Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.

Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.

Hamı sağ-salamatdır. Bir yenilik yoxdur.

Yaxşı tikməyi öyrən: sən çox şey tikməli olacaqsan. Münəvvər və Müzəffər gəlmişdilər. Onlar müvəffəqiyyətlə işləyir və yaxşı xeyir verirlər. Böyükləri onlardan razıdırlar.

Uzunboğaz çəkmələrin və qaloşların çatmağını bizə xəbər ver. Kağız da yaz.

Quldurlar yazıq Hüsü Hacıyevi öldürmüşlər; şuşalı idi. Ağdam icraiyyə komitəsinin keçmiş sədri, sonra isə ədliyyə komissarı və Azərbaycan su təsərrüfatı idarəsinin sədri idi. Hökumət onu hörmət-izzətlə dəfn elədi. Bakıda Sabir bağında dəfn olundu.

Cümşüd Vəzirov (aşağı mərtəbədəki qonşumuz) bərk xəstədir (xərçəng).

Daha qəmli xəbərlər bəsdir. Qəmli bir xəbər də yadımdan çıxdı. Əsgərağanın oğlu Əbil bu günlərdə öldü.

Əzizim, sağ ol.

Haçan gəlmək fikrindəsən?

Atan Cəlil

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oxucularımıza

Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək.Saniyən, indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına.

1 min
Gəncə mollalarına

Ey Gəncə mollaları!Mən sizdən çox artıq təvəqqe eləyirəm ki, öz təklifinizi biləsiniz və cızığınızdan kənara çıxmayasınız.

2 min
Molla Cəfərqulu

Əcnabi millətlərin içində çox lotular var, çox arvadbazlar var…Birisi gedə bir neçə müddət Rusiyanın və Avropanın şəhərlərini gəzə və sonra gələ müsəlman içinə və Təbrizi, Tehranı, Ərdəbili, Astaranı, Bakını, Naxçıvanı və Danabaş kəndini gəzib dolana, elə bilər ki, müsəlman içində lotuluq, arvadbazlıq və fahişəbazlıq heç əslindən yoxdur və elə bilər ki, bu əməllər ancaq əcnəbilərin əməlidir.

4 min
Erməni və müsəlman övrətləri

Biz Qafqaz müsəlmanları razı olmarıq ki, övrətlərimiz evdən eşiyə çıxsınlar və üzüaçıq gəzsinlər. Bu bir yaxşı adətdir.İndi baxıb görək ki, niyə buna razı olmuruq?

7 min

Poems by other poets