Təfavütü yoxdur
Deyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.
Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.
Hələ nəinki kooperativlər, sair hökumət müəssisələri də bu haldadır; məsələn, götürək qəzet və jurnal idarələrinin qəza vəkillərini. Axırıncı idarəmizə çatan məlumata görə, qəzet və jurnalların qəzalarda satılan pullarının, yaxud qəzalarda toplanan abunə pullarının ancaq dörddə bir hissəsi qəzet və jurnal idarəsinə gəlib çıxır, qalan üç hissəsi qəzalarda tələf olub gedir.
Yenə idarəmizə çatan axırıncı statistik hesabına görə, dəmir sandıqlardan ikiayaqlı siçan tərəfindən bir ilin müddətində oğurlanan pulları əgər bir yerə cəm edəsən, o pulların miqdarı o yerə çatar ki, bu qədər məbləğə iki milyon üç yüz min Əli şiəsi Kərbəla ziyarətinə gedib qayıdar və hətta öz yanlarınca bu qədər də mömin mərhumların cənazəsini mübarək torpağa aparıb tapşırar.
Amma mən deyirəm ki, bu işlərin heç bir təfavütü yoxdur və axırda hesab bir çıxar.
Məsələn, açıq danışaq: mən deyirəm ki, bu qədər pulu yeyən yenə millətdir. Nə təfavüt elər, sən kooperativi kimdən ötrü bina edirsən? Sənin müəssisən kimə xidmət edir? Əlbəttə, millətə.
Bəs, bu pulları yeyən kimdir? Əlbəttə, millətdir.
Molla Nəsrəddinin qəzalarda nisyələrini saxlayan və min dəfə yalvarırıq da heç cavab da verməyən, hələ bəlkə öz könlündə bizdən inciyən kimdir? Əlbəttə, millətimizin faxir əfradıdır.
Belə olan surətdə nə təfavüt elər, Molla pulu idarəmizə gəldi, ya Gəncədə, Ağdamda və Bərdədə, ya Maştağada qaldı. İdarəmizə gəlsə də, millətə çatacaq, qəzada qalsa da millətdə qalacaq.
Habelə kooperativlər. Əgər oradan mal oğurlanırsa, oğurlayan da özü, bəs, kimdir? – Millətdir.
Əgər o mal ki, oğurlanır, oğurlanmasa kimə qalacaq? – Millətə.
Bəs, dəxi kimdən inciyirsən? Bəs, kimdən giley eləyirsən? Bəs, dəxi sözün nədir?
Və bir də qardaşım, bunlar hamısı Allah məsləhətidir, Allah; Allah varsa, bunlar hamısı onun işidir, dəxi nə danışırsan?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 oktyabr 1926, №42
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-tefavutu-yoxdur
Use ← → keys to move, R for a random poem
More by this author
Tiflis*Qardaş, bu nə işdir sənin başına gəldi? Əhvalatı bir qolay eşitmişəm, amma təfsilatı mənə məlum deyil. Əlbəttə, əlbəttə, tez kağız yaz. Əgər yaza bilməsən, yazdır göndər görək bu nə qəzavü-qədərdir sənin başına gəlir.
Redaksiyaya məktub (13 avqust 1905, № 165)Təşəkkür edirəm cəmi o şəxslərə ki, Azərbaycan dilində qəzet nəşrinə icazə almağım münasibətilə mənə təbrik göndəriblər və özümə borc bilirəm ərz edəm ki, bəzi səbəblərə görə, mənə verilmiş hüquqdan əl çəkib, avqustun 11-də bu barədə rəsmi məlumat təqdim etmişəm.Cəlil Məmmədquluzadə*
Redaksiyaya məktub (24 avqust 1905, № 173)21 avqust tarixli “Novoye obrazovaniye”də belə bir məlumat çap olunmuşdu ki, guya Zaqafqaziya şeyxülislamı və müftisi Y.D.Aspisovaya Tiflisdə müsəlman qızları üçün məktəb açmağa icazə verməyi qeyri-mümkün hesab etmişlər. Mən bu məktubun taleyi ilə yaxından maraqlandım və təhsil dairəsinin cənab popeçitelinin dəftərxanasından bu barədə dürüst məlumat alıb öyrəndim ki, istər şeyxülislam, istərsə də müfti nəzərdə tutulan məktəbdə şəriət və Azərbaycan dilinin keçirilməsi haqqında cənab popeçitelin sorğusuna verdikləri cavabda ancaq cənab dairə popeçitelindən bu məktuba icazə verilməsi məsələsini həmin fənlərə aid proqram müvafiq komissiyalarda tam işlənib qurtarıncaya qədər təxirə salmağı xahiş etmişlər. Onların göstərilən məktuba icazə verməyə razı olmadıqları haqqında isə heç söhbət də getmir.C.Məmmədquluzadə*
Nuri-çeşmim. (24 aprel 1907)Sən Allah, Məmmədhəsənin anasına de ki, ondan heç nigaran olmasın. Çox yazmağa vaxtım yoxdur, amma bunu yəqin eləsin ki, Məmmədhəsənin günü burada Naxçıvan bəyzadə və xanzadələrinin günündən yaxşı keçir. Sənətində də tərəqqi etməkdədir. Müxtəsər, heç bir şeydən korluğu yoxdur və tuman-köynək də nahaq göndəribsiniz. Heç bir şey lazım deyil; biz burada hələ ölməmişik, sağıq. Sidqinin bircə nəfər uşağına da baxmasaq, dəxi özümüzə necə insan deyə bilərik?Cəlil
Poems by other poets · Satire
Yatmış idim, gecə röyada məni tutdu köpək,Ol qədər keçmədi ki, gördüyüm oldu gerçək.
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.
Özünü gözləAktyor düzgün keçinsə, iddialar fok gedər,Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər!
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.