Bir para hikmətli danışıqlar
– Məşədi Pirqulu, nə qayırırsan?
– Heç zad.
– Bə burada nə üçün durubsan?
– Heç, elə-belə.
– Kimi gözləyirsən?
– Heç kimi.
– Gedirsən, gəl gedək?
– Heç bilmirəm.
– Bə nə vaxtadək burada duracaqsan?
– Vallah heç özüm də bilmirəm. Əgər istəyirsən gedək.
– Kərbəlayı Həsən, utanmırsan, qızarmırsan, ayaqyalın, tumançaq və başıaçıq çıxırsan küçəyə? – Vallah utanmağa utanıram, amma qorxuram qızaram, qaradovoylar gəlib tutub aparalar qatalar dama ki, rəngin qırmızıdı.
“Molla Nəsrəddin”, 28 aprel 1906, №4
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-bir-para-hikmetli-danisiqlar
Use ← → keys to move, R for a random poem
More by this author
11 may (1930), Bakı*Kağızın dünən mənə çatdı və çox şad oldum ki, səlamət gedib oraya çatdın və getdiyin yerdən də razısan.
Əziz oğlum Midhət! (Bakı, 23 may 1930)Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.
Mənim əziz oğlum Midhət! (12 iyul 1930)Sənin 29 iyun tarixli məktubunu ancaq srağagün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi.Biz hamımız sağ-salamatıq. Srağagün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin.
Nəsrulla Qənbərli yoldaşa!13 iyul (1930), Bakı*Lənkərandan bu vaxt idarəmizə məktub və məqalə göndərən çoxdur. Ancaq mən onların bəzisinə inanmıram. Onunçün də səndən məqalə gözləyirəm. Bu şərtlə ki, müxtəsər olsun.
Poems by other poets · Satire
Şairəm, əsrimin ayinəsiyəm,Məndə hər kəs görür öz qaş-gözünü;
O nədirSəndən xəbər alım haq bilən aşiq,O nədir ki, sözü vardır, özü yox?
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,