Qatmaqarışıq
Bilmirəm söhbəti hardan başlayım. Deyirlər ki, Gədəbəy mədənində Şeyx Cəlil adında bir mərsiyəxan dünyada bir biclik qalmayıb ki, biçarə həmşəhərlilərinin başına gətirməmiş olsun. Bilmirəm nədənsə yaxşı mollalar yadıma düşəndə həmişə İrəvan qazisi Molla Məmmədbağır ağa yadıma düşür. Bir gün var idi, bir gün yox idi, bəli, məscid mövqufatını vəqf edənlərin varisləri ilə dilbir olmaq və rüşvət alıb, vəsiyyətnamələri gizlədib müddətini fövtə vermək ki, dəxi işə keçməsinlər. Xülasə, məscidə girib oğurluq eləmək. Nə eybi var, bunlar ötüşər. Ancaq bu dinsiz Molla Nəsrəddin hələ bilmirəm niyə bizim qazimizə sataşır?
Məzə orasındadır ki, qazi cənabları bu işləri görəndən sonra yenə təşəxxüs ilə müsəlman camaatının içindən keçib gedəndə halına bircə zərrə də təğyir vermir. Çünki bilir ki, İrəvanda hər nə eləsən, keçib gedər. Amma gündə bir gəlib dostlarından soruşur ki, “görəsən, məni “padsud” verməzlər ki?”.
Yəni kaş məndən hökumət məscidin zərərini almasın, ondan sonra dəxi mən heç bir şeydən qorxmuram.
Bu İrəvan, o da Gədəbəy. Gədəbəydə yenə bircə nəfər tapıldı ki, Şeyx Cəlildən Molla Nəsrəddinə şikayət yazdı, amma irəvanlılar üçün təfavütü yoxdur.
Gədəbəy dedim, bir əhvalat yadıma düşdü: Məhərrəmlikdə burada təziyə məclisində hacı Əsəd baladan küsüb qoyub gedib evinə, sonra camaat növhə deyə-deyə və sinə vura-vura gedib hacını yalvarıbyaxarıb yenə gətiriblər məscidə. Qərəz, Allah rast saldı ki, hacı yenə təşrif gətirdi. Yoxsa yazıq gədəbəylilərin yası ikiqat olacaq idi, necə ki, Təbrizdə bu il iki aşura olub: biri məhərrəmin onunda, biri də on səkkizində, yəni Molla Nəsrəddinin nömrəsi Təbrizə çatanda. Çünki haman nömrədə Əncümənin bitli sədrinə və üzvlərinə sataşmışdıq.
Allah axırını xeyir eləsin.
Dəli
“Molla Nəsrəddin”, 14 fevral 1910, №7
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qatmaqarisiq
Use ← → keys to move, R for a random poem
More by this author
Mən sənə hələlik ona görə yolpulu göndərmirəm ki, mənim hesabıma görə jurnal tezliklə dayandırılmalı, yaxud həmişəlik buradan çıxıb getməli idim. Onda, əlbəttə, sən köçüb gələr və burada yaşardın. Çünki birdən böyük otaq da boşalardı, mənim otağıma da daha iş üçün gəlib-gedən olmazdı.Amma bu əhvalat hələ uzanır. Əgər çox uzansa, onda gərək sən kükürdlü sular vannasının mövsümü başlanandan gec olmayaraq gəlib Hacının evinə düşəsən (əvvəl şərtləşdiyimiz kimi). Odur ki, bu gün mən sənə hələlik yarımaylıq məvacibimi – 40 manat, üstəlik 25 manat (verdiyin borcun yarısını), cəmisi 65 manat göndərirəm. Aldığım borcu tamam göndərərdim, amma təqaüdümü hələ almamışam (bilmirəm nə üçün ləngidiblər). Alan kimi göndərərəm.
Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930)Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?
Əzizim Baba!11 may (1930), Bakı*Kağızın dünən mənə çatdı və çox şad oldum ki, səlamət gedib oraya çatdın və getdiyin yerdən də razısan.
Əziz oğlum Midhət! (Bakı, 23 may 1930)Məktublarını aldıq. Sənin uzunboğaz çəkmələrini və qaloşunu istədiyin günün ertəsi, mayın 5-də poçtla göndərdik. Kağız da yazmışdıq. Amma axırıncı açıq məktub, deyəsən, Sverdlovski adresinə göndərilib. Ona görə ki, poçtun qeydinə “Svirstroy” deyil, “Sverdlovsk” yazılmışdır.Sənin üçün başqa bir sovqat göndərmədik. Çünki başqa bir şey istəməmisən.
Poems by other poets · Satire
Məşdi keçən il əzmi-Xorasan eləmişdi,Xalqı bu gözəl karına heyran eləmişdi.
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)Al gəldi**Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
Şücaət(“Suraxanski” küçə, yuxarı məhəllə, Qoşa hamamın qabağı)*Yuxarı məhlənin əhlində şücaət görünüb,