Hamama
– Hara gedirsən, Məşədi Məhəmmədnəcəf?
– Hamama.
– Yanınca gedən uşaq kimdir?
– Rəhmətlik Həsən əminin oğludur. Allah bağışlasın, çox fərasətli uşaqdır. Aparıram hamama canı təmizlənsin.
– Qulaməli, ustan hara gedib?
– Hamama.
– Bə səni nə əcəb aparmayıb?
– Bu gün Qurbanın növbətidir.
– Kərbəlayı Novruzəli! Mallara baxmaq istəyirsən, dur gedək bax, yoxsa satacağam, müştərisi var.
– Gedirəm hamama, indi baxa bilmərəm.
– Məgər dünən getməmişdin hamama?
– Əhmədin canı çirklənib. Gərək hamama aparam təmizlənsin.
Maşallah, maşallah, qardaşoğlu, əcəb oğlan olmusan! Gələsən mənə şəyird olasan. Sənə qırmızı arxalıq alaram geyəsən. Fındıqkişmiş alıb dolduraram ciblərinə yeyəsən.
– Bəlkə anam qoymadı?
– Get anana de, razı olmasa, sənə məvacib də kəsərəm ki, aparıb verəsən anana.
– Qoy gedim anama deyim.
– Tez get, di xəbər gətir. İki gündən bir səni hamama da apararam ki, təmiz olasan.
– Qoy gedim anama deyim.
– Get tez xəbər gətir.
Bu gün niyə dükanların çoxu bağlıdır? Kərbəlayi Oruc gedib hamama, Məşədi İskəndər gedib hamama, usta Əli, usta Sadıq, usta Həsən gedib hamama. Məşədi Nəbi, Məşədi İsfəndiyar, Məşədi Ümmətəli, Məşədi Heydərəli gedib hamama. Kərbəlayi Qasım, Hacı Məhəmmədəli, Hacı Ələsgər, Hacı Möhsün, Hacı Haqverdi, Hacı Qara, Nacı Namaz, Hacı Xalıqverdi gedib hamama.
Mozalan
“Molla Nəsrəddin”, 14 aprel 1906, №2
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-hamama
Use ← → keys to move, R for a random poem
More by this author
Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı.Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.
Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930)Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?
Əzizim Baba!11 may (1930), Bakı*Kağızın dünən mənə çatdı və çox şad oldum ki, səlamət gedib oraya çatdın və getdiyin yerdən də razısan.
Əziz oğlum Midhət! (Bakı, 23 may 1930)Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.
Poems by other poets · Satire
Rəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,
Qaç, at basdı! ("Qaç, oğlan! Qaç, at basdı! millət gəlir!")Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!Ötüşdən çıxan bir cəmaət gəlir!
BöhtanzadəGecəyarıdan keçib, aləm yatıb, bir nəfərQəlbində sonsuz kədər,
Ağa ŞeypurYazdım sənə bu naməni pünhan, ağa Şeypur!Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!