Müsəlmanlar silahlanır
Möhtərəm oxucularımıza məlumdur ki, bu axır vaxtlar bizim əziz və mehriban erməni qonşularımız dünya və aləmə çığır-bağır salıblar ki, ay aman, qoymayın müsəlmanlar silahlanırlar ki, bu gün, sabah osmanlılar Qafqaza hücum edəndə bunlar da onlara qarışıb birdən tökülsünlər və xaçpərəstləri qırıb qurtarsınlar.
Bu söhbətlərin nəticəsi o oldu ki, Qarsda, Tiflisdə və bir para qeyri yerlərdə soldatlar, doğrudan da, müsəlmanlardan bədgüman olub başladılar fəqir-füqəraya əziyyət eləməyə.
Mən, yəni Molla Nəsrəddin, bu əhvalatı eşidəndə bildim bu söhbətlər nahaq və əsilsizdir. Mən bilirdim ki, Qafqaz müsəlmanları xaçpərəstlərin üstünə tökülüb qırmaq fikrindən çox uzaqdılar, amma genə də istədim işin əsil və həqiqətinə yetişəm və bu xəyal ilə Tiflisdən çıxıb əvvəl Batum, sora İrəvan və sora da Gəncə ilə Bakıya tərəf səfər elədim.
O şeyi ki, mən gördüm, onu burada istəyirəm yazam möhtərəm oxucularım da bilsinlər.
Əvvəl budur ki, çox yerdə müsəlmanlar həqiqətdə silahlanırlar. Və ermənilərin fərmayişi həqqdır. Mən özüm şükür Allaha ki, erməni deyiləm və iqrar eləyirəm ki, doğrudan da müsəlmanlar silahlanırlar və bu barədə erməniləri heç qınamaq olmaz, kişilər həqlidirlər, doğrudan da müsəlmanlar silahlanırlar.
Və digər tərəfdən də bunu da gərək nəzərə alaq ki, heç müsəlmanları da məzəmmət eləmək olmaz, çünki kişilərə silahlanmaq doğrudan vacibdir, beş vaxt namazdan da vacibdir. Vacibliyi də buradadır ki, silah özü bir lazımlı şeydir, kitabdan, qələmdən də vacibdir. Çünki düşmən qabağına silahsız çıxmaq olmaz.
Düşmən də ki, dünyanı götürüb, əvvəl sən bir bunu nəzərə al ki, müsəlman qardaşın sağı və solu düşməndir, qonşusu, əqrəbası və hətta qardaşı düşməndir. Köhnə hökumətə Allah lənət eləsin, qoymurdu insan azad yaşasın, düşmənindən intiqam alsın, bircə kifayət idi ki, birisinin burnunu qanadasan ya birisinin qarnına yavaşca qəmədən, ya heç olmasa qarasaplı bıçaqdan-zaddan soxasan, o saat gəlib töküb ciblərini soyurdular, həmi var-yoxunu əlindən alırdılar, həmi də genə axırda ya boğazından asırdılar, ya da ki, dama qatırdılar. Amma indi şükür Allaha təzə hökumətin komissarlarının başı qarışıb özlərini itiriblər indi fürsət vaxtıdır, nə eləməlisən elə.
Yoxsa o qədər müsəlman qardaşın düşməni var, vallah nə erməniyə növbət çatır ki, gedib öldürsün, nə xaçpərəsti öldürməyə macalı ola bilər.
Düşmən onsuz da çoxdur. Müsəlman qardaşın tək bircə qeyrət üstündə hədsiz düşməni var, qeyrətdən keçəndə su üstündə yay fəsli hər bir müsəlman qardaş yeddi-səkkiz adam yaralar. Sudan keçəndə ziyanlıq üstə, ziyanlıq keçəndən sora “niyə sənin toyuğun mənim həyətimə keçdi” üstə gündə hər məhlədə bir qan axır.
İrəvan mahalının “Qarğalı” kəndində bu il hirriyyət zamanı on yeddi müsəlman on yeddi müsəlman qardaşı vurub öldürüb. Gəncə quberniyasında Cavanşir mahalında bu il azadlıq veriləndən bu yana müsəlman kəndlərində iki min dörd yüz müsəlman yaralanıb, Bakı tərəfində qeyrət üstə hürriyyət günləri hədsiz qan axıb. Və sair müsəlman ölkələrində o qədər ki, dava mərəkə zühur edib, heç yer qeyri yerlərdə tarixdə yada düşən deyil. İndi bir buyur görüm biçarə müsəlman qardaş nə eləsin. İnsanın əvvəl qabaqca düşməni olmasa söz yox ki, qulağı dinc olar, amma sən bunu de ki, qeyrətli cavan düşmənsiz ki, dolana bilməz və bir də gör qeyrət necə aşır-daşır ki, bu düşmənlərin çoxusu mənim əmim və dayım oğlanlarıdır və hələ bəlkə doğma qardaşlarımdır.
Bilmirəm sən nə deyəcəksən – vəhşi deyəcəksən, bitərbiyə deyəcəksən, qudurğan deyəcəksən, namərd deyəcəksən, murdar deyəcəksən.
Hər nə deyirsən de – amma yola çıxanda tamaşadı: qabağını kəsib yapışaram xirtdəyindən – cibindəki beş-on şahını alaram, hələ bəlkə boğazını da kəsərəm.
Nədən bakim var-adım müsəlmandır.
Bəli, sözümüz orasındadır ki, erməniləri qınamaq olmaz: doğrudan da, müsəlmanlar silahlanırlar, səbəb də budur ki, əgər ermənilərin dayı oğlu əmi oğullarından və qonum-qonşularından o qədər düşmənləri olsa idi, nə qədər müsəlmanların vardır – o vədə ermənilər də münəzzəm qoşun sahibi olmaq fikrini tullayıb şeytanbazarların qaranlıq künclərində qorədə, pişto-mişto almağa məşğul olardılar ki, çöllərə düşüb kol dalından qonum qonşularından xəlvətcə intiqam alsınlar.
Mən ki, erməni qardaşları qınamıram, Allah şahiddir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 iyun 1917, №13
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-muselmanlar-silahlanir
Use ← → keys to move, R for a random poem
More by this author
Biz aşağıda qol çəkən mülk sahibləri eşitmişdik bələdiyyə qərardadına binaən, yıxılan divarları təmir edən vaxt lazımdır üç çərək dalı çəkilmək.Biz bunu belə başa düşdük ki, divarı küçəyə tərəf lazımdır üç çərək dalı çəkmək. Amma indi başlayıblar müqəssir tutmağa ki, biz güçələri genəltmək əvəzinə daha da daraltdıq.
TüstüYer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.
Əfradi-salehHər kəsdən soruşuram ki, “axır, bizim ədliyyəmiz nə səbəbə münhəll oldu?”, mənə cavab verir ki, “təzə ədliyyə əfradi-salehdən təşkil tapacaq”. “Bəs, belə məlum olur ki, təzə əfraddan təşkil tapaçaq?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, belə məlum olur ki, köhnə əfrad əfradi-saleh cümləsindən deyilmişlər?” Deyir: “Bəli”. “Çox əcəb, indi başlayaq başdan: məsələn, götürək təzə vəzarəti-ədliyyə əzasını. Bunlar ki, təzə deyil, köhnədirlər, azından dörd vəziri-ədliyyə görüblər. Əgər məqsəd köhnələri götürüb, təzələri meydana gətirməkdir, elədə, bəs, bu nə işdir?”. Deyir: “Bilmirəm”.Deyirəm: “Xub, gələk Təbrizə: ağayani-flan ki, təzə deyillər, köhnədirlər?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, Təbriz ədliyyəsini ki, haman köhnə ağaların vasitəsilə təşkil etmək fikrindədirlər”. Deyir: “Bəli”. Deyirəm: “Xub, söz yox ki, ağayani-flan əfradi-salehdəndirlər”. Deyir: “Bəli, bəli, əlbəttə, xub”.
Ax, Nikolay!Mən buna çox təəccüb eləyirəm ki, iranlıların bəzisi Nikolayı pisləyirlər ki, guya Nikolay müstəbid bir padşah imiş. Bu giley-güzarı azad millətlər eləməyə haqları var: əlbəttə, Nikolay azadlığın düşməni idi. Amma bir bunu lazımdır demək ki, aya hər sözü insafnan danışmaq lazımdır, ya başı çuvaldan. Əgər insafnan duraq danışmağa, vallah-billah, biz iranlıların Nikolayı pisləməyə heç haqqımız yoxdur; çünki adam adama deyər: “Öz alnında tiri görmürsən, xalqın alnında qılı görürsən!”.Ax, Nikolay! And olsun Allaha, mən Nikolayı qəlbimin dərin yerindən arzu edirəm.
Poems by other poets · Satire
Çək xəncərini, baş-qulağın qan eyləyib yar,Vəhşiyyətini aləmə elan eyləyib yar,
Nəyə lazımMənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
«Şərq qadını» məcmuəsinin bir illik bayramınaSən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.
Əşar (“Kəlniyət”, ağrın bu qoca naqqala”)“Kəlniyət”, ağrın bu qoca naqqala,Bircə sözüm var, onu yaz jurnala,