Hindarx, Həmidə xanım Cavanşirə (30. 04. 1916)
Bakı
Pyes qeyri-adi bir müvəffəqiyyət qazandı. Ağzına qədər dolu olan teatr hər fasilədə müəllifi gurultulu alqışla təbrik edirdi. Tamaşadan iki min beş yüz manat hasil olub. Bu günlərdə Aşqabada gedirəm. Hamıya salam.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-hindarx-hemide-xanim-cavansire-30-04-1916
Use ← → keys to move, R for a random poem
More by this author
Yazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908.İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub.
Leyli xanım ŞahtaxtlıSahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.Əfsus! Qismət olmadı.
Köhnə ilAdətdir, köhnə il qurtaranda və təzə il daxil olanda hamı qəzetələr köhnə ilin müddətində üz verən əhəmiyyətli vüquatı bir-bir yazıb oxuculara bildirərlər.Bu adətə biz də əməl eləyirik.
ZəngO vaxtdan ki, biz “Qeyrət” mətbəəsində başlamışıq divar təqvimi çap eləməyə, bizə Bakı, Nuxa və Tiflis müəllimlərindən yüzdən artıq şikayət məktubu gəlib ki, nə səbəbə xaçpərəst bayramlarını biz qırmızı vərəq üstündə çap eləmirik.Müəllimlərin də giley eləməyə haqları var, çünki bu yazıqlar gecə və gündüz intizardadılar ki, kəlisa bayramları yetişsin və müsəlman uşaqlarını ötürüb, özləri də gəzib rahat olsunlar. Əlbəttə, əgər bu cür bayramlar qırmızı vərəq üstündə çap olunsalar, müəllimlər haman saat görərlər ki, bu gün bayramdır və uşaqları ötürərlər.
Poems by other poets
Fürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Cahan üzün günəşindən münəvvər olmuşdurCahan üzün günəşindən münəvvər olmuşdur,Səba saçın qoxusundan müəttər olmuşdur.
Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədirBağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir