Gürcüstan yaylaqlarının birindən avqust ayının ortalarında Tiflisə tərəf dəmir yol qatarı yola düşməyə hazırlaşırdı. Günün batan zamanı idi. Qatar naziri üşkürək atdı və maşın bərk bağırandan sonra astaca yola düşdü. Gedənlər, səkidə qalanlara, qatardan öpüş və salam göndərirdilər; qalanlar da onlara dəsmal qalxızıb yelləyirdilər.

Bu həmişə olan işdi; bununla işim yoxdur. Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin maşın yavaş-yavaş uzaqlaşanda, vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bunlar bir-birini qucaqlayıb arvad kimi öpüşürdülər. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta, bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və genə qalxdı haman vaqona və genə oradakı kişini qucaqladı və bunlar genə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl götürmürdü. Ən uzaq gedəndən sonra, pişik kimi özünü dalı-dalı tullayıb sıçradı düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Və dayanandan sonra genə gözü uzaqlaşan qatarda idi.

Camaatın içində bir neçə gürcü yoldaşlardan xəbər tutub bildim ki, bunlar iki qardaş imişlər. Biri bir az uzaq səfərə gedir, o biri qardaşını yola salır. Hələ gedən maşının qışqırığı çox uzaqdan gəlirdi. Amma yola salan qardaş elə durub qabağa baxmaqda idi.

Bir qardaş o biri qardaşı beləliklə yola salırdı.

Maşın gedəndən sonra vağzal birdən seyrəldi. Camaat birdən dağıldı hərə öz evinə və işinə. Vağzalın qabağı bir az əvvəl burada duran qatardan boşalandan sonra, Kür çayının kənarında cərgə ilə bitən uca ərər ağacları gəldi durdu gözümün qabağında. Havada bir az nəsim var idi və onunçun da bu ağacların başları gah sağa tərəf əyilirdi, gah sola tərəf.

Amma elə də olurdu: birinin başı sağa tərəf əyiləndə ortalığa bir ayrısı daxil olub o biri ağacı sol tərəfə əyirdi. Belə olanda, iki ağacın başları gah bir-birindən uzaqlaşırdı, gah bir-birinə yavıqlaşırdı.

O vədə mən burada bir qərib qoca kişini, belə xəyalat alırdı ki, bəlkə bu ərər ağacları da insanlar kimi hiss sahibidirlər. Bəlkə bunlar da indi burada bayaqkı iki qardaş kimi öpüşürlər!..

Ağacların öpüşməyi ilə iki qardaşın öpüşməyi arasında bir böyük təfavüt var. Təfavüt budur ki, buradakı ərərləri bir-birilə yavıqlaşdıran kənardan gələn yellərdir, amma qardaşları öpüşdürən qardaş məhəbbətidir.

Burada mən qəmgin oldum.

Nə səbəbə qəmgin oldum, bunu daha söyləmək istəmirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poçt qutusu

Lənkəranda Məşədi Oruc Heydərəli oğluna:Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.

1 min
Niyə məni döyürsünüz?

A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm? Olmaya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırda camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola? Olmaya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?Heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar… dəxi dalısını demirəm.

3 min
İran təqvimindən

Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.

1 min
Bir para hikmətli danışıqlar

– Məşədi Pirqulu, nə qayırırsan?– Heç zad.

1 min

Poems by other poets