüb, “Molla Nəsrəddin”ə yazır ki, həmən Xırdalan müəllimi bir sinifin dərsi qədər dərs vermədiyi halda, iki sinifın məvacibini alır.
Elə ki, mətləb açılır və Xırdalan müəllimi barəsində yazılan böhtan üzə düşür, gözünə döndüyüm hərif Həbibzadə dübarə “Molla Nəsrəddin” idarəsinə bir belə təshih yazıb göndərir:
Yazır ki, guya “Məcmuəmiz səhv eləyib və Xorazan kənd müəllimi yazıb”. Halbuki cənabın qabaqkı məktubuna diqqət etdikdə, görürük ki, orada aşkar Xırdalan kənd müəllimi yazılıb, bunun bir o qədər eybi yoxdur.
Oxucularımız bu yazıları oxuyub, hər bir kəs mətləbdən agah olar.
Ancaq Bakı maarif şöbəsi Həmid Həbibzadə kimi müəllimləri gərək o qədər də dost tutmaya. Çünki biz bildiyimizə görə məktəblərin proqramında şeytanat dərsi gərək olmaya.
Cırcırama
“Molla Nəsrəddin”, 9 oktyabr 1926-cı il, №41
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-luget-2
Use ← → keys to move, R for a random poem
More by this author
Fi 25 aprel (1895–1897-ci illər arası).*Nehrəm*
Nehrəm normal məktəbində aparılmış yoxlamaya dair arayış(10 və 11 dekabr 1896-cı il)*Siyahı üzrə şagirdlərin sayı – 45 nəfər.
Əzizi-mən Məşədi Tağı! (2 yanvar 1901)Sağ və salamat İrəvan şəhərində varıq. Sənin İrəvana gəlmək məsələn barəsində Məhəmmədqulu bəy və Məşədi Qurbanəli ilə bahəm çox və bir neçə dəfə söhbət eləmişik. Təfsilatı Məşədi Qurbanəli, – bu günlərdə ki, gələcək Naxçıvana, – özü sənə deyər. Amma mən də bunu ərz edə bilərəm ki, indi ilin ortası olmaq səbəbə heç bir vəchlə mümkün olmur sənə yer eləmək. İrəvan rus-müsəlman məktəbində mümkündür, söz yox, sənə yer təyin eləmək, amma söz burasındadır ki, indi bu saat yer yoxdur və əgər sənə zor ilə yer eləməyə dursaq, lazımdır ki, bais olmaq müəllimlərin birisinin xaric olmağına. Odur ki, məsləhət belə görüldü ki, hələlikdə sən orada öz işinə məşğul olasan və səbr eləyəsən, çünki Allah səbr eləyənləri dost tutur və səbr fərəclərin müftahıdır.Dəxi nə yazım?
Qardaşım Qurbanəli! (İrəvan. Fi 22 mahi-mart 1902)Kağızın vüsul oldu. Upravleniyadan rasçotu və talonu alıb, xəzinədən yüz otuz bir manat altmış üç qəpik aldım. Lazım gəldi xəzinədən pul almaqdan ötrü bir vəkilnamə də yazdırmaq və bu vəkilnaməyə həştad beş qəpik xərcim çıxdı və dünən Kərbəlayı Məhəmməd ağaya yüz otuz manat yetmiş səkkiz qəpik (130 r. 78 k. ) verdim və şalların satılmağı barəsində soruşdum. Belə məlum oldu ki, hələ satılmayıblar və mən öz tərəfimdən təvəqqe elədim sənin Xanzadov ilə olan hesabını qurtarsın və Kərbəlayı Məhəmmədağa söz verdi qurtarsın. Mən irəlicə Naxçıvanda olanda xalqdan eşidirdim ki, sən podratda qazandığını qoyursan alış-verişin ziyanına. İndi yadıma düşür haman sözlər və mən özüm də istəyirəm bu rəyə şərik olam.Sən mənə yazırsan ki, teleqrafı alan kimi mənim ağama aparıb iyirmi manat verdin. Mən bilmirəm bu barədə sənə nə deyim. Deyim əgər “çox razıyam”, bu həmişə eşitdiyimiz sözdür, adəti sözdür. Hamısından yaxşı burada mən bir neçə nöqtə qoyum...
Poems by other poets · Satire
Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
Fərsiz oğulLap gətirdin məni, ay fərsiz oğul, təngə, zara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.
Barişnalara dairEy gül, nə əcəb silsileyi-müşki-tərin var,Ahu nəzərin var!
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə