Xanımlar
Serbiya məmləkətində səkkiz min xanım hökumətdən izn istəyiblər ki, Avstriya hökuməti ilə Serbiya hökuməti dava başlasa, xanımlar çıxsınlar meydana və kişilər ilə bərabər düşmənlə dava eləsinlər.
Buna heç sözüm yoxdur; çünki hər bir kəsin ixtiyarı özündədir, insan faili-muxtardır, hər kəs nə xahiş eləsə, eləyə bilər, hər kəs nə danışsa, nə yazsa, yaza bilər, danışa bilər; amma sözüm burasındadır ki, bu xəbəri eşitcək mənim yadıma bir şey düşdü.
Bir neçə həftə bundan irəli axundlarımızdan birisi xəbər vermişdi ki, cəmi xristian xanımları bihəyadırlar, çünki üzüaçıq gəzirlər.
Axund cənablarının sözünü oxuyanda, doğrusu, mən bir az istədim bu sözlərə inanmayam; ondan ötrü ki, ömrümdə nə qədər xristian xanımları görmüşəm, nə qədər bunların barəsində az-çox kitablar oxumuşam, nə qədər Avropa tarixinə az-çox bələd olmuşam, mənim heç bir vaxt xəyalıma gəlməyib ki, xristian xanımlarının hamısı bihəya olalar.
Axund cənablarının sözünə bir də o səbəbə şəkk gətirdim ki, strajnik arvadlarından savayı axund cənabları dəxi özgə xristian arvadı görməyib. Və hələ görmədiyi qalsın kənarda, heç bilmir ki, xristian arvadları dünyanın hansı tərəfində yaşayırlar. Mən mərc gələrəm ki, indi gedək axund cənablarından təvəqqə eləyək ki, xristian arvadlarının hansı səmtdə olmalarını əli ilə göstərsin. Söz yox, axund əlini bir tərəfə uzadacaq; amma bir yaxşı mülahizə eləsək, baxıb görərik ki, o göstərdiyi tərəf ya Danabaş kəndidir, yainki Yaponiya ilə Sibirin arasıdır.
Sözüm orada deyil; sözüm oradadır ki, doğrudan bir hünərdir ki, adam bir şeyi bilməyə-bilməyə və eşitməyə-eşitməyə o şeydən xəbər verə, bu özü də bir cür elmdir; hələ nəinki elmdir, bəlkə Allah vergisidir.
Çox qəribə.
Bu axır vaxtlarda xristian xanımlarını bizim qəzetlərdə “fahişə” adı ilə adlandıran çox olur. Amma biz diqqət eləsək, görəcəyik ki, belə sözü danışanlar və yazanlar həmişə o kəslər olublar ki, Avropa məişətindən və Avropa mədəniyyətindən əsla bixəbərdirlər.
Bu özü də Allah vergisidir.
Bu özü də bir hünərdir.
Çünki insan öz bildiyi şeylərdən həmişə danışa bilər; amma hünər budur ki, elə mətləbdən danışasan ki, heç onu yuxunda da görməmisən.
Bu özü çox böyük hünərdir.
Hələ bəlkə Allah vergisidir.
Lağlağı
“Molla Nəsrəddin”, 29 mart 1909, №13
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-xanimlar-2
Use ← → keys to move, R for a random poem
More by this author
Birisinin gözü düşür bir ata, amma qorxur gedib sahibindən istəsin, deyir, bəlkə satmaq istəmədi, ya baha dedi.Burada bir dəllal lazımdı. At dəllalı da hər şəhərdə və hər kənddə tapılar.
SürməBir neçə vaxtdan bəri idarəmizə gələn kağızların çoxunda bizdən soruşurlar ki, “müsəlmanların axırı nə olacaq?”. “İrşad” qəzeti də 79-cu nömrəsində bir belə şey yazmışdı.Doğrudan da, Türkiyədə Sultan Həmid kimi bir bədbəxti, İranda Mədəli şahın vücudunu, Əfqanıstanı, Fası, Bakını, Danabaş kəndini görən üçün belə sualı vermək təəccüb deyil, çünki hər bir yana hər bir tərəfdən baxanda görükür ki, işlər bir az şuluqdu.
OraqBəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş.Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər.
Heyz“Çe qəm divari-ümmətra” ki, məsələn, görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Deyirsən, bəlkə Tehrandan təzə gələn qəzetdir, ya bir özgə təzə xəbərdir, ya görəsən, əlbət, bir qəribə əhvalatdır.Oxucularımızdan üzr istəyirəm: mən boynuma alıram ki, indi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır, politika aləmi dəyib bir-birinə; Rusiya Dumasında Şah Səlim oyunu oynayırlar. Kitayda yapon malını baykot eləyib, yapon karxanalarını işsiz qoyublar, ingilis və rus padşahları görüşüb çox sözlər danışdılar. Tehranda məclisi topa tutublar, Firəngistan rəisi Rusiyaya səfərə çıxır, Makedoniyanı Osmanlıdan almaq istəyirlər… Nə bilim dəxi nələr, dəxi də nə var, dəxi də nələr var…
Poems by other poets · Satire
Şad ol, könül ki, fəsl yenə novbahardır;Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Gözləyən kimsə gözüm, həqqi deməz ay sənəGözləyən kimsə, gözüm, həqqi deməz ay sənə,Neçidir ay vəcahətdə ola tay sənə!
Körpə nişanlıQundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.