Molla Nəsrəddinin qamusül-əlamından:

Ehtimal – Yəni birinin malına həmlə etmək. Həmin ləfz Gəncə, Quba, Qarabağ və Naxçıvan mahallarında çox işlənir. Xorasan və Məkkə yollarında dəxi mötaddır.

Ehsan – Gözəl adamların xörəyi, məsələn, qırqovul ya toyuq ilə bişmiş plov.

Ehzar – Xan ya qubernat qapısında məəttəl olmaq. İranda və Qafqaz müsəlmanlarının içində çox istemal olunur.

İxtira – Yəni xörlərin peşəsi. Müsəlman içində istemal olunmağı caiz deyil. Amerika və Germaniyada çox işlənən sözdür.

Əzlal – Xəlaiqi vəz və nəsihət ilə lal etmək. Bu sözü məhz vaizlər istemal edirlər.

Əramil – Dul övrətlərə meyil etmək və onları on beş dəqiqənin müddətinə mütə eləmək. Xorasanda və İran məmləkətlərində çox istemal olunur. Qafqazda dəxi az işlənmir.

İstibdad – Füqəranın və qürəbanın dadına yetişmək. İran, Rusiya və Osmanlı hökumətlərinin idarəsinin ovzaı.

İstehmam – Yəni isti hamama getmək- Naxçıvanda və Təbrizdə hər dəqiqə istemal olunur.

İstehya – Ölünü diriltmək. İslam aləmində keçən vaxtlarda çox işlənirdi, amma indi bərəks surətdə istemal olunur.

İstixdam – Damın içinə övrəti qatıb qapıya qıfıl vurmaq. Amma üç-dörd övrət sahibləri üçün çətinlik ilə tələffüz olunur.

İstirahət – İsti hamamda uzun yatıb rahat olmaq.

İstecal – Əcəlin tez yetişməyinə tələsmək. Qafqazın qərib fəhlələrinin arzusu.

“Molla Nəsrəddin”, 21 aprel 1906, №3

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ticarət xəbərləri

Keçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar.Dünyada hamı səhv eləyə bilər. Çox ehtimal ki, biz bu barədə həqiqətən çox kənarıq. Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər, bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər. Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər, qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayıranda bijlik eləyib mülk sahibinin adını şərtnamədən çıxarda bilməzdilər.

1 min
Pillə-pillə

Pillə pillədir.Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”.

1 min
Xanımlar

Serbiya məmləkətində səkkiz min xanım hökumətdən izn istəyiblər ki, Avstriya hökuməti ilə Serbiya hökuməti dava başlasa, xanımlar çıxsınlar meydana və kişilər ilə bərabər düşmənlə dava eləsinlər.Buna heç sözüm yoxdur; çünki hər bir kəsin ixtiyarı özündədir, insan faili-muxtardır, hər kəs nə xahiş eləsə, eləyə bilər, hər kəs nə danışsa, nə yazsa, yaza bilər, danışa bilər; amma sözüm burasındadır ki, bu xəbəri eşitcək mənim yadıma bir şey düşdü.

2 min
Haman söz

Elə haman sözdür ki, neçə dəfə yazmışıq. Yenə köhnə məsələdir…Kimdir Sultan Əbdülhəmid?

2 min

Poems by other poets · Satire