Kim nə deyər bizdə olan qeyrətə?!
Kim nə deyər bizdə olan qeyrətə?!Qeyrətimiz bəlli bütün millətə!…
Biz qoca qafqazlı igid ərlərik,Cümlə hünərdmərdlərik, nərlərik,İş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,Kim nə deyər bizdə olan qeyrətə?!
Çırmanarıq keçməyə çay gəlməmiş,Başlayırıq qızmağa yay gəlməmiş,Ac qalırıq ildə — üç ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,Kim nə deyər bizdə olan qeyrətə?!
Cümlə cahan yatsa da, biz yatmarıq,Qeyrətü-milliyyəmizi atmarıq,Əhlimizi başqalarına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!Kim nə deyər bizdə olan qeyrətə?!
Bizdə görünməz nə fəsadü nifaq,İşləmədə bir-birimizden qoçaq,Bax, budur islamı gətirrik qabaq;
Boyləcə xidmət olunur millətə,Kim nə deyər bizdə olan qeyrətə?!
Bir işə min hummətimiz var bizim!Bax, necə cəmiyyətimiz var bizim!Bundan gözəl niyyətimiz var bizim!
Ay bərəkallah, bu gözəl niyyətə!Kim nə deyər bizdə olan qeyrətə?!
Hansı məkatib ki, onu açmadıq?Hansı sənaye ki, para saçmadıq?Verdiyimiz sözdən uzaq qaçmadıq;
İşlərimiz mindi bütün surətə!..Kim nə deyər bizdə olan qeyrətə?!
Bax, neçə darüləcəz, dari-elm!Bir neçə məktəb, neçə asari elm!..Bizlərik, əlbəttə, xəridari-elm!
Çatmışıq ondandı belə hörmətə!..Kim nə deyər bizdə olan qeyrətə?!
Bizdə nə fəhlə tapılar, nə gəda,Bizdə nə sail və nə bir binəva,Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sənətə!..Kim nə deyər bizdə olan qeyrətə?!
Etmişik ifa atalıq mehrini,Çəkmişik övladımızın fikrini,Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sirqətə,Həbsdə məşğul olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!Kim nə deyər bizdə olan qeyrətə?!Ay bərəkallah, bu gözəl niyyətə!..
Кто может усомниться в нас в эти дни?Весь мир подлунный знает нас искони!Кавказцев старых ты видал? Храбрецы!Мы все с энергией, с умом - молодцы!Речисты мы, говоруны, мудрецы!А как до дела - мы в плену суетни!Кто может усомниться в нас в эти дни?Вон где река, а мы уже босиком!Едва весна - уж мы в огне целиком!Даем мы слово - и в кусты кувырком,И что не сдержим мы его, - не вини!Кто может усомниться в нас в эти дни?Пускай заснет весь мир, но нам не заснуть:Ведь гордость нации хранит наша грудь!Своих друзей мы никому, не забудь,Не продадим за жалкий грош! Ни-ни-ни!Кто может усомниться в нас в эти дни?Не по душе ни козни нам, ни раздор.В работе яростны мы все с давних пор.Вот так выводим мы ислам на простор!Мы служим нации своей! Мы одни!Кто может усомниться в нас в эти дни?Ах, сколько обществ - погляди! - есть у нас.Для дела время впереди есть у нас.Желаний множество в груди есть у нас.Ах, ликованье и восторг нам сродни!Кто может усомниться в нас в эти дни?В краю открытых нами школ не сочтешь.Искусствам помогли рублем все мы сплошь.Мы нарушали свой обет? Это ложь!Скорее строгий приговор измени!Кто может усомниться в нас в эти дни?Чернорабочих или слуг - нет у нас!Несчастий, нищеты и мук - нет у нас!Не занятых работой рук - нет у нас!На счастье нашей детворы ты взгляни!Кто может усомниться в нас в эти дни?Исполнен наш отцовский долг целиком,Детей мы любим, мы для них и живем.Еще плоды своих трудов мы пожнем,Когда займутся сыновья воровством,Когда под стражею войдут в серый дом!К блаженству нацию свою мы ведем!Кто может усомниться в нас в эти дни?Весь мир подлунный знает нас искони!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-kim-ne-deyer-bizde-olan-qeyrete
Use ← → keys to move, R for a random poem
More by this author
Şeyxül-islamlərin, müftiyi-islamlərinHankısı satmadı on müslümi bir tərsayə?
Gündə üç kağızı, beş kopyanı imza edərəkGündə üç kağızı, beş kopyanı imza edərək,Rayevski çəkiyormuş nə məratib zəhəmat?!
İştə bir hey’əti-təhririyyəİştə bir hey’əti-təhririyyəBulunur ən uca bir məşğələdə…
Qurulubdur yenə meydani-həyahayi-süxənQurulubdur yenə meydani-həyahayi-süxən,Yazılır şe’r, açılır pərdeyi-mə’nayi-süxən;
Poems by other poets · Satire
Axunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Qəribə nitqGecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!