Həmmalül-müqəddəs
Həmin nömrənin səhifəsində çəkilən bir həmmalın dalındakı namaz tayları barəsində, söz yox, bəzi oxucular ola bilər ki, əhvalatdan müxbir olmayalar. Onunçün də burada bu barədə mətləbə şərh verməyi lüzumdan xali görmədik.
Bu bəndeyi-xuda bir mömün islam ümməti və Əli şiəsidir, gün, yövmiyə dua və sənada razü niyaz əhlidir və demək olar ki, bir gün də vacibi namazlarını qəzaya qoymayıbdır, sonra bu mömin Allah bəndəsini əcəl dərk eləyir və bu da darülfünadan darülbəqaya rehlət edib çıxıb gedir.
O şəkil ki, əli qurumuş nəqqaşımız burada çəkibdir, o şəkildə həmin bizim rəhmətlik müqəddəs hammalımızı məhşər günü sual-cavaba çəkirlər ki, aya gərək dünyadan gətirdiyin müqəddəs yükünün tayları nədən ibarətdir.
Bəli, məşhər komisiyonu qurulur, sədr və cənab Rəsuli-xuda və onun vəli-vəsisi: sağ tərəfdə cənab əmr, sol tərəfdə Cəbrail, İsrafil və başlayırlar bizim müqəddəs qonağın əmalından sual-cavabı və təhqiqatı.
Hə, görək, dalında bizə nə töhfə gətirmisən?
Bəli, yövmiyə namazları, bu meyit namazı, bu da eydi-qurban namazı Xub, çox yaxşı. Bu nədir? Bu da icarə namazı, bu nəzir namazı, bu da eydi-ramazanül-mübarək namazı. Bu da Cəfəri-təyyar namazı. Bu cümə namazı. Afərin, afərin! Nə müqəddəs müsəlman ümmətidir! Afərin. Dəxi görək nə var?
Bəli, burada yenə bir tay var, bu da zəlzələ namazı. Bu xüsu və küsuf, bu qara yel namazı. Ay mərhəba belə müsəlmana!
Elə burada az qalmışdı ki, bu müqəddəs Əli şiəsinə cənnət mandatı verilsin, bir də gördülər ki, bicəngə İsrafil gedib namaz taylarını o tərəf-bu tərəfə çöndərir, guya bir şeyi axtarır və axtardığını tapmayıb burada komisyon üzvlərinə xəbər verir ki, bu namazların içində bir çox mötəbər namaz yoxdur.
Hansıdır o namaz? O namaz ibarətdir namazi-nafileyi-nuzdəhümi-mahi-ramazanülmübarəkdən.
Doğrudan da məlum oldu ki, bədbəxt Allah bəndəsi şəriətdə təyin olunan namazların hamısını əda edib, lakin nuzdəhüm gecəsinin altı yüz qırx iki rükət nafilə namazını yaddan çıxardıb, ya da fürsət tapa bilməyib, qılmayıbdır.
Xülasə, bədbəxt, müqəddəs hammalımız məyus və xəcəl, kor və peşiman, komisyon tərəfindən ətrafa göndərilir ki, oradan ya səqərə vasil ola, ya da ki, vallahü-ələm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin” 1 dekabr 1927, №48
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-hemmalul-muqeddes
Use ← → keys to move, R for a random poem
More by this author
Bu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.
Dövlətli xanımlarŞəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
TəbiətQırx beş ildir rəməzanı həmin şəkildə görürəm ki, hali-hazırda vardır: görürəm ki, tamam əhali səhərdən, axşama yarım [saat] qalanadək yuxudadır; tiçarət bağlı, darülfənn və darültərbiyələr qapalı, qiraətxanalar boş, idarələr məəttəl, tərəddüd yox.. .Elə ki, iftara yarım saat qaldı, mömünlər ayılıb gözlərini silirlər və bir qədər oğul-uşaqla bədrəftarlıq və qapıya gələn saillərə kəmhövsələlik göstərəndən sonra, yeyib-içmək əsbabını fərahəm gətirməyə məşğuldurlar.
Molla NəsrəddinBu günlərdə bir böyük əngələ düşdüm.Bacım Pəricahan hamilə idi, yəni doğacaq idi. Bacım, əri ilə Danabaş kəndində olurdu, mən də İrəvanda olurdum. Bacımın bir körpə də uşağı var idi ki, bu da bir neçə ay idi naxoş idi.
Poems by other poets · Satire
(“Suraxanski” küçə, yuxarı məhəllə, Qoşa hamamın qabağı)*Yuxarı məhlənin əhlində şücaət görünüb,
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,