“Hov” – qədim istilahdır; yəni “hay” deyib adam çağırmaqdır. Bu soz məhz kəndlərdə işlənir. Əlsiz-ayaqsız kəndliyə cəmən yardım göstərmək lazım gələn vaxt, o vədə bir nəfər adam salırlar kəndə, gedir evbəev gəzir və haraylaya-haraylaya deyir:

– Ay camaat! Hər evdən bir cüt çıxsın, Həsənquluya bir-iki çuval yer cızlasın. Ta ki, yazıq kişi gələn il acından ölməsin.

Həmin üç ayı mən Qarabağ kəndlərini gəzirdim ki, orada çəkilən gözəl-gözəl elektrik yolları və təmiz küçələri və əla məktəb binalarını görüb ürəyim açılsın. Və eləcə də oldu.

Xülasə, söhbət orada deyil.

Əkin-tikinə göz yetirdikdə gördüm ki, xah taxıl əkinlərinin, xah pambıq əkinlərinin çox hissəsi kənd şuraları qulluqçularınındır ki, türk kəndlərində o hakimlərə “kənd şurası” deyirlər.

Məsələn, hər kənd şurası üzvünün hökmünün altında nə qədər ki, kənd var, hər bir kənddə bu hakimin pambıq əkini də var, taxıl əkini də var. Ədə, bu zalım oğlu bu qədər cütü və heyvanı haradan və nə tövr sazladı ki, bu qədər dəsgaha malik oldu?!

Axırda işin üstü açıldı: bu ağalar “hov” eləyirmişlər; yəni hər kəndə bir “stracnik” göndərib, hökm eləyirmişlər ki, filan kənd qulluqçusuna hər evdən bir cüt çıxıb, beş on desyatin yer şumlasın.

Bu söhbətlərin hamısını yenə mən qoyuram kənara və heç bir kəsi pisləmək xəyalında deyiləm. Doğrudur, camaat arasında pıçı-pıçı ilə deyirlər ki, “bu dəxi xov olmadı, bu zorba-zorluq oldu”, amma hər nə isə bu işlərin yaxşısı Allah-taala həzrətlərinin yanındadır.

Bir vaxt var idi Qarabağ dağlarında yaylaqlarda otlayan mal sürülərinin hamısı xan və bəylərin idi. İndi də Allah şahiddir və bəndələr də görürlər ki, dağlardakı sürülərdir; amma təfavüt sahiblərindədir.

Yenə bunların heç biri ilə işim yoxdur və heç bir kəsə sataşmaq xəyalında deyiləm, Söhbət “hov” istilahının təfsiri barəsindədir ki, o da ərz olundu.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 sentyabr 1924, №13

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

1 min
Əzizim Həmidə! (28 avqust 1923)

Bizim Bakıda havalar sərinləşmişdir. Yusifxan mənə məktub göndərib xahiş edir ki, sentyabrın 15-də Radiki imtahana aparım, çünki borcu qalıb. Təzə tarixlə sentyabrın 15-də hamınız gərək burada olasınız. Bizim uşaqlar da 25-indən bir neçə gün qabaq Bakıda olmalıdırlar ki, məktəbə hazırlaşsınlar. Onlara təcrübəli fars dili müəllimi tapmışam. Uşaqlar üçün lap ürəyim əsir. Midhətə velosiped almışam. Üzeyir məsləhət görür ki, skripka da alım. Hələlik. Sağ ol.Cəlil

1 min
Əziz oğlum Midhət! (28 avqust 1923)

Mən çoxdan sənə velosiped almaq istəyirdim. Axırı Malakan küçəsindəki bir ustada velosiped gördüm. Amma bu işdən başım çıxmadığı üçün ala bilmədim. Axırı dünən, avqustun 27-də eşitdim ki, qonşumuz İsrafil İbrahimov velosiped sürəndir. Faytona minib getdik. Pakizəni də apardım. İbrahimov bir saata qədər həmin velosipedə minib sürdü, baxdı. Onun razılığı ilə mən bu velosipedi alıb evə gətirdim (qızıl pul verdim).Bunun əvəzində gərək sən də, vədə verdiyin kimi, ağıllı, çalışqan oğlan olasan, ən vacibi: gərək ananı istəyəsən və onun sözünə baxasan.

1 min
Həmidə! (30 avqust 1923)

Sənə Şuşaya və Ağdama kağız yazmışam. Amma çoxdandır ki, səndən kağız almıram.“Yeni yol” Komitəsində işləyən cavan yoldaşımız Bəhramov indi Qarabağa yola düşür. Bir neçə gündən sonra qayıdıb gələcəkdir. Əgər onunla Bakıya gəlməli olsanız, sənə can-başla kömək edər.

1 min

Poems by other poets · Satire