Su budkaları cümə günləri bağlı olur.

Su budkaları cümə axşamları ancaq günortayadək açıq olur.

Hər nə qədər inqilabi bayramlar var, su budkaları bağlı olur və bircə buna sözümüz yoxdur. Amma bunlardan başqa nə qədər dünyada İsa və Musa və Məhəmməd və yüz iyirmi dörd min peyğəmbərlər bayram gətiriblər – hamısının su budkaları bayram saxlayır, yəni bağlı olur.

Rəğayib günü də susuz qaldıq: yenə budkalar bağlı idi. İmam Museyi-Kazımın həm anadan olan günü su budkaları bağlı oldu, həm vəfat günü bağlı oldu.

Eydi-fitrdə cəmi İran və Ərəbistan müsəlmanları tək bircə gün tətil elədiyi yerdə Bakıda su budkaları oruc bayramında iki gün bağlı oldu; bircə o qalmışdı ki, budkada oturan müsəlman və qeyri-müsəlman budkaçılarını zornan məscidə aparaydılar.

Bu gün deyirlər, budkalar açıqdı.

Amma ehtiyat üçün bir-iki qab artıq su gətirdim; çünki qorxuram deyələr sabah bayramdır, ya prazdnikdir və qorxuram yenə uşaqlar susuz qalalar.

Lağlağı

“Molla Nəsrəddin”, 10 may 1924, №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bakı dəryası

Nə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!

2 min
Cümə günləri

Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar?Deyəsən bir az uzun oldu.

4 min
Qurbağalar

İran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim:– Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Cülfaya.

2 min
Bir boçka su

Bakıda Çornı qorod fəhlələrinəAğa fəhlələr, yenə dilinizi uzadıbsınız, “Təzə həyat”ın 91-ci nömrəsində şikayət edirsiniz ki, zavodun müdiri gündə sizə, əlli iki nəfərə bir boçka su verir. Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan da savayı çox artıq-əskik sözlər yazırsınız…

3 min

Poems by other poets · Satire