-Dörd məclis və beş pərdəli komediya**

-MƏCLİSLƏRİN ƏHALİSİ**

Ş e y x N ə s r u l l a h — 45 yaşında.
Ş e y x Ə h m ə d — onun şagirdi, 40 yaşında.
H a c ı H ə s ə n — şəhərdə mötəbər bir hacı, 50 yaşında.
K ə r b ə l a y I F a t m a x a n ı m — onun övrəti, 40 yaşında.
İ s g ə n d ə r — onun oğlu, 22 yaşında.
C ə l a l — onun kiçik oğlu, 10 yaşında.
N a z l ı — onun qızı, 12 yaşında.
Z e y n ə b — Hacı Həsənin qaravaşı, 20 yaşında.
Ə l i — Hacı Həsənin nökəri, 18 yaşında.
H a c ı B ə x ş ə l i — 45 yaşında.
H a c ı K ə r i m — 50 yaşında.
H a c ı K a z ı m — 50 yaşında.
M ə ş ə d i O r u c — 35 yaşında.
M ə ş ə d i O r u c u n a n a s ı — 50 yaşında.
M i r B a ğ ı r a ğ a — 35 yaşında.
H e y d ə r a ğ a — teleqrafçı, 45 yaşında.
Ə l i b ə y — dilmanc, 30 yaşında.
M i r z ə H ü s e y n — müəllim, 40 yaşında.
K ə r b ə l a y ı V ə l i — 35 yaşında.
D ö r d n ə f ə r q ı z — Şeyx Nəsrullahın övrətləri: hər biri 13–14 yaşında.

A z a r l ı l a r, a r v a d l a r, m ü s a f i r l ə r, c a m a a t.

Əhvalat vaqe olur İrəvan şəhərlərinin birində, iyirmi il bundan irəli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qoloşapova

Ey yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?..Məgər bu, onun əvəzidir ki, Rusiya dövləti bina tutandan indiyə kimi hər bir müsəlman küçədə getdiyi yerdə bir rus görəndə tez qaçıb düşüb onun ayaqlarına və deyib: “Fəda olum sənə, ey rus”?

2 min
Qoloşapovun geri çağırılması

Şuşadan çəkilən teleqrammadan oxucularımız görəcəklər ki, general Qoloşapov Şuşadan geri çağırılıb. Qoloşapovun əzl olunmağının əhvalatını nağıl etmək istəyirəm.Kişinin çörəyinə bais müfti və şeyxülislam cənabları bir tərəfdən, bir tərəfdən də Dağıstan müsəlmanlarının nümayəndələri oldular. Müfti və şeyxülislam cənabları faytona minib, sərdarın yanına Qoloşapovdan şikayət etməyə gedəndə mən də orada idim. Nə qədər dedim getməyin, gəlin bu daşı ətəyinizdən tökün – mənə qulaq verən olmadı. Axırı müfti əfəndi mənə cavab verdi:

3 min
Vətən məhəbbəti

Vətəndən bəzi səbəblərə görə uzaq düşən qarabağlılar bəlaya giriftar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhariməhəbbət və təəssüf etməkdədirlər.Peterburq darülfünununun tələbələrindən bir Qarabağ ermənisi “Novoye vremya” qəzetində üzünü Şuşa şəhərinə tutub deyir: “Ax, mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz bir belə dərdə düçar olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzlumlara təsliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!”.

2 min
Müsəlman içində gördüklərim

Lemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir.Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əziyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum:

3 min

Poems by other poets