İdarədən
Məcmuəmizin nüsxələri Kitaydan başlamış Vladivastok, Xarbin, London, Parij, Misir və hətta Amerikaya kimi dağılır. O məmləkətlərin hər birində yuxarıda yazdığımız cümə məsələsini oxuyanlar öz könüllərində deyəcəklər ki, gör bu müsəlmanlar nə qədər çalışan, pul qazanan və ticarətə hərisdirlər ki, həftədə bir gün də tətil edib və dükanlarını bağlayıb ibadətə məşğul olmurlar.
Bəli, xarici millətlər belə başa düşəcəklər, amma onlar bircə şeyi bilməyəcəklər:
Onlar bilməyəcəklər ki, müsəlman aləmində, məsələn, bu cür işlər də çox ittifaq düşür ki, birdən yolun düşür müsəlman bazarına və görürsən ki, dükanların hamısı bağlı. Nə cümə günüdür, nə bazar günüdür (yəni bazar günü insafən müsəlmanlar dükanları açmazlar). Bəli, nə cümə günüdü, nə bayramdı, nə mövlud və vəfati-peyğəmbər, qərəz, heç bir şey yoxdur, amma dükanlar görürsən tamam bağlıdırlar. Belə iş müsəlman içində nəinki həftədə bir dəfə, bəlkə həftədə üçdörd dəfə üz verir. Bir də görürsən ki, məsələn, başmaqçı Usta Həsənin dükanı açıqdı və bir də görürsən ki, Kərbəlayı Məhəmməd qaçaraq özünü soxdu Usta Həsənin dükanına və ləhliyə-ləhliyə, annından tər axa-axa, əl-qolunu tolluya-tolluya, tövşüyə-tövşüyə, kəhildəyə-kəhildəyə Usta Həsənin üstünə hücum çəkib çığırır: Ədə, tez ol dükanı bağla!.. Usta Həsən dik qalxır ayağa, balaca şagirdlər pərənpərən düşürlər və Usta Həsən gözlərini bərəldib soruşur: nə var, Kərbəlayı Məhəmməd? Və Kərbəlayı Məhəmməd genə ləhliyə-ləhliyə çığırır: evin yıxılsın, bağla dükanı tez ol bağla. Genə biçarə Usta Həsən soruşur ki, axır nə olub və genə Kərbəlayı Məhəmməd ləhliyə-ləhliyə çığırır: ədə hələ durmusan? Və genə binəva Usta Həsən yalvara-yalvara soruşur: sən Allah, bir mənə de görüm nə var.
Axırda Kərbəlayı Məhəmməd dükandan çıxıb qaçır, bir az uzaqlaşandan sonra çığırır: tez ol dükanı bağla, bu saat gəlirlər. Bu sözləri eşitcək Usta Həsən dəli kimi özün çırpır o taxçaya, bu taxçaya ki, qıfılı tapsın və dükanı bağlasın və qıfılı tapan kimi uşaqların birinə çığırır: Ələsgər, qaç tez Məşədi Sadığa de ki, həyə atı evdəsə tez göndərsin, minim gedim qabağa və deynən ki, atın kirayəsi nə olsa verərəm. Ələsgər Usta Həsənin üzünə bir qədər baxıb başlayır zırınpanı və deyir: hey, dadaş, məni aparmayacaqsan? Usta Həsən görür ki, Ələsgərdən fayda yoxdu və uşaqları dükandan eşiyə salıb dükanı bağlayır və özü də uşaq kimi başlayır qaçmağa.
Ey mənim əzizim Zəvzək, mən sənin həmin məktubunu çap eləmək istəmirdim, amma sən ki, məni öz bığlarına and verirsən dəxi qaldım məəttəl.
Ondan ötrü çap eləməyəcəkdim ki, qorxuram bu cızmaqaralardan axırda bir nəticə hasil olmaya. Sən ha yaz ki, fılanqulu dükanını cümə günü açmışdı – bir ucdan sən bunu yaz, qoy bir ucdan da Lənkəranda mollalar rüşvət alıb kəbinli övrətləri boşayıb özgəsinə versinlər. Və buna nə deyirsən? Sən indi gəl de ki, buna nə çarə edək, yoxsa cümə məsələsi ötüşər.
“Sirişk əzrüxəm pak kərdən çe hasil?
Əlaci bekon kəz diləm xun nəyayəd”.
“Molla Nəsrəddin”, 29 dekabr 1906, №39
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-idareden
Use ← → keys to move, R for a random poem
More by this author
Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.
Pasport “get-gəli”İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.
Ölüm axtaranQoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.
ZəlzələMirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur.“Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir.
Poems by other poets · Satire
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,
Füzulini beştətməYoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.