Poçt qutusu
Lənkəranda Məşədi Oruc Heydərəli oğluna:
Göndərdiyiniz məqaləni çox razılıqla çap edərik, bu şərtilə özünüz Tiflisə təşrif gətirib yazdığınız məqaləni oxuyasınız.
Göyçayda cənab M.K. ağaya: Üzərlik yandırınız, dua yazdırınız, tas qurdurunuz, hər nə eləyirsiniz eləyiniz, amma heç bir çarə eləməsəniz, dəxi də məsləhətdir.
Qarabağda Hüseyn Kərbəlayı L. oğluna:
Yazıb soruşursan ki, nə səbəbə məcmuəmizin tarixini və neçə gündə bir çıxacağını yazmamışıq.
Gərək belə olaymış: Olacağa çarə yoxdur. Bir az səbr lazımdır: hamısını axırda bilərsən. Dəxi niyə ürəyini sıxırsan?
Birinci nüsxəmizdə etdiyimiz suallara cavab:
Vladiqafqaz şəhərində bir şəxsdən ki, adı yadımdan çıxıb.
Mollaları və övrətləri rədd eləməyin çarəsi o evin qapısında bir nəfər Xorasan ya Təbriz dilənçisi əyləşdirməkdir.
Tənbəllik və qeyrətsizlik İran məmləkətindədir. Haman şəhərdədir ki, orada şeyxi və üsuli bəhsi həmişə var, yəni Kirman şəhərində.
“Molla Nəsrəddin”, 21 aprel 1906, №3
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-poct-qutusu-2
Use ← → keys to move, R for a random poem
More by this author
Bu axır vaxtlarda “Əncüməni-Xeyriyyə” söhbəti hər yanda danışılmaqdadır ki, guya başbiletlərdən mədrəsə mənfəətinə alınan pulların hesab-kitabı filan, filan, filan.Bunu qabaqca ərz etmək lazım gəlir ki, Əncüməni-Xeyriyyə deməkdə bu özü əslindən xeyirli bir işdir. Çünki Allah-taala özü müqəddəs kitabında buyurubdur: Hər kəs bu dünyada bir xeyir iş tutsa, axirətdə onun qabağına xeyir çıxacaq. Amma şər iş tutsa, axirətdə də onun qabağına şər iş çıxacaqdır.
Tulanbar eşşəyi, məxmər palanKəblə Nəsir kişinin bir az ağlı başından çıxıb, ona görə də hər kəsi görüb deyir ki; tulanbar eşşəyi, məxmər palan. Xalq da gülür, deyir ki: a kişi, bu sözün mətləbə nə dəxli var.Doğrudan da ki, dəli kəblə Nəsir, dünən görürəm bir nəfər arvadı tutub deyir ki, sən bura nə üçün gəlmisən? Arvad deyir ki, gəlmişəm qardaşımı evləndirmək üçün qız bəyənim. Deyir: qardaşın nə iş görür? Deyir ki, dəniz kənarında ticarəti vardır. Deyir: Yaşı neçədir? Deyir: 60-dan bir az yuxarıdır.
MüsəllaNecə ki, bu il Azərbaycanın hər bir guşəsindən quraqlıq xəbəri gəlirdi, Cavanşirdə də bu il yağış olmadı. Və taxılların çox hissəsi və ot-ələf habelə susuzluqdan yanıb tərk oldu.Və heç bir yandan bir çarə gözləmək mümkün olmadı, Allahdan başqa. Çünki bunlar hamısı xaliqa-ləm-yəzəlin öz ixtiyarındadır: istər yağışı yağdırar, istər yağdırmaz. Əgər durub soruşsan ki, niyə bu qədər öz yaratdığın aciz bəndələrin çörəyini məhv-nabud edirsən və ac qoyursan və əgər soruşsan ki, göylərdə saxladığın yağış anbarlarının müftəcə suyundan niyə yer üzünə çalamırsan ki, onlar da sirab olsun, heyvanat da sirab olsun və əgər sən bu taxılları bir neçə nəfər binamazın ya komsomolun, ya üzüaçıq dərsə gedən islam qızlarının acığınamı yandırırsan, elədə bəs min-minlərlə mömin və dindar qırmızı saqqal hacı və kərbəlayıların taxıllarının günahı nədir?
Peyğəmbərlik, ya ki kişmiş davasıMən qabaqlarda mollalardan çox şikayətçi və narazı idim; çünki görürdüm ki, bu fırıldaqçılar, doğrudan da, dünyada hər bir insan peşəsini tullayıb özlərini qoyublar adam aldatmağa ki, nə bilim cənnət belə gəldi və cəhənnəm belə getdi.Hətta, Allah şahiddir ki, mən həmişə öz qələmimlə hər yeri düşəndə və fürsət vaxtı gələndə mollaları pislərdim.
Poems by other poets · Satire
Mühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
Nə əcəbBu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –