Zəlzələ
Mirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur.
“Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir.
Behər hal, necə olmuş olsa, yenə deyirəm ki, bu saat İran torpağında bu Ərdəbil zəlzələsi bir böyük danışıqlara səbəb olubdur.
Əhvalat bu qərar ilədir.
Zilqədənin səlxində ağayi-Mirzə Ələkbər ağa Ərdəbilə varid olur və Ərdəbil camaatı ağanın mübarək ayaqlarının altına dörd yüz qurban kəsir. Hətta bir nəfər məşədi Məcid nam gözü sürməli oğlunu yerə yıxır və bıçağı çıxarıb qurban kəsmək istəyir. Bu vaxtda ağa görür ki, çocuq bir lətif və qaragöz oğlandır. Tez nərə çəkir ki, “Əl saxla! Kəsmə. Çünki Allah-taala bu dəmdə mənə xəbər verdi ki, sənin qurbanın qəbul olundu”.
Ağanın bu sözünün cavabında Xəlilülla Sani gözü sürməli oğlunu aparır öz əli ilə qoyur Mirzə Ələkbər ağanın qucağına və burada, yəni zilqədənin 29-da, saat doqquz yarımda, yəni nisfünnahara iki saat yarım qalmış bir böyük zəlzələ vaqe olur. Camaat filfövr Mirzə Ələkbər ağanın damının üstünə cəm olub, müsəllaya dururlar və əl Qazi ül-hacata qalxızıb Bari təbarək və taaladan yerin və göyün bəlasının uzaqlaşmasını istixasə edirlər.
Mirzə Ələkbər ağa uca bir daş üstə cüud edib, camaata xitabən belə bir nitq söyləməyə başlayır:
Ey mənim müridim, Hacı Rəisüs-sadat, mən, sənə hökm edirəm ki, bu saat Xudavəndi-aləmin mənə bu dəqiqə vəhy olunduğu hökmü əmələ gətirəsən. Bir neçə ay idi ki, mən İngiltərə hökumətinin ayda mənə verdiyi beş yüz tümən məvacibin köməkliyi ilə Ətəbati-aliyyatı ziyarət etməyə müşərrəf olmuşdum. İndi qayıdıb, gəlib nələr görürəm. Dəllək dükanları açıq, övrətlərin başmaqları dabanlı və hətta bir-iki kənddə məktəb söhbəti qulağıma çatır.
Vaveyla, va şəriəta!
Ağanın həmin mövizəsinin nəticəsində həmən gün cəmi dəllək dükanları da və həmən iki dənə məktəb də qapandı və övrətlərin başmaqlarının dabanlarını qopardıb, dabansız elədilər.
Bu da sənə İranın siyasi məsələsi.
Dəli
“Molla Nəsrəddin” 10 iyul 1926, №28
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-zelzele-2
Use ← → keys to move, R for a random poem
More by this author
Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq.Bu gün görürəm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, Məhəmmədəlişah tərəfindən məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər.
Dörd yüz qızOxucularımıza ərz olsun ki, bu axır vaxtlarda əcnəbi mətbuatı və xüsusən Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayırlar nalayiq sözlər ilə biz müsəlmanların abırına toxunmağa. Abır varmı, ya yoxmu – bu bir özgə məsələdir; amma söz burasındadır ki, aya nə səbəbə onlar öz gözlərində qılı görməyib bizim gözümüzdə tiri görürlər?Oxucularımızın izni ilə və millətpərəstlik vəzifəmi yerinə yetirmək qəsdi ilə mən də lazım bilirəm avropalılara, necə ki, lazımdır cavab verəm; elə cavab verəm ki, bir də haramzadalar cürət eləyib müsəlman adı çəkməsinlər.
İstiftaBakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.
MəscidlərHamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.
Poems by other poets · Satire
Səni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Mirzə MehdiyəEy Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Şeyxin bir mö’cizəsinə ithafBaxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Poçtalyonun şikayətiAy Kirpi, mənim dərdimi yaz fürsət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.