Bakıda “Dəmdəməki”yə

Ay Dəmdəməki, sən lap dəlisən: kişi, necə qorxmadın o sözləri mənə yazdın? Məgər sən canından əl çəkibsən? Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın?

Yəqin bil ki, bakılılar səni daş-qalaq edib mənim da məcmuəmə bilmərrə müştəri olmazdılar. Kişi, mən yaza billəm ki, Bakı qiraətxanalarında bayquşlar banlayır?! Mən yaza billəm ki, Bakı cəmiyyətixeyriyyəsinin fikrinə düşən yox, üzvləri çox kahil və iş görmək istəməyən?! Mən yaza billəm ki, Bakının küçələri dilənçilik edən müsəlman övrətləri və uşaqları ilə doludur?!

Ay Dəmdəməki, mən yaza billəm ki, aprelin doqquzunda iki məşhur müsəlman qlasnısı bir-birinə altıaçılan çəkib, olmayan sözləri bir-birinə dedilər?! Və mən buna inana bilərəm ki, ermənilər çox xoşnud oldular?

Ay Dəmdəməki, məcmuəmdə yaza billəm ki, səfər ayının iyirmi səkkizində qubalılarla bakılılar Bibi-Heybətdə elə şiddətli baş yardılar ki, bir neçə nəfərin başının qanı hələ yenə axır?!

Ay Dəmdəməki, sən dəlisən – nəsən?

Ay kişi, mən yaza billəm ki, dekabr ayında bakılılar qərib oğruları eşşəyə mindirib şəhəri gəzdirdilər, amma öz oğrularını tutduqda buraxırlar, çünki bu oğrular qlasnıların qohumudurlar?

Ay Dəmdəməki, bir fikir elə gör, mən bu sözlərə məcmuəmdə yer verə billəm ki, sən məndən xahiş edirsən? Bəlkə mən bu sözləri yazaydım, canını hara qoyacaq idin?

“Molla Nəsrəddin”, 21 aprel 1906, №3

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bambılılar

Bir neçə gün bundan qabaq Tiflisdə xəbər çıxdı ki, Ənvər paşanı, Tələt paşanı, yenə bilmirəm hansı paşanı öldürüblər, Soltan da özünü öldürüb, İstambulda böyük hərc-mərcdir və türklərin axır nəfəsidir və labüddürlər ki, ruslarla ayrıca barışıq eləsinlər.Lazımdır demək ki, Yevropa davası başlanandan buyana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əsilsiz və yalan olublar.

2 min
Azadiyi-vicdan

Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır.Azadiyi-vicdanın iki mənası var: biri budur ki, mənim aləmimdə mən gizlicə hiss elədiyim şeyləri nə cür ki, öz ağlım kəsir və insafım qəbul edir, o cür də qanıram və ona görə də əməl eləyirəm. Mən, məsələn, yaxşını yamandan öz qanacağıma görə seçirəm; onu bir özgəsindən soruşmuram. Mən görürəm ki, şüşə qabı əlimdən yerə salsam, sınacaq; dəxi salmağı rəva görmürəm. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur.

2 min
Avampəsənd nitqlər

Əgər durasan hər nə ki qəlbində var, onu açıq-açığına söyləyəsən, onda avam ülkəcək, ülkəndə də səndən qaçacaq. Amma avamı da indiki zamanda qaçırtmaq olmaz, çünki indi seçki zəmanəsidir, sənə səs verən olmaz, səni seçən olmaz.Bu səbəbdəndir ki, mən avam içində nitq söyləyəndə bir şeyi nəzərdə tuturam: bunu nəzərdə tuturam ki, avam ülkməsin.

2 min
Qondarma bəylər

Bir balaca müqəddəməQa-aqca hələ onu ərz edim ki, hər bir şeyin qondarması bir qəpiyə dəyməz.

2 min

Poems by other poets · Satire