Oxucularımıza
Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək.
Saniyən, indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına.
Əgər bundan sonra “Təzə həyat” məsləkinə təğyir verməyib genə başlıya “ay Soltan, qadan alım, ay hacı, başına dolanım”, – bir qəzet dairəsindən kənara çıxmamaq şərtilə, genə hərdən-bir “Təzə həyat”dan danışmağa vədə veririk.
Bir şey yadımıza düşdü: “Təzə həyat” deyir ki, biz dövlətliləri o qəsd ilə pisləyirik ki, bizə pul versinlər.
Amma biz də deyirik ki, “Təzə həyat” dövlətlilərə o qəsd ilə təməllüq edir ki, ona pul versinlər.
Kimin sözü haqdır?
Molla Nəsrəddinin əlli altı nüsxəsini diqqətlə oxuyanlar bilirlər ki, biz bir söz ilə də işarə eləməmişik ki, bizim pula ehtiyaclığımız var, ondan ötrü ki,
“Hər ki bəd xod dər süal güşad-
Ta bemirəd niyazmənd bəvəd”
“Əz begüzar və padşahi kon
Kərdənibitəmə bülənd bəvəd”.
“Molla Nəsrəddin”, 28 aprel 1907, №17
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-oxucularimiza
Use ← → keys to move, R for a random poem
More by this author
İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. Kəndin camaatı təmamən buraya cəm olub. Adamlar qarışıb bir-birinə: o bununla danışır, bu onunla danışır. Kişilərin yanında uşaqlar da var. Məşədi Ağakişi oğlu Əsəd ilə buradadır. Xəbər verilir ki, “nəçərnik gəlir”. Guya qurbağanın gölünə daş atdılar. Camaat haman dəqiqə sakit olur. Səs-səda kəsilir. Əvvəl Hacı Namazalı “çəkil-çəkil” deyə-deyə gəlib durur bir tərəfdə; sonra çavuş Nəzərəli “çəkil”, “çəkil” deyə-deyə əlində şallaq gəlib durur bir tərəfdə.Bundan sonra çavuş yüzbaşı Pirverdi bəy “çəkil” deyə-dyə əlində şallaq gəlib durur bir tərəfdə. İndi də gəlirlər: Naçalnik, Pristav, Dilmanc Mirzə Məhəmmədqulu, məktəblərin inspektoru, qazı, müəllim Həsənov və Danabaş kəndinin mollası Molla Movlamverdi.
Üçüncü məclisÜçüncü məclis vaqe olur Məşədi Ağakişinin həyətində. Altı arvad başlarında çarşov, yerdə oturub, ayaqlarını uzadıb, dizlərinə döyə-dəyə ağlaşırlar. Həyətin bir tərəfində kərmə qalağı görsənir. Kənarda Qasım kişi oturub çarığını tikir.Birinci arvad. Balamı saldat aparacaqlar, bala vay! (Arvadların hamısı ağlaşır).
Dördüncü məclisDördüncü məçlis vaqe olur Danabaş kəndində təzə açılan məktəbdə. Bir geniş kəndli evində düzülüb təzə rənglənmiş skamyalar; hərəsinin üstündə oturub iki nəfər kəndli uşaq; səkkiz yaşından on beş yaşına kimi. Şagirdlərin cəmi on ikidir. Baş tərəfdə qoyulub yazı taxtası, qara rəng ilə boyanmış, qabaqda var miz, yanında bir sandalya (stul). Divarlara bir neçə heyvanat şəkli düzülüb; qabaq divardan bir yekə at şəkli asılıb. Şagirdlərin qabağında Müəllim Həsənov əlindəki kitaba hərdənbir baxa-baxa durub dərs deyir. Kənarda divar dibində çömbəlibdir Qasım kişi, Kərbəlayı Qulamalı Və Kərbəlayı Heydər. Şagirdlərin adları: Əsəd Məşədi Ağakişi oğlu və Qasım kişinin nəvəsi. Mustafa Kərbəlayı Qulamalı oğlu, Süleyman Kərbəlayı Heydər oğlu və qalan doqquz uşaq ki, ataları burada yoxdu, bunlardır: Zeynal, H ə - sənqulu, Cəfər, Səbzalı, Novruz, Həsən, Tarqulu, Qulamhüseyn, Zülfəli. Cəmi şagirdlər öz kəndli libaslarındadır.Uçitel (şagirdlərə). Durun! (Şagirdlər dururlar). Oturun! (Otururlar). Əllərinizi yuxarı qalxızın! (Uşaqlar əllərini yuxarı qalxızıb duaya hazırlaşırlar). Dərsdən qabaq vacib olan duanı mən oxuyum, siz də mənim dalımca deyin. (Uçitel özü də əllərini qaziyül-hacata qalxızıb bu duanı oxuyur, şagirdlər kəlmə-kəlmə onun dalınca oxuyurlar). Allahümmərzüqna elmən nafiən və hifzən kamilən və zehnən şamilən və fəhmə zəkiyyən və təbən rəziyən və tövfiqən litəhsilil-ülum, Allahümməftəh əleyna əbvabə fəzlikə və səhhil əleyna elmikə və ehsanikə və rifətikə ya ərhəmərrahimin. Amin! Amin! (Şagirdlərə) Oturun!
ƏrDörd məclisdən ibarət komediyaİŞTİRAK EDİRLƏR
Poems by other poets · Satire
Əcəb şeydir: yazınızzəif əsərlər – o, sən,
Bu əhldən mehribanlıq görmədimİsmayıl bəy Qutqaşınlıya*Bu əhldən mehribanlıq görəmdim,
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
LəzgiNə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.