Mən ölüm, gəl bizə bir dəfə qonaq, Kirpi dayı!Almışıq bir təzə, əntiqə otaq, Kirpi dayı!

Şəxsi evlərdən axırda canımız qurtardı,Kiryə üstündə böyük mərəkələrmiz vardı,Xozeyindən də yaman arvadı bədrəftardı,Toxuyurdu bizə hər gün badalaq, Kirpi dayı!Mən ölüm, gəl bizə bir dəfə qonaq, Kirpi dayı!

Biz yeni ev alanı düz iki aydan çoxdur,İndi mənzil cəhətindən gözümüz lap toxdur.Amma, əfsus... burada eylə rahatlıq yoxdur.Düzü heç gözləməyirdik bu sayaq, Kirpi dayı!Mən ölüm, gəl bizə bir dəfə qonaq, Kirpi dayı!

Otağın iç qatı dönmüş bir uçulmuş hasara,Dam-baca damcılayır, nəm yeriyir daş-divara,Yerə baxsan – iki barmaq açıb hər taxta ara,Qapılar, pəncərələr üzdən iraq, Kirpi dayı!Mən ölüm, gəl bizə bir dəfə qonaq, Kirpi dayı!

Sudan ötrü gəzirik evləri yüz metrə ilə,Sanki dərman içirik damcı ilə, qətrə ilə,Qonşulardan alırıq çox kərə borc litrə ilə,Sən də gəlsən bizə, qəlbin yanacaq, Kirpi dayı!Mən ölüm, gəl bizə bir dəfə qonaq, Kirpi dayı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire