Lənət
Səhnəcik
Kəndin kənarından bir adam çıxıb gəlir. Qoca kəndli Cəfəralı cüt əkir. Uzaqdakı adam yetişir və salam verir.
Nabələd. Ay qardaş, bura müsəlman kəndidi?
Cəfəralı. Hə-hə, görükür ki, nabələdsən.
Nabələd. Mən Arazın o tayından gəlirəm.
Cəfəralı. Xoş gəlmisən. (Əllərini bir-birinə vura-vura gəlir). Hara belə inşallah?
Nabələd. Vallah, doğrusu, İranda güzaran çox pis keçir. İş yox, pul yox. Gəldim bu tərəfləri yoxlayım, görüm nə işlə məşğul olmaq olar ki, bir tikə çörək pulu ələ gəlsin.
Cəfəralı. Xub, qardaş, bəs, sənin əlindən nə iş gəlir?
Nabələd. Vallah, nə deyim.
Cəfəralı. Cüt əkmək bilirsən?
Nabələd. Vallah, nə deyim. Bu işə heç adət eləməmişəm.
Cəfəralı. Bənnalıq, dülgərlik necə? Qapı-okoşka qayıra bilərsən?
Nabələd. Vallah, adətim deyil.
Cəfəralı. Kənkənlıqda necə, səriştən var?
Nabələd. Doğrusu, başım çıxmaz.
Cəfəralı. Yəqin ki, alış-veriş əhlisən, yəqin ki, sənətin dükançılıqdı.
Nabələd. Yox-yox.
Cəfəralı. Bəlkə mollasan, mərsiyəxansan.
Nabələd (o üzə-bu üzə baxa-baxa). Ay qardaş, səni and verirəm o bir Allaha, bircə de görüm, sən bolşevik-zad deyilsən ki?
Cəfəralı. Ay nabələd qardaş, mən də səni and verirəm Allaha ki, bir az bu sözləri yavaşca danış.
Nabələd (o üzə-bu üzə baxır). Nə var ki, əzizim?
Cəfəralı (yavaşca). Ay qardaş, bağışla adını da bilmirəm. And verirəm səni o Həzrət Abbasa, bilirəm, bu məhərrəmlik günləri İran tərəfindən bu tərəfə həmişə şəbehkərdan və molla, mərsiyəxan keçərdi. Amma bu il onlar bizim hökumətin qorxusundan bu tərəfə addım ata bilmirlər. Əgər, doğrudan da mərsiyəxan, yaxud şəbeh çıxardansan, bu işin üstünü açma, yoxsa kənddə bir para firidun cavanlar səni incidərlər.
Nabələd (bir qədər fikirdən sonra). Yəni onlar nə deyirlər? Nə rəsul, nə heç bir nəfər-zad olmasın?
Cəfəralı. Bəs, necə? Bəs, necə?.. (Yavaşca və qorxa-qorxa) Allah onlara lənət eyləsin.
Nabələd. Lənətulla əla qövmüz-zalimin.
Cəfəralı. Hələ o nədi ki, hələ deyirlər ki, nəuzü-billah… (O üzə-bu üzə baxır). Deyirlər ki, nəuzü-billah!.. Ay qardaş, sən Həzrət Abbas, sənin adın nədi?
Nabələd. Molla Qüdrətəlidi.
Cəfəralı. Molla Qüdrətəli, bu məlunlar hələ Allaha da əl atırlar, hələ imam, peyğəmbər nədi ki.
Molla Qüdrətəli (təcili). Necə yəni Allaha? Allaha deyirlər ki, imam Cəfər ən-nisa surəsi… O sözü mənim dilim tutmaz… Axır yenə nə deyirlər ki?
Cəfəralı. Mən, yox-yox. Onu soruşma, onu mənim dilim tutmaz. Deyirlər ki, Allah yox…
Molla Qüdrətəli. Lənətulla əla qovmüz-zalimin.
Cəfəralı. Amin!
Son
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-lenet
Use ← → keys to move, R for a random poem
More by this author
“Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.
Vətən xadimləriDibaçeyi-kitabBir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum:
Qız tərbiyəsiBir məsələ var ki, onu gərək indidən düşünək ki, axırda peşmançılıq üz verməsin. Mətləb budur ki, biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma çünki özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər.Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırğayacaqlar; bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar.
Mübarək olsunAdət eləmişik bayramda sevinmək, şad olmaq və bir-birimizi təbrik etmək. Uşaqlar da adət edib bayramda sevinmək, şad olmaq və bir-birini təbrik etmək.Bəs, təfavüt nədir? Uşaqlarla bizim təfavütümüz hardadır? Uşaqlar da şad olub, biz böyüklər də şad olmuşuq. Uşaqlar sevinib təzə paltar və qırmızı yumurtaya, biz böyüklər də elə haman şeyə sevinmişik. Amma lazımdır ki, biz böyüklərlə kiçiklərin təfavütü ola idi. Təfavüt də burada ola bilər ki, bayram günü biz təzə geyinmiş, cibləri dolu uşaqlarımıza baxanda sahibsiz, ac uşaqları da yada salaydıq ki, bayram günü bizim uşaqlarımız plov yeyəndə yetimə uşaqlar bəlkə yavan çörək də tapmayacaqlar.
Poems by other poets
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,