Müxbirlər
İndi bu saat kənd müxbirlərinin qəzet və jurnallara yazdıqları rəvayətlər qədim əsrdə Əbuhərirənin rəvayətlərini yada salır.
Əbuhərirə deyəndə də islamın birinci əsri, o gözəl əsri yada düşür, haman əsri ki, gözəl islam dini az qalmışdı ki, tamam yer üzünü tutsun.
Əbuhərirə kimi nainsaflar başladılar rəsuli-xudanın dilindən yalan hədislər rəvayət etməyə; belə ki, bir tərəfdən Əbuhərirə özü, bir tərəfdən bunun həmkarları ibn Abbas, ibn Əmir və qeyriləri başladılar həzrət Əmirəl-möminin əleyhüssəlamın hədislərini tənqid etməyə (Əmirəl-möminin dedikdə mən burada, necə ki, saf bir Əli şiəsi, həzrət Əlini mənzur tuturam, nəinki Əmirəl-Faruq əfəndini, çünki, sözün doğrusu, mən özüm Əli şiəsinin silkinə müşərrəf olanlardanam və buna da fəxr edirəm).
Bilmirəm, niyə burada sözü bu qədər uzatdım; ancaq bunu istəyirdim deyəm ki, dünyada fəxri-kainat Məhəm-mədül-mustafa peyğəmbərimizin yalançı müxbirləri həzrət Əlinin hədislərinin içinə qondarma rəvayət qatmasa idilər və islam aləmini sünni və şiə qovqasına məşğul eləməsə idilər, indi küreyi-ərzin səthində pak və münzeyi-islam ümmətindən savayı daha qeyri bir kafir yox idi. İndi bu saat Yaponiya özü də islam olmuşdu; necə ki, iyirmi il bundan qabaq Bakıda türk ruznamələri nə qədər ciddi-cəhd edirdilər ki, yapon millətini müqəddəs islam dininə müşərrəf etdirsinlər.
Yenə söz uzandı.
Onu-bunu bilmirəm və qeyri qəzet və məcmuələrlə işim yoxdur, ancaq mən öz müxbirlərimə bunu xəbər verirəm ki, bu saat “müxbir” məsələsi az qalıbdır həzrət Əli və Əbuhərirə məsələsinə oxşasın:
“Müxbir kommunxozdan yazır”, “Kommunxoz müxbirdən yazır”.
Müxbir yazır ki, kommunxoz şəhərə qulaq asmır, kommunxoz deyir müxbirin evini plana salıb uçurtmuşam, onun üçün məndən qərəzi-şəxsi başlayır.
Xülaseyi-kəlam babətindən mən burada öz müxbirimə xəbər verirəm ki, bundan sonra hər bir müxbir (ya qeyri müxbir) ki, idarəmizə məqalə və xəbər yazıb göndərəcəkdir, əgər o məqalənin axırında bir müxtəsərcə qəsəmnamə olsa, məktub çap olunacaq, əgər qəsəmnamə olmasa, səbətə gedəcək.
Qəsəmnamənin müxtəsər məzmunu belə olmalı: “And olsun pənctəni-ali əbayə, and olsun şühədanın nahaq tökülən qanına və yenə and olsun həzrət Abbasın uzun qollarına ki, burada yazılan səhihdir və mərdüməzarlıq babətindən yazılmayıbdır”.
(Dəxi həzrət Abbasın qollarının uzunluğu neçə arşın olmağını qeyd etməyin lüzumu yoxdur).
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 noyabr 1927, №47
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-muxbirler
Use ← → keys to move, R for a random poem
More by this author
Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik nənəm İranın firqələr davasından qəribə hekayələr elərdi. Mən onda uşaq idim, ağlım kəsmirdi, amma indi bilirəm ki, o vədələr İranda necə qəribə-qəribə firqələr var imiş.Rəhmətlik nənəm nağıl eləyərdi ki, 150 il bundan əqdəm, – ki, İran indiki vaxtından bir az qaranlıqda imiş, – o vədə İranda indiki elm, maarif və təməddün yox imiş. O vədələr azadixah firqələr də var imiş; yəni o vədələr sosial-demokrat da var imiş, demokrat da var imiş, ittihadi-islam da var imiş, tənqiddiyyun da var imiş, etidal da var imiş və 72 min yaxud 72 mücahid əncüməni var imiş. Allah bərəkət vermiş bu firqələrin özgə bir vəzifəsi yox imiş, məhz bir-birini əzib yox eləmək fikrindən savayı.
Maarif dostlarına bəşarətCəmadi yəs-saninin on doqquzunda düşənbə günü maarifin təravici yolunda elə bir binagüzarlıq olunub ki, İran tarixində bunun misli yada düşmür.Həmin gün millətin təlaşı və hökumətin müsaidəti sayəsində qərar qoyulub şəhri-Təbrizdə və Azərbaycanın sair şəhərlərində və qəryələrində min iki yüz təzə mədrəsə təsis olunsun: beş yüz mədrəsə Təbrizdə və yeddi yüz mədrəsə kənar nöqtələrdə.
Elanın zərəri“Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.Elanın zərəri budur ki, məsələn, biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki, gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.
Vətən xadimləriDibaçeyi-kitabBir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum:
Poems by other poets · Satire
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Min il yazasan da bu müsəlman başa gəlməzMİn il yazasan da bu müselman başa gəlməz,Nadandı ki, nadandı ki, nadan, başa gəlməz.