Məktəblər
Biz bunu inkar edə bilmənik ki, bir məmləkətdə məktəblərin çox olmağı az olmağından yaxşıdır; ancaq necə ki, hər işdə bir həd və sərhəd lazımdır, burada da bir sərhəd qoymaq icab edər. Yoxsa sən əgər başlayasan bir ucdan hey məktəbdir açasan və dalını-qabağını yoxlamayasan, onda şiş də yanacaq, kabab da yanacaq.
Məsələn, götürək Bakı məktəblərinin indiki halını: indi baxıb görürük ki, Bakıda az bir məktəb var ki, darısqallıqdan yana şikayət eləməsin. Amma on beş il bundan qabaqda da mənim Bakıya yolum düşmüşdü; o vaxt belə giley-güzar eşitməmişdim. İndi bu nədəndir? Bu ondandır ki, biz istəyirik hələ hər məhəllədə bir məktəb açaq.
Eybi yoxdur, açaq, demirəm açmayaq. Açanda da deyirik ki, bu məktəbin dalanı gərək belə olsun, həyəti belə olsun, uşaqların dərs arasında tənəffüs, yəni nəfəs alıb oynamağa geniş meydanı olsun, müəllimlərin vüsətli odası olsun, filan və filan.
Daha bu olmadı.
İki şeydən biri gərək olsun: ya gərək məktəb açmaq və məktəbin sayını çoxaltmaq tamahını azaldasan, ya da gərək sənin məktəbindən qohum-qonşu bir zərrə qədər narahat olmasın.
Məsələn, sən deyirsən ki, Füzuli küçəsində doqquzuncu şura məktəbinin həyəti yoxdur ki, şagirdlər dərsdən çıxanda orada oynaya bilsinlər və nəinki həyəti yoxdur, hələ bəlkə bir həyətdə yaşayan kirayəkeşlərin qorxusundan şagirdlər tənəffüs vaxtı oynaşmağa cürət eləyə bilmirlər və haman kirayəkeşlər adambaşı altmış kvadrat mənzil işğal edə-edə məktəbin siniflərində şagirdlər bir-birinin qarnına az qalır girsin; onun üçün də müdirin və müəllimlərin vaxtının yarısı kirayəkeşlərlə deyişməyə sərf olunur.
Şamaxı küçəsində 29-cu məktəb də bu tərəfdən giley-güzarı başlayıbdır. Rəhmətliyin oğlu bu darışlıq bir zəmanədə başlayıb ki, nə bilim qabaqlarda mağıl məktəbin geniş həyəti var idi ki, şagirdlər və müəllimlər orada nəfəs alıb dincəlirdilər, indi bələdiyyə idarəsi oranı karvansara üçün icarəyə verib; peyinin üfunətindən şagirdlərin və müəllimlərin başı çatlayır.
Allah məktəb həyətini karvansara həyətinə mübəddəl edən bələdiyyə idarəsinə də Kərbəla qismət eləsin və haman Allah Georgevski küçədə onuncu məktəbi dustaqxananın rubərusunda bina edən və şagirdləri dustaqlarla dərs vaxtı pəncərələrdən və həyətdən bir-biri ilə işarələşməyə məcbur qılan rəhmətliklərə də min rəhmət eləsin.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 22 dekabr 1927, №51
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mektebler
Use ← → keys to move, R for a random poem
More by this author
İranlıların pasport get-gəli məsələsi “Bakı fəhləsi” qəzetinin ancaq dördüncü səhifəsində yazılıbdır. Amma biz bu məsələni bir azca qabağa gətirsək, heç eyib eləməz.Səbəb budur ki, məsələ o qədər də əhəmiyyətsiz deyil.
Ölüm axtaranQoca müəllim Manafzadə Əlağanın üç yaş yarım bir oğlu var. Uşağın anası ölüb və uşaq sahibsiz qalmışdır. İşdən düşmüş müəllim əfəndinin uşağına daha canıyanan bir kəs yoxdur.Onun üçün də fevral ayında Manafzadə Bakı maarif şöbəsinə pənah aparır ki, bəlkə çocuğunu uşaq evlərinin birinə qəbul edələr.
ZəlzələMirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur.“Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir.
Başbilet tapmacasıBax! Belə başlayaq:İranlılara verilən başbiletlər beş qismdir:
Poems by other poets · Satire
Bir müdirin ki, keçməyə qolunaQolu bulvarda bir gözəl sənəmin,
Qurban bayramıBir də görsəydim səni röyadə, qurban bayramı,Həsrətim qalmazdı bu dünyadə, qurban bayramı!
Sahib-zühurEvini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdınki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
İradəmizə yazılan əşar nümunələriMühərrlrlərimiz**Şeyx Hüseynİn görse Mirxaniyan “Bəyanül-həqqi”ni,