Mikroblar
Elə həmin sözlərdir ki, eşidirik.
Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə həmin sözlərdir ki, ha eşidirik; məsələn, hər bir rastımıza gələn qəzeti açıb oxuyaq:
“Qərinələrlə məst olub cəhalətə uyuduq, nə gördük, nə qazandıq? Hansı günümüzü xoş keçirdik? Hansı nicat yolunu açdıq ki, bizdən sonra gələnlər də bizim günümüzə düşməsin? Xaricilər desələr “biz elm oxuyub sənət öyrəndik, insaniyyət hüququnu anlayıb bir-birimizə rəhm etdik, adam öldürməkdən qaçıb yetimə və fəqir-füqəraya kömək etdik və övladımızı oxudub bizdən sonra gələnlər üçün ruzi yolu göstərdik, siz nə elədiniz?” – biz hansı xoş əməllərimizlə onlara cavab verək?” və ilax.
Elə haman sözlərdir ki, rus-yapon davasından indiyədək eşidirik… Elə həmin sözlərdir.
İndi müsəlman qardaş da bu cür sözləri eşidəndə, dinməz söyləməz qəzeti bükür qoyur kənara və “eh!” deyib durur gedir işinə. Və çox əcəb eləyir; ondan ötrü ki, bunların hamısına bizim məhəllədə deyərlər “boş-boş danışmaq”.
Bir naxoşun üstə həkim gətirəndə həkim əvvəl yapışır naxoşun nəbzindən, sonra qulağını qoyur döşünə və deyir ki, “sənin azarın, məsələn, qızdırmadır, yainki, boğaz ağrısıdır”. Əgər həkim bircə bu sözləri deyəndən sonra, durub qoyub getsə və azarlıya bir müalicə yolu göstərməsə, biz həkimə çert qəpik də vermərik; amma həkim azarlının azarını biləndən sonra, qızdırmaya xinə verir, boğazı ağrıyanın boğazına “yod” sürtür, xolera tutana “butin” davası verir, yaralının yarasına “yodoform” sürtür. Bu davaların cümləsi bir növ zəhərdir ki, azarlının bədəninə daxil olanda naxoşluğun mikroblarını, yəni naxoşluğa səbəb olan həşəratı puça çıxardır ki, axırda azarlı şəfa tapır.
Bizim bəzi boşboğaz yazıçılarımız da oxşayırlar həmin təbiblərə ki, azarlının nəbzinə baxandan sonra, “xudahafiz” deyib börklərini axtarırlar.
Qərinələrlə millətimizin şirin canına milyonlarca ac mikroblar daraşıb qanını sormaqdadır və məhz bu həşəratdır milləti xəstə edən, məhz bu mikroblardır onu bədnam edən!
“Nicat, nicat” deməklə nicat yolu öz-özünə tapılmaz! “Məktəb, məktəb” deməklə məktəb öz-özünə açılmaz və açılsa da, “Cameyi-Abbas” kitabından savayı orada bir özgə dərs verilməz.
Müftə-müftə “nicat”, “məktəb” deməklə “Fatıya tuman olmaz!” Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə gözyaşı tökməklə azarlı şəfa tapar, nə dua yazmaqla!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 2 mart 1908, №9
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-mikroblar
Use ← → keys to move, R for a random poem
More by this author
Torpaq komissarı Şuşaya gedib və bütün su sahibləri onun qayıtmağını gözləyirlər. Mən ona təcili teleqram göndərib, cavabını gözləyirəm. Odur ki, kəhrizlər və torpaqlar məsələsi həll olunana qədər burada qalacağam. Bizim Ələkbər də Əfəndiyevlə birgə gəlib və dünən o mənə Əfəndiyevin gəlməyi barədə kiçik bir kağız göndərib. Amma bu kağızı mənə Ağdamda verdilər. Ələkbər Bakıda yaşayırdı. Hamımız sağ-salamatıq. Uşaqların sifarişlərinin hamısını alacağam. Çox güman sabah gəlim. Qalan şeyləri sənə Cəmil danışar.Cəlil
Həmidə! (2 fevral)Bakı*Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.
Həmidə! (Bakı, 17 sentyabr)Padaqranın müalicəsi haqqında məktubunu aldığım zaman bilmədim sənə necə cavab verim. Bakıda gətirilmə palçıq var, amma onun barəsində rəylər yaxşı deyil. Müalicəni gərəkdir əməlli-başlı eləmək. Buna isə həm pul, həm də başqa şeylər lazımdır. Ona görə də mən belə hesab eləyirəm ki, hələlik gözləyib dözə bilirsənsə, gərək gözləyəsən. Mən sənə kömək eləyə bilərdim, amma, əvvəldən, yayda var-yox pulumu xərcləmişəm, ikincisi, indi [məktəblərdə] məşğələlər başlandığına görə xərc-xiracatım xeyli artmışdır, maddi vəziyyətim ağırlaşdığı üçün hətta qəpikləri də saymaq və çox ehtiyatla tərpənmək lazım gəlir.Sənə Şuşada söz vermişdim ki, müalicədə sənə kömək eləyəcəyəm və hətta Tiflisə də gedəcəyəm. Mən vədimə əməl eləməyə hazıram, amma yuxarıda izah elədiyim səbəbə görə indi yox, çünki belə bir səfərə başlamaq üçün müəyyən miqdarda məbləğ gərəkdir. Bir də indi heç cür yola düşə bilmərəm, çünki indi Bakıda jurnalla və başqa məsələlərlə bağlı çoxlu işim var.
Münəvvər! (20 iyun)Şüşə qabdakı pambığı ehtiyatla çıxart ki, içində dərman var.Qlazomer tapılmadı, həqiqi ayna yoxdur, şüşə və çinidən var ki, onları da doktor Mehmandarov məsləhət görmədi sənə göndərim. Axtaracağam, tapan kimi göndərərəm. Sizdən bircə dənə də kağız almamışam, nigaranam, bilmirəm Həmidə xanımın və uşaqların kefi necədir. Adamların [həbsdən] azad olmaları barədə əlləşirəm.
Poems by other poets · Satire
Hacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.
QızımaFikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*