Həmidə! (16 oktyabr 1923)
Bir az bundan əvvəl sənə yazmışdım. Sonra sənin Midhətə məktubun və Müzəffərin yenə onun adına məktubu gəldi. Çatmayan divar kağızlarını srağa gün poçtla yola saldım. Alətlərə gəldikdə, daş yonmaq üçün alət də poçtla göndərildi (onu Teymur ucuz qiymətə aldı, qonşumuz Qrişa deyir ki, bekara şeydir). Yaramasa, təzəsini, daha yaxşısını göndərərəm. Alətlər, azı, 50 manata başa gələcək, onları mən tədricən alıb göndərərəm, hamısını birdən göndərə bilmərəm. Çünki təzə dərs ili başladığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir).
Bu qanqaraldan şeyləri sənə yazmaq istəməzdim; xüsusən ona görə ki, sizin də kənddəki dolanacağınız çox asanlıqla keçmir. Buna baxmayaraq, sən gərək fikir çəkib ruhdan düşməyəsən, çünki bir balaca bərkə düşsən, dərhal mən buradakı var-yoxumuzu səninlə bölməyə hazıram. Axı, bu müvəqqəti haldır. Burada da darısqallıqdır, orada da, sənin yanında da; burada da, orada da elə ürəkaçan bir şey yoxdur. Mən, Midhət və Ənvər imkan tapan kimi necə olur-olsun Kəhrizliyə baş çəkmək həsrətindəyik.
Uşaqları heç cür məcbur eləyə bilmədim ki, sənə kağız yazsınlar: başları gah dərsə, gah da oynamağa qarışır. Midhət isə radiosundan ayrılmır, boğazının [müalicəsini] üzümüzə gələn iki-üç günlük bayrama saxlamışdır, hələlik sapsağlamdır, cürbəcür təzə oyunlar tapıb əylənir, zümzümə eləyə-eləyə gəzir. Mənimlə arası daim sazdır.
Qəzetləri sən hər gün almalı idin, məni Hacı bu barədə xatircəm eləmişdi. Ölçü götürərəm.
Müzəffər və Münəvvərə salam. Lavrentinin kefi necədir? Bir az səbr eləsin, gəlib onu ürəyi istəyən işə düzəldərəm. Yaxın görüşədək. Xudahafiz.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-hemide-16-oktyabr-1923
Use ← → keys to move, R for a random poem
More by this author
Həsənov – müəllimAban bəy – qumarbaz
LalTeatr üçün bir pərdəŞəhərin küçəsində, divarın dibində, havanın soyuq vaxtı, günortaya bir az qalmış iki sahibsiz uşaq, biri səkkiz, biri altı yaşında, mündəris və çirkli paltarda. Hərəsinin əlində bir tikə qara çörək, gah “vay dədə!”– deyib ağlayırlar, kah çörəyi ağızlarına basıb, iştaha ilə yeyirlər. Yavuqdakı evlərin birindən musiqi səsi gəlir və uşaqların halına münasib bayatı havası çalınır.
LənətSəhnəcikKəndin kənarından bir adam çıxıb gəlir. Qoca kəndli Cəfəralı cüt əkir. Uzaqdakı adam yetişir və salam verir.
YığıncaqKəndin ortasında keçmiş mülkədar Kalışbəyin boş samanlığına kənd camaatı cəm olubdur: kimi bağdaş qurma, kimi çömbəlib, kimi də ayaq üstədir. Təqribən iyirmi-otuz adam var. Yuxarı başda kənd şura sədri Həsənəli, sol əlində çubuq, sağ əlində ağac, çubuq çəkə-çəkə və danışa-danışa əlindəki ağacı gahdan bir yerə vurur. Onun çovuşu Zeynal əlində şallaq, sədrin əmri ilə gah gedir adam çağırmağa, gah qayıdıb gəlir. Kəndlilər yenə gəlməkdədirlər. Əhvalat Qarabağın aran tərəfində kəndlərin birində vaqe olur.Məclisi kənd şura sədri Həsənəli bu sözlərlə başlayır və təzə içəri girən Zeynala üzünü tutub bir növ acıqlı deyir:
Poems by other poets
هر چند بد صدا است ولیکن مجللست
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
GüllüBər-bəzəkli çıxdın önə,Sandım səni sona, Güllü.