Bilməm nə görübdür bizim oğlan oxumaqdan.

Sabir

Sabir deyirdi: “Bilməm nə görübdür bizim oğlan oxumaqdan, dəng oldu qulağım!”.

Mən də deyirəm: Bilməm nə görübdür bizim hökumət oxutmaqda? Bu nədir? – Türk mamalarının buraxılışı. Bu nədir? – Türk farmasevtəczaçılarının buraxılışı.

İndi də türklərdən diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər.

Mən də ora getmişdim: qəribə-qəribə makinalar, dəzgahlar, yuxuda da görmədiyimiz diş tibbi mayəhtacı...

Xülasə... bu qədər uzun danışmaqdan məqsəd tək bir məsələni indidən ortalığa qoyub onu həll etməkdir, yoxsa, bu qədər təlimxanalar – öz qaydasınca və bunlardan axırda ələ gələn nəticə də – bu da öz qaydasınca. Vallah, sən bu qədər zəhmət ki, çəkirsən və bu qədər həqqü səy ki qoyursan, axırda bir də baxıb görərsən ki, bunlar hamısı hədər imiş.

Bu qədər mamalar ki, hər il təhsil tamam edib diplomlarını qoyurlar ciblərinə – bunlar nə qayırırlar? Yəni müxtəsər: bunlar öyrəndikləri mamalıq elmini harada işlədirlər? Şəhərdə ya kənddə? Rəsmi mənbədən bizə çatan məlumata təkyə etsək, görərik ki, keçən il təhsili qurtaran on səkkiz nəfər türk mamalarının bir çoxu kəndlərə dağılıbdır.

Allah eləsin ki, bu xəbər doğru olsun; çünki keçən il danışılırdı ki, türk mamalarımız kəndlərə getməkdən qaçırlar.

Bu il də on səkkiz nəfər türk maması təhsillərini itmama yetiriblər.

Biz güman edirik ki, təzə ərsəyə gəlmiş mamalarımız, diş həkimlərimiz, göz həkimlərimiz, feldşer və əczaçılarımız bunu bilməlidirlər ki, onların təhsili yolunda Şura hökuməti tərəfindən qoyulan həqqü səydən məqsəd o deyil ki, cavan həkimlərimiz və mamalarımız böyük şəhərlərdə qalıb ağa və xanımların müalicəsinə məşğul olsunlar; bəlkə birinci məqsəd budur ki, onların hamısı kəndlərə dağılıb, min illərlə çarların, şah və soltanların, xanımların və fazillərin gözlərinin qabağında cəhalət və zülmətdə çürüməkdə olan binəva kənd əhalisinin dadına çatsınlar və onların hədsiz dərdinə müalicə etsinlər.

Və əgər belə olmasa, bu yolda çəkilən zəhmətlər hədər yerə gedəcəkdir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 5 fevral 1927, №6

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Molla Nəsrəddinin hesab məsələləri

Mübtədilərdən ötrüNömrə 10. – Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu təbiri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci…

1 min
Əbdürrəhim əfəndi

Alicah Əbdürrəhim əfəndinin hünəri barəsində “Bürhanitərəqqi”, “Həyat” və “İrşad”da yazılan məqaləni oxuduq. Və lakin həmin əhvalat “Noqarelli” adlı gürcü qəzetində bir özgə məzmunda yazılıb. Məzkur qəzetə 141-ci nömrəsində yazır: “Zəmani ki, hələ rus padşahı Yaponiya ilə davanı təzə başlamışdı, Şamaxı məhkəməsinin üzvü Hacı Əbdürrəhim əfəndi öz tərəfindən ərəb dilində şeirlə bir mədhnamə inşa edib, imperator Nikolay və imperatrisa adına Peterburqa göndərmişdi. Çox çəkmədi ki, bunun əvəzində padşah tərəfindən cənab qazıya bir ədəd qızıl saat, üstündə padşahın və əyalının surəti nəsb olunmuş, – göndərildi. Cənab əfəndi isə o hədiyyəni yadbud edib, o vaxtdan bəri hər işin tərk eləyib, yenə cənab imperatordan bir başqa hədiyyəyə nail olmaqdan ötrü bu neçə vaxtlarda tamah dəndanın gecə və gündüz tiz etməyə məşğul olub, tədbirlər və politikalar tökürlər idi ki, aya yenə nə iş qayırım ki, padşahi-alindən dəxi də artıcaq bir başqa padarkaya layiq olam. Odur ki, neçə həftə bundan əqdəm cənab əfəndi 40 ədəd peçenyə manənd çörək bişirdib, hər bir çörəyin üstündə bir cür tilsimmanənd dualar yazıb və bir neçə kəlmədən ibarət olan quran ayələrindən bir parça kağıza yazıb, rusca və müsəlmanca tərcümə də həm eləyib, poçt ilə imperatorun hüzuruna irsal edib və bu mənada bir kağız yazıb göndərib: “Uca olan və yenə ucadan da, ucadan da, ucadan da uca olan imperatori-əzəm sələməllahü təaliyə poçt ilə bir pasılkeyi-həqir, – ki [ibarət] ola qırx ədəd xırda ayə ilə yazılmış çörəklərdən və yenə bir parça kağızda tilsim, – göndərdim uca olan cənabınızın xidmətinə. Həmin bu çörəkdən qırx gün hər sübh bir ədəd yeyərsiniz və bu parça kağızda olan duanı hər sübh qırx dəfə vird və təkrar oxuyarsınız, inşallah dəxi o vaxtda duma tərəfi məğlub olar və əsla duma tərtib etməyə meyil etməzlər və dumanın tifaqı bərhəm olar və özünüz (köhnə səyaq ilə) qaimməqam olarsınız, inşallah”. Və bu barədə imperatori-əzəm tərəfindən hacı Əbdürrəhim əfəndiyə bir rizaməndlik teleqramı gəldi və teleqram da polisə vasitəsilə gəlmişdir”.Molla Nəsrəddin öz tərəfindən:

3 min
Axund ilə keşişin vəzi

İrəvan quberniyasında bir kənd var; adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.Bir gün atla həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm. Həyətin birində bir erməni arvadı toyuqcücəyə dən səpirdi; bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu. Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə-bu tərəfinə qaçırdı və pişik mavıldaya-mavıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

4 min
İran konsulları

Yetişsə daşlara fəryadi-dadim, daşlar ağlarlar,*Bəni-növi-bəşər, sən bəs neçün fəryadə yetmirsən?*

3 min

Poems by other poets · Satire